Azərbaycanlı qadınla İzmirdə ölən polisi nə birləşdirirdi?

İzmirdə tərcüməçilik edən Günel Tahirli terrorun qarşısını alan polislə bağlı xatirəsini bölüşüb

Türkiyədə yaşayan Azərbaycanlı qadın İzmirdə ötən gün baş verən silahlı hücum zamanı canını fəda edərək böyük faciənin qarşısını alan qəhrəman polis Fethi Sekin haqqında xatirələrini paylaşıb. İstiPress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, şəhid polis Fethi Sekin ötən gün Ədliyyə binası önündə terrorçuları görüb. Terrorçular polisi görəndə maşından düşərək qaçmağa başlayıblar. Bu zaman qəhrəman polis silahı ilə onlardan birini vurub və son gülləsinə kimi mübarizə aparıb.

Türkiyədə çalışan azərbaycanlı qadının sosial media hesabında şəhid polislə bağlı paylaşdığı xatirəsi hər kəsi duyğulandırıb. "Azərbaycan qızı, türk gəliniyəm" deyən Günel Tahirli Cansu bunları yazıb və şəhid polislə bir ay öncə baş tutan dialoqundan bəhs edib:

"Tərcüməçilik etdiyim üçün tez-tez İzmir Ədliyyəsinə gedirəm. Bir neçə həftə öncə də bir prosesə qatılmalı idim. Maşınımı park edəcək bir yer tapa bilmədim. Ərazidə bir polis məmuru və maşını var idi. Prosesə gecikirdim. Pəncərəni açdım və ona dedim - "Qardaş, mən polisin tərcüməçisiyəm. Evdə körpəm var. Təcili prosesə qatılmalıyam. Kömək edə bilərsiniz?".

O, öz maşınını geri çəkdi və onun yerində dayana biləcəyimi dedi. Uzaqbaşı bir saata çıxacağımı dedim. Məhkəmə bitdi, çıxdım, təşəkkür etdim. Mənə "ön şüşədə bir kağız var. Onu götürərsən", dedi. Maşına doğru getdim "bu cəza olar?" deyə soruşdum. "Yox" dedi. "Cərimə yazmasınlar deyə qoydum. Cərimə gəlsə mən həmişə burdayam" dedi.

Bu gün partlayışda bir polisin şəhid olduğunu eşitdim və o anda ağlıma nədənsə o polis gəldi. Sonra öz özümə "yox, ola bilməz" dedim. Rəsmini görəndə maşındakı kağızda olan imzaya baxdım- Bəli, imza onun idi, şəhid olan Fethi Sekinin.

Yaxşılıqlar heç zaman unudulmur. Türk xalqının qüruru. Allah sənə rəhmət eləsin.."
Azərbaycanlı qadınla İzmirdə ölən polisi nə birləşdirirdi?Azərbaycanlı qadınla İzmirdə ölən polisi nə birləşdirirdi?

Xəbərlər     Baxılıb: 2104   Tarix: 06 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ən sağlam ət növü AÇIQLANDI

Bir çox insanın qərəzlə yanaşdığı və hətta mətbəxlərinə daxil etməkdən çəkindiyi bu qida, bədənin ehtiyac duyduğu əsas vitaminləri təkbaşına təmin etmək gücünə malikdir. xəbər verir ki, bu xüsusi növ immunitet sisteminiz

.

Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun

Hipertoniya çox zaman baş ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərsə də, mütəxəssislər xəstəliyin uzun müddət gizli şəkildə inkişaf edə biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, kardiologiy

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu

Düyü dünyada və ölkəmizdə ən çox istehlak edilən qidalar arasındadır. Lakin mütəxəssislər ağ düyüdən daha sağlam alternativlər axtaranlar üçün bir neçə xüsusi növü ön plana çıxarırlar. Emal edilməmiş və ya az işlənmiş b

.

Basmati düyüsündəki o "heyvani" qoxunun səbəbi bəlli oldu

Basmati düyüsünün özünəməxsus ətri bəzən gözlənilən fındıq qoxusu əvəzinə kəskin "tövlə" və ya "axır" qoxusunu xatırlada bilər. Bu vəziyyət həm düyünün təbiətindən, həm də saxlama şəraitindən qaynaqlan

.

Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA

Sinir liflərini qorumaq, D vitamini sintez etmək və hormonların yaranması üçün vacib sayılan yumurta yüksək qida dəyəri ilə seçilir. xəbər verir ki,mütəxəssislər bildirirlər ki, yumurta zülal baxımından ən keyfiyyətli qidalarda

.

Səhərlər ilıq su içsək, nə olar?

Səhər oyandıqdan sonra bir stəkan ilıq su içmək sadə görünsə də, orqanizm üçün olduqca faydalı bir vərdişdir. Həkimlər bu adəti həm ümumi sağlamlığın qorunması, həm də bir çox problemlərin qarşısının alınması baxımından tövsiy

.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə ÜSUL

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər.  bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

turlar.az

sac duzumleri gelinlikler adlarin menasi 2026 geyimi balqabaq plov cinsi sağlamlıq gözəl xanım kosmetika qaynanaya aid maya maskasi rus dilin nece orenek sirin qogal kley lekesi