Bağırsaq xəstəlikləri zamanı pəhriz
Ən çox rast gəlinən bağırsaq xəstəliklərinə aşağıdakılar aiddir:
* enterit
* kolit
* xroniki enterit
* xroniki kolit
Bağırsaq xəstəlikləri pəhrizinin əsas məqsədi həzm orqanlarının sekresiya fəaliyyətini yaxşılaşdırmaqdan, bağırsaqların hərəki funksiyasını normallaşdırmaqdan ibarətdir.
Bağırsağında patologiya olan xəstələrə aşağıdakı qidalardan istifadə etmək məsləhət görülmür:
- kimyəvi qidalar
- qızardılmış və qovrulmuş qidalar
- hisə verilmiş və ədviyyatlı qidalar
- qıcıqlandırıcı maddələr
- quru qida məhsulları
- noxud, lobya
- qaz, ördək, yağlı qoyun əti
- turşular
- konservlər
- ayaqüstü yeyilən küçə yeməkləri.
Belə xəstələrin xüsusi rasionu olmalıdır, oraya daxildir:
- sadə və kəsmikli peçenyalar
- düyü, vermeşil supları
- yağsız və suda bişmiş mal əti
- suda bişmiş toyuq
- suda bişən mal dili
- qarabaşaq
- kartof püresi
- yağsız parda və suda bişən balıq.
Bağırsağında problemləri olan xəstələr limon, apelsin kimi sitrus meyvələri, şirniyyatın tərkibində və ya jele şəklində yeməlidirlər.
Unutmaq olmaz ki, müalicələrdən sağalan bağırsaq qida rasionunu pozduqda yenidən qıcıqlanır və xəstəliyin əlamətləri geri qayıda bilir. Buna görə də belə xəstələrə pəhrizinə qarşı diqqətli olmağı məsləhət görülür.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi