Azərbaycanlı professordan ANTİVİRUS QİDALAR: "Turşunu artırın"

Azərbaycanlı professordan ANTİVİRUS QİDALAR: "Turşunu artırın""Virusun lipid qatını əridən turş yeməklərdir: limon, avokado, sarımsaq, ananas, kivi, portağal. İmmuniteti virusa qarşı möhkətlətmək üçün tövsiyyə etdiyim məhsullarla qidalanmaq sizi və ailənizi nəinki koronavirusdan, bir çox xəstəliklərdən qorumuş olar".
Milli.Az Almaniya "Beynəlxalq Humanitar Tibbi Yardım" təşkilatının Azərbaycan üzrə rəhbəri, Amerika MİR Humanitar Tibb Cəmiyyətinin sədri, hazırda Almaniyada çalışan professor Ağabəy Azərbaycaninin koronavirusa qarşı qida tövsiyələrini təqdim edir.
Professorun antivirus qidalar onluğuna bunlar daxildir:
- Papaya - zəngin vitamin mənbəyidir. Günlük C vitamini dozası bu meyvədə yetərli qədərdir. Bakıda da axtarsaz, tapa bilərsiz. Əzələ kütləsini artırır. Tərkibində A, B vitaminləri, fol turşusu var.
- Sarımsaq, soğan - soyuqdəymə, iltihab, viruslu xəstəliklər zamanı xolesterolu, təzyiqi normallaşdırır, parazitləri öldürür.
- Yaşıl çay - flavonoidlərlə zəngindir. Bu içkiyə Epigallocoachin gallete BUNA (AGCG) deyirlər. Çox güclü antioksidantdır.
Mən özüm qara çay içmirəm. Çünki o zərərlidir, immuniteti zəiflədir. Yaşıl çay nə fermentləşir, nə də oksidləşir. Nəticədə immuniteti qaldırır. Ltiamin isə mədə və mədəaltı vəzidə somatoestatinin hasilinə (ifrazina) kömək edir. Beləcə mədəaltı vəzidən qaynaqlanan insulin hasilini tənzimləyir.
- Brokkoli - kələm ailəsindəndir. Çoxlu vitamin və mineralı var. Bütün xəstəliklərlə, hətta xərçənglə mübarizə aparır. Gərək brokolini ya çiy, ya da bir az isti suda pörtlədib yeyəsiniz. Sərbəst radikalları zərərsizləşdirir. Ağciyərlərdəki, döş qəfəsindəki infeksiyanı aradan qaldırır, damarların təmizlənməsinə kömək edir. Kollagen yaradır, sümüklərimiz, dərimiz üçün vacib bitkidir.
- Zəncəfil - iltihab əleyhinə təsir edir. Badamcıqların iltihabını, sümük, boğaz ağrılarını azaldır. Qusmaya, ürəkbulanmaya qarşı təsirlidir. Toksinləri çıxarır. Xolesterolu salır, immuniteti qaldırır. Viruslara qarşı davamlı təsiri var.
- İspanaq - kalsium, maqnezium, dəmir, A vitamini, beta karotinlə zəngindir. İltihab əleyhinədir, immun sistemi artırır, təzyiqi sala bilir. Salatlarda çiy halda yeyilməlidir. Küküdə isə çox az odda, xəfif bişirilməlidir.
- Sitrus meyvələr - malyariyada, virus xəstəliklərində orqanizmə kömək edirlər. Oksedativ stresi aradan qaldırırlar.
- Qırmızı bolqar bibər - ən xeyirli bibərdir. Portağaldan 2 dəfə çox vitamin C var. Həmçinin ağciyərlər üçün faydalı beta karotin var. Xərçənglə mübarizə aparır.
- Alma - fərqi yoxdur yaşıl, qırmızı. Onlarda olan pektin mədə-bağırsağa probiotik təsir göstərir. Bilirsiniz ki, bağırsaqlarımızda 80 milyard faydalı bakteriya var. Onları çoxaltmaq lazımdır. İmmuniteti də onlar qaldırır. Hər kəs axşam bir ədəd alma yesə, mədə-bağırsağa çox kömək edir.
- Ən gözəl yeməklərdən biri çox enerji verən tutlardır. Xar tut, qırmızı tut, ağ tut - zəngin vitamin mənbəyidirlər. Tərkibində C vitamini bol olduğundan antioksidant təsir gücü var. Diabet xəstələri də istifadə edə bilər, şəkəri çox deyil. Soyuqdəyməyə, iltihaba xeyirlidir.
- Sarıkök - anti iltihabi tərəvəzdir. Amma keyfiyyətli sarıkök qara istiotla bir yerdə qəbul olunmalıdır. Bu təsiri 17 qat artırır.
- Hər gecə bir qaşıq alma sirkəsi suda həll edib, içə bilərsiz. Mədə-bağırsağa yaxşı təsir edir. Virusa bir o qədər yox. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1420   Tarix: 14 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

reseptler qis geyimləri 2026 yaz geyimleri 2026 haxışta bürc uyğunluğu kecellesme paltar olmaq kosmetika qaynana kəlamlar terezi novruz rus dilin nece orenek