Azərbaycanlı məşhurun oğlu bu DƏHŞƏTLİ SƏBƏBDƏN intihar edib - FOTO

Azərbaycanlı məşhurun oğlu bu DƏHŞƏTLİ SƏBƏBDƏN intihar edib - FOTOTanınmış şairə Səadət Butanın oğlu dünyasını dəyişib.

Xanim.az xəbər verir ki, Biləcəri qəsəbəsində yaşayan Məmməd Abbas oğlu Abdullayev yaşadığı evdə özünü asıb.

Şairə Nazilə Səfərli isə Publika.az-a onun çox tərbiyəli, hörmət saxlayan olduğunu bildirib: "Səadət xanım Telli Borçalının anasının yasına gedəndə yolda zəng edib hadisəni deyiblər. Bizim üçün də çox dəhşətli xəbər oldu".

O qeyd edib ki, hadisəni eşidəndən sonra yas yerinə gedib: "Mərhumun iki övladı var. Oğlu Almaniyada oxumağa hazırlaşır. Xanımı da çox mədəni, əxlaqlı qadındı. Hətta oğlunun xaricdə təhsil alması üçün bank hesabında pulu da var idi. Adam intihar edəndə adətən soruşurlar ki, borcu var idi görəsən? Anasının danışdıqlarına əsasən deyirəm. Səadət xanım Gürcüstana aşıq Telli Borçalının anasının yas mərasiminə getmək istəmirmiş. Oğlu Məmməd deyib ki, ana Telli küsəyəndi, o küsər, get. Qızını da göndərib dərziyə, evdə heç kim qalmayıb. Sonra üzünü qırxıb, çay dəmləyib, şirniyyat süfrəsi açıb. Bir stəkan çay süzüb. Sonra mətbəxə keçib. Mətbəxdə boru var imiş, o borudan özünü asıb. Qızı evə gələndə elə bilib ki, atası ondan gizlənir. Deyib ki, gördüm səni, gizlənmə. Görüb ki, atasından səs çıxmır. Birdən gözü sataşıb ki, ayağının altında heç nə yoxdu, atası havada qalıb. Onda anlayıb ki, atası özünü asıb. Təkbaşına kəndiri kəsib və cəsədi yerə düşürüb. Tək olsa da, qoymayıb ki, atasının başı yerə dəysin. Məktub yazıb qoyub. Həmin məktub polisdədir. Məktubda yazıb ki, bu çirkab həyatda yaşamaq istəmirəm. Bu həyat mənlik deyil. Sonda da "Allah" yazıb.

Anasının dediyinə görə, tez-tez depressiyaya düşürmüş. Sonuncu dəfə ötən il müalicə alıb. Bu il müalicəyə getməyib. Mərhumun 42 yaşı var idi. Bu ailədə intihar ilk hal deyil. Onun atası da 32 yaşında intihar edib. Atasının əmisi oğlu da intihar edərək dünyasını dəyişib".

Xəbərlər     Baxılıb: 3359   Tarix: 15 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Yatanda ayağınızı örtməyin - SƏBƏB

Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

aksessuarlar qaşların formalari adlarin menasi necə tez arıqlayım yay paltarlari gozalti qaralar ucun maskalar ət yeməkləri kosmetika burclər maya maskasi heyati englishdilində qulaq badambura