Bacısı Fədayə Laçın sevgilisi "Qoca"nın ölümündən xəbərdar olması barədə danışdı
Son günlərin gündəmini müğənni Fədayə Laçın və onun avtoritet sevgilisi, "Qoca" ləqəbli Etibar Məmmədov zəbt edib desək, yanılmarıq.
Xanim.az Cebhe.info - ya istinadən xəbər verir ki, oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan "Qoca" ləqəbli Etibar Məmmədov noyabrın 2-nə keçən gecə xüsusi əməliyyat keçirilələrək hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfinfən qətlə yetirilib. Fədayə Laçının hadisdən xəbərdar olub-olmadığını müəyyənləşdirmək məqsədilə onun bacısı İlahə Fəda ilə əlaqə saxladıq. İlahə Fəda əməkdaşımızın sualını yarımçıq kəsərək jarqon ifadələrdən istifadə edib:
"Niyə mənim vaxtımı alırsınız? İş istintaqdadır. İstintaqda olan iş üçün mən nə deyə bilərəm? Haradan bilirsiniz ki, o adam Fədayə Laçının sevgilisi olub? Haradan əminsiniz ki, "Qoca" onun sevigilisidir? Əlinizdə sübutunuz var? Yanlarında idiniz? Təsdiq olunub ? O nə sözdür deyirsiz ki, Fədayə xanımın sevgilisi?!"
Xatırladaq ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. Bir neçə gün əvvəl məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlar Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva və müğənni Fədayə Laçındır. Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bundan başqa, Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub və ya işdən azad edilib.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin