Baharın 3 əsas trend rəngi bəlli oldu
Alıcılar bu il hansı rənglərə üstünlük verəcək?
"Pantone Rəng İnstitutu" apardığı tədqiqatlar nəticəsində mövsümün əsas rənglərini açıqlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, "MakerSights" şirkəti dizaynerlərin bizə diktə etdiyi rəng çeşidləri arasında hansının daha çox satıldığını müəyyən etmək üçün sorğu keçirib. Onlar 1000 nəfərdən "Pantone" paletindəki hansı rəngləri bəyəndiyi soruşub.
Yeni hesabata görə, mütləq seçilmişlərə parlaq göy, donuq qırmızı və bozumtul lavanda çaları daxil edilib. "MakerSights" şirkəti bildirib ki, respondentlər arasında yaş, ərazi və stil fərqlərinə baxmayaraq, cavablar oxşar olub. İştirakçıların yekdilliklə eyni rəngləri seçməsi təəccüb doğurub. Sorğu iştirakçılarına parlaq göy, donuq qırmızı və bozumtul lavanda həqiqətən cazibədar görünüb. Odur ki, bu üç rəngin populyarlığından əmin ola bilərsiniz.
Amma Pantone hesabatlarının və podiumların ən populyar rəngi - mərcan isə sorğuda beşinci yeri tutub. /publika.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?