"Azərbaycanlıların ən çox əziyyət çəkdiyi xəstəliyin çarəsi budur"

Azərbaycanda zob xəstəliyi (qalxanabənzər vəzin böyüməsi və ya disfunksiyası) kifayət qədər yayılmış sağlamlıq problemidir. Demək olar ki, əhalinin 50 faizi bu xəstəlikdən əziyyət çəkir.
Milli.Az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış həkim, fizioloq Rəşid Mahmudov məsələ ilə bağlı vacib məqamlara toxunub:
"Biz şükür etməliyik ki, insanlarımızın 50 faizində zob xəstəliyi aşkarlanır. Mən 17 ildir televizorda qışqırıram ki, yod çatışmazlığı var. Zob xəstəliyinin yaranmasına səbəb də elə budur. Yod torpaq və suyun tərkibində olur. Bəla ondadır ki, dünya torpağının üçdə birində yod yoxdur. Niyə ceyranın balası anadan olan kimi ayağa qalxa, qaça bilir? Ancaq yer üzünün əşrəfi, ən mükəmməl canlısı olan insan heç otura bilmir? Çünki insan orqanizmində yod çatışmır. Yenicə dünyaya gələn ceyran balası anasının bətnində yodla təmin olunur, çünki ana ceyran otlayır və torpaqdan bu maddəni qəbul edir. Ana bətnində olarkən ceyran balasının somatik əzələlərinə gələn sinirlərin üstünü miyelin qişası (sinir hüceyrələrini əhatə edir, sinir keçiriciliyini sürətləndirir və qoruyur. Bu, sinir sisteminin düzgün işləməsini təmin edir və nevroloji pozğunluqların qarşısını alır) ilə örtülür. Bu da buğum-buğum lipoprotein deməkdir. Bununla da həmin canlı hərəkət edə, qaça bilir. Bizim bədənimizdə isə yod yoxdur".
Həkim bildirib ki, suda və dənizdə yod var, ancaq bu, əfsus ki, biz dəniz suyu içmirik deyə onu nəfəslə qəbul etməliyik:
"Dənizi diqqətlə müşahidə etsək, onun üzərində neft təbəqəsinin olduğunu görmək mümkündür. Həmin təbəqə imkan vermir ki, yod sudan buxarlansın və insan onu qəbul etsin. Külək dalğa əmələ gətirəndə həmin təbəqənin arası qırılır və yod xaric olur. Beləliklə, bəzi şəxslərə yod çatır, çoxuna isə çatmır. Yod qəbul etməyən insanlarda da zob xəstəliyi əmələ gəlir. İmmunitetin zəif olmasının bir səbəbi də elə budur. Yod çatışmazlığı olmayan insanlarda təzyiq, ürək döyüntüsü və s. normal olur".
Milli.Az

Xəbərlər     Baxılıb: 1541   Tarix: 18 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

hamiləlik kosmetik vasiteler geyim dəbləri hamilə qadın kələm salatı buruq saclara qulluq aybaşı sikli kosmetika hakisda haxışda tut ağacı tutdudu dovsan kökəlmək üçün