Azərbaycanlı müğənni üzünü dartdırdı, dodaqlarını... - Şou-biznesin "əməliyyat sirri"

Azərbaycanlı müğənni üzünü dartdırdı, dodaqlarını... - Şou-biznesin "əməliyyat sirri"Azərbaycan şou-biznesində plastik əməliyyat etdirən müğənnilər kifayət qədərdir. Ancaq bunu etiraf edənlər elə də çox deyil.

Metbuat.az gözəlləşmək üçün bıçaq altına girən müğənnilərin siyahısını təqdim edir:

Plastik cərrahiyə əməliyyatları hələ keçmiş dövrlərdən qadınlar üçün ən aktual məsələlərdən biri olub. Azərbaycanda ilk dəfə burnunda əməliyyat keçirmiş sənətçi Əminə Yusifqızı olub. Əminə xanımdan sonra hələ sovetlər dönəmində bu riskli addımı xalq artisti Flora Kərimova atıb. Hər iki xanım əməliyyatlarını Gürcüstanda etdirib.

Xalq artisti Brilliant Dadaşova da Azərbaycan şou-biznesində plastik əməliyyat keçirən müğənnilərdən hesab olunur. Məlumata görə, müğənni dodaqlarında və bədənin bir neçə yerində plastik əməliyyat etdirib. Onu Türkiyənin Superstarı Ajda Pekkanın həkiminin əməliyyat etdiyi bildirilir. Müqayisə üçün ifaçının arxivdə olan şəkillərinə baxmaq kifayət edir.

Xalq artisti Məleykə Əsədova da plastik əməliyyat etdirib, ancaq B.Dadaşova kimi o da bunu etiraf etmir. Özü bunu gizlətsə də, həkimlərin əməyinin bəhrəsi onun burnunda, dodağında və üz dərisində hiss olunur.

Sənubər İsgəndərli də "botoks" üsulu ilə üzündə və dodağında dəyişikliklər etdirib.

Müğənni Nura Suri də dəfələrlə əməliyyat etdirən tanınmışlar sırasındadır. Müğənni keçirdiyi avtomobil qəzasından sonra Sankt-Peterburqun məşhur cərrahı Nekrasovun əməliyyat masasına yatıb.

Plastik cərrahiyyə əməliyyatı ilə öyünənlər də az deyil. İlk sırada Müğənni Rəqsanə İsmayılovanı göstərmək olar. Bədəninin müxtəlif yerlərində 10 dəfədən artıq əməliyyat keçirib. O, bunu mətbuatdan gizlətməyib. Lazım gələrsə, yenə edəcəyini söyləyir.

Azərbaycan şou-biznesində ən çox plastik əməliyyat keçirən müğənnin kim olduğunu düşünsək, heç şübhəsiz ilk olaraq ağla xalq artisti Aygün Kazımova gələcək. O, saysız-hesabsız əməliyyat keçirib. Lakin bir çox həmkarlarından fərqli bunu mediadan gizlətməyib. A.Kazımova Azərbaycanda yeganə müğənnidir ki, əməliyyat etdirərkən klipdə çəkdirib. "Tez gəl" adlı mahnısına çəkilmiş klip plastik əməliyyat zamanı lentə alınıb. A.Kazımova ən çox dodaqlarında əməliyyat etdirib. Sonuncu əməliyyatı isə burnunda olub.

Xalq artisti Nisə Qasımova da plastik əməliyyat etdirən müğənnilərdəndir. O, üzündə etdirdiyi 1-ci əməliyyatı mediadan gizli saxlamayıb. Lakin bir neçə ay öncə üzünə vurdurduğu geli, mediadan gizli saxlayıb. Səbəbsə əməliyyatın uğursuz olmasıdır.

Əməliyyat keçirənlər arasında Zöhrə Abdullayeva da var. Müğənni bir neçə müddət öncə üz dərisini dartdırıb, qarnını, ayaqlarının yuxarı hissəsini liposaksiya etdirib. Bu, müğənninin keçirdiyi ilk əməliyyat deyil. Vaxtilə Zöhrə xanım burnunun formasını da dəyişib.

Gözəllik üçün atılan addım bəzən həyat bahasına başa gəlir. Mərhum müğənni Reyhan Müslümova da məhz plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişənlərdəndir. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən müğənni artıq piylərdən azad olmaq məqsədi ilə liposaksiya etdirərkən, dünyasını dəyişmişdi.

Plastik əməliyyatlardan sonra yeni görünüşlərindən narazı qalan məşhurlarımız da az deyil. Müğənni Röya Ayxan burnunda keçirdiyi əməliyyatın uğursuz olduğunu dəfələrlə mətbuata açıqlayıb. O, yenidən burnunu əməliyyat etdirəcəyini deyib. Bundan əlavə o, dodağına bir neçə il öncə gel vurdurub. Amma bunu etiraf etmir. Hətta aylar öncə sosial şəbəkədəki səhifəsində bu barədə yazmışdı.

Burnunu əməliyyat etdirən müğənnilər sırasında Almaz Ələsgərli, Rəhim Rəhimli, Nadir Qafarzadə və Xatirə İslam da var. Onlar keçirdikləri bu əməliyyatları mediadan gizlətməyiblər. Ən çox müzakirə olunan Nadir Qafarzadə olsa da, o, bəzi həmkarlarından açıq sözlülüyü ilə seçilib: "Bəli, mən sənət adamıyam. Lazım gəlsə, yenə etdirəcəyəm. Bu mənim şəxsi işimdir. Bunda heç bir qəbahət yoxdur".

Xalq artisti Faiq Ağayev də plastik əməliyyat etdirənlər sırasındadır. Lakin, o, bunu heç zaman etiraf etməyib. Sənətçi gözlərində etdiyi əməliyyatı isə etiraf edib.

Saçı tökülmüş kişi müğənnilər arasında saç əkdirən müğənnilər də var. Bu prosedurdan Cavanşir Məmmədov, Vasif Məhərrəmli, Elariz Məmmədoğluı yararlanıblar.

Səmimiliyi ilə bəzi həmkarlarından seçilən Samir Bağırov isə heç zaman əməliyyat olunmasını mediadan gizlətməyib. O, üzündə , bədənin bir neçə yerində əməliyyat keçirib.

Müğənni Könül Kərimova, Mətanət Əsədova, Nazənin, Rühəngiz Allahverdiyeva da plastik əməliyyat etdirən müğənnilərdən olsa da, onlar bunu etiraf etmirlər.

Əməkdar artist Nüşabə Ələsgərli də üzündə, göz ətraflarında əməliyyat keçirib. Lakin, o, bunu mediadan gizlətməyib.

Çəkilərini azaltmaq üçün əməliyyat masasına əyləşən məşhurlarımız da az deyil. Onlardan biri də "Toppuş bacı" ləqəbi ilə tanıdığımız Tünzalə Əliyevadır. O, bir neçə dəfə bu prosedurdan istifadə edib. Özü də bunu mediadan gizlətməyib.

Pişik Günel, Oksana Rəsulova, Amaliya Pənahova, Azəri Günel, Firuzə İbadova, Mətanət Əsədova, Mətanət İsgəndərli də əməliyyatlarını gizlədən məşhurlardandır.

Əməliyyat masasına əyləşən teleaparıcılarımız da az deyil. Nanə Ağamaliyeva, Afaq Gəncəli, Elnarə Təhməzova, Ulvira Qarayeva da üzlərində müəyyən dəyişiklik etdiriblər.

Xəbərlər     Baxılıb: 3804   Tarix: 02 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

turlar.az

qadın geyimi geyim şəkilləri hamiləlik aciq cinsi elaqe yay donlari 2026 janrlar kompot kosmetika video xanim.az layla vətənə aid insan