Bağırsaq sağlamlığı üçün ən pis qidalar hansılardır?

Bağırsaq sağlamlığı üçün ən pis qidalar hansılardır?Elm dünyası bağırsaqların bədənin geri qalanı ilə necə qarşılıqlı əlaqədə olduğu barədə hər gün yeni məlumatlar əldə edir. Hər yeni kəşflə mütəxəssislər də qidalanma tövsiyələrini yeniləyirlər.
Milli.Az xəbər verir ki, həftədə 30 fərqli tərəvəz və meyvə növü istehlak etmək, lif qəbulunu artırmaq və Aralıq dənizi pəhrizinə sadiq qalmaq uzun ömrün açarı hesab olunur. Qidalanma üzrə mütəxəssis Toral Şah xatırladır ki, bağırsaq mikrobiomumuz "qidaları parçalayır, qida maddələrini mənimsəyir və zərərli patogenlərlə mübarizə aparır".
Bədənimizin hər parçası kimi bağırsaqlarımız da unikal olduğundan, qidalar hər kəsə fərqli təsir göstərə bilər. Lakin bağırsaq sağlamlığı üçün uzaq durmalı olduğumuz bəzi əsas qidalar var.
Bağırsaq sağlamlığı üçün 5 kritik xəbərdarlıq
Ultra-işlənmiş qidalar
Sosislər, səhər yeməyi üçün taxıl lopaları və dondurma kimi süni dadlandırıcılar, rəngləndiricilər və emulqatorlar ehtiva edən qidalar bu siyahıya daxildir. Tədqiqatlar göstərir ki, ultra-işlənmiş qidalar bağırsaq mikrobiomuna neqativ təsir edərək 32 müxtəlif sağlamlıq problemi ilə əlaqələndirilə bilər.
Tövsiyə: %80 - %20 qaydasını tətbiq edin. Yəni vaxtınızın 80 faizində sağlam qidalanın, qalan 20 faizində isə özünüzü kiçik "qaçışlarla" mükafatlandırın.
Qızardılmış qidalar
Qızardılmış yeməklərdə həzmi çətinləşdirən və mikrobiomun balansını pozan doymuş və trans yağlar mövcuddur.
Qidaları yağda qızartmaq əvəzinə sote etmək (az yağda qısa müddətli bişirmək) bağırsaq bakteriyaları üçün daha xeyirlidir.
Yüksək şəkərli qidalar
Biskvit və tortlar kimi rafinə edilmiş şəkərlə zəngin qidalar bağırsaqlarda iltihaba (enflamasiya) səbəb olur. Bu isə faydalı bakteriyalara zərər verir. Şəkər təkcə şirniyyatlarda deyil, meyvə şirələri, qatıqlar, hazır souslar və şorbalarda da gizlənə bilər.
Böyüklər üçün gündəlik şəkər limiti təxminən 30 qramdır (7 kub şəkər).
Süni dadlandırıcılar
Şəkərdən qaçmaq üçün süni dadlandırıcılara üz tutmaq həmişə yaxşı fikir deyil. Kalori baxımından əlverişli görünsələr də, onların bağırsaq sağlamlığına təsiri barədə elmi araşdırmalar hələlik ziddiyyətlidir və bu sahədə daha çox tədqiqata ehtiyac var.
Alkoqol
Mütəxəssis Rohini Bajekal qeyd edir ki, alkoqol bağırsaq sağlamlığı üçün ən pis həyat tərzi seçimlərindən biridir. O, mədə divarını qıcıqlandıraraq xroniki iltihaba yol aça bilər. Həftəlik 14 vahiddən çox alkol qəbulu köp, qəbizlik və narahatlığa səbəb olur.
London Kings College araşdırmaçıları maraqlı bir fakt aşkar ediblər. Onların fikrincə, orta dərəcədə qırmızı şərab istehlakı bağırsaq mikrobiomunun müxtəlifliyinə müsbət təsir göstərə bilər. Dr. Karolin Le Roy bildirir ki, qırmızı şərabın ürək sağlamlığına faydaları qismən də olsa, bağırsaqlardakı bu təsirlə izah oluna bilər.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1444   Tarix: 04 mart 2026
f Paylaş

Oxşar xəbərlər

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

aksessuarlar reseptler geyim şəkilləri dini qadin geyimleri dünya mətbəxi dəridə səpkilər uşaqlar və tərbiyə kosmetika maya maskasi sanama yutube pehriz muellim seiri