Bağırsaqları zərərli maddələrdən təmizləyən bu qarışığı səhər yeməyi əvəzinə qəbul edin və GÖZLƏNİLMƏZ NƏTİCƏ

Bağırsaqları zərərli maddələrdən təmizləyən bu qarışığı səhər yeməyi əvəzinə qəbul edin və GÖZLƏNİLMƏZ NƏTİCƏBağırsaqlarda kiloqramlarla zərərli maddələr, tullantılar toplanıb qalır. Bu üsul onlardan tam yaxa qurtarmaqda sizə kömək edəcək!

Qadinsayti.az SaqlamHeyat.az -a istinadən xəbər verir ki, immunitet sistemi, bizim orqanizmin gizli bir elementi kimi qəbul olunur. Bəs, siz bilirsiniz ki, immunitet sisteminin 80% fəaliyyəti həzm sisteminin yaxşı olunmasından asılıdır? Bəli, bu doğrudur! Beləliklə, yoğun bağırsağın təmizlənməsi prosedurası həzm sisteminin fəaliyyətini yaxşı, lazımi vəziyyətdə işləməsi üçün tövsiyə edilən proseslərdən biri sayılır.

Məlumdur ki, bir çox xəstəliklərdən xilas olmaq üçün bağırsaqları təmizləmək kifayətdir. 70 il ömür müddətində bağırsaqlardan 100 ton qida və 40 min litr maye keçir. Nəticədə bağırsaqda qanı zəhərləyən və orqanizmə zərər verən 15 kq. nəcis daşları, zəhərli tullantılar toplanır.

Tez-tez baş verən qəbizlik halları, maddələr mübadiləsinin pozulması, görmə və eşitmə zəifliyi, şəkərli diabet, qaraciyər, allergiya, böyrəklərin, qaraciyərin xəstəliyi, saç dərisinin, dırnaqların kövrəkliyi, bir sözlə, artritdən tutmuş xərçəngə qədər bir çox xəstəliklər bağırsaqların çirklənməsinin göstəricisidir.

İmalə vasitəsilə yoğun bağırsağın yalnız kiçik bir hissəsini (40-50 sm) təmizlənmək mümkündür. Bağırsağın aparatlar vasitəsilə yuyulması isə bahalıdır və xeyli vaxt tələb edir. Ən əsası isə bu, bağırsağın mikroflorasını pozur.

Bu reseptlə isə 3 həftə ərzində bağırsağınızı təmizləyə bilərsiniz.

Kətan toxumunun unundan hazırlanan bu qarışıq yoğun və nazik bağırsağı parazitlərdən, çoxillik selik və nəcis daşlarından 3 həftə ərzində təmizləyəcək. Eyni zamanda, bağırsağın mikroflorası tam qorunur.

Diqqət! Bu metodika çəkinin qısa müddətdə normaya düşməsinə, yağlı çöküntülərin orqanizmdən xaric olmasına kömək edir.

Kətan toxumunun unu qanda xolesterinin səviyyəsini aşağı salır, şlakları orqanizmdən çıxarmağa qadirdir. Bu qarışıq parazitlər əleyhinə təsirə malikdir. Belə ki, göbələk, virus və helmintlərə öldürücü təsir göstərir. Həmçinin lipid mübadiləsinə müsbət təsir göstərir.

Tətbiqinə göstərişlər:

Yuxarı tənəffüs yollarının selikli qişaların iltihabi prosesləri;

Mədə-bağırsaq xəstəliklər;

Onikibarmaq bağırsağın yara xəstəliyi;

Qastritlər, kolitlər;

Sidik yollarının xəstəlikləri – pielit, sistit;

Köklük, lipid mübadiləsinin pozulması.

Gündəlik olaraq profilaktika məqsədi ilə də istifadə etmək olar.

İstifadə qaydası:

Bağırsağın təmizlənməsi prosedurası:

1-ci həftə:

1 desert qaşığı kətan toxumu unu + 100 qram xama və ya kefir

2-ci həftə:

2 desert qaşığı kətan toxumu unu + 100 qram xama və ya kefir

3-cü həftə:

3 desert qaşığı kətan toxumu unu + 150 q xama və ya kefir

Məlumdur ki, bizim ölkəmizdə kətan toxumunun ununu, yağını tapmaq bir az çətindir. Bu qidanı marketlərin əksəriyyətində tapmaq müşkül ola bilər.

Ona görə də kətan toxumunu alıb qəhvəüyüdəndə onu una çevirə bilərsiniz.

Bu qarışığı səhər yeməyi əvəzinə qəbul edin. Yoğun və nazik bağırsaqlarınız təmizlənəcək, bağırsağın mikroflorası tam qorunur. Xamanı istənilən süd məhsulu qatıqla da əvəzləmək olar. Bağırsaqların təmizlənməsi müddətində gün ərzində 2 litr su içmək mütləqdir.

Sağlamlıq     Baxılıb: 1843   Tarix: 01 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

turlar.az

həkim məsləhəti makiyaj instagram yay kolleksiyasi günay musayeva nagillar uz ucun cavanlasdirici maskalar südlü şirniyyat kosmetika oxu az oyunlar naz mila geyim sanamalar