Bakıda 26 yaşlı qız "Facebook"da tanış olub nişanlandığı oğlan tərəfindən zorlandı

Bakıda 26 yaşlı qız "Facebook"da tanış olub nişanlandığı oğlan tərəfindən zorlandı"...Bircə bundan qorxurdum. O da bunu bilirdi. Dəfələrlə demişdim, intihar edəcəyəm, özümü öldürəcəyəm. Amma yenə əməlindən əl çəkmirdi, gah bıçaqla hədələyir, gah da boğazımdan tutub nəfəsim daralana qədər boğurdu. Bezmişdim, ölmək istəyirdim. Həyətə düşüb sirkəni götürdüm, birnəfəsə içdim. Əvvəlcə boğazımda yanğı hiss etdim, sonra soyuq tər basdı, yavaş-yavaş halsızlaşırdım. Allaha yarvardım ki, günahımdan keçsin, məni cəhənnəm əzabından xilas etsin", - göz yaşlarını silib, analizlərin nəticəsini göstərir.

Respublika Toksikologiya Mərkəzində həyatını xilas ediblər. Müayinələr zamanı məlum olub ki, üstəlik miokard infaktı da keçirib. Hazırda Binəqədi Rayon Prokurorluğu tərəfindən faktla bağlı araşdırma aparılır.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə müraciət edən 26 yaşlı Binəqədi rayon sakini Aidə Məmmədova (araşdırma aparıldığından ad və soyad dəyişdirilib - virtualaz.org) başına gələnləri virtualaz.org-a danışıb:

- İşləmək istəyirdim, ona görə də, elanlardakı telefonlara zəng vurub maraqlanırdım. Özüm də "Facebook" sosial şəbəkəsində elan vermişdim. Yaradıcılıq mərkəzi adlı səhifədən dostluq gəldi, mən də qəbul etdim. Yazdılar ki, iş var, müraciət edə bilərsiniz. Mən də getdim, işlə maraqlandım. Orada bir oğlan vardı, telefon nömrəmi götürdü ki, işlə bağlı məlumat verəcək. Axşam yazdı ki, səndən xoşum gəlir, ailə qurmaq istəyirəm, ona görə də, kişilərin əhatəsində işləməyini istəmirəm. Beləcə 1 aya yaxın danışdıq, sonra mənə elçi göndərdi, ailəm razılıq verdi. Bundan sonra üzük almağa gedəcəkdik, bizə gəldi. Evdə heç kimin olmamasından istifadə edib boğazımdan tutub yerə yıxdı, ayaqları ilə çiynimi, əllərimi əzdi. Müqavimət göstərsəm də, bacara bilmədim, əxlaqsız hərəkətlər etdi.

- Buna görə intihar etmək istədin?

- Ağladım, dedim ki, onsuz da evlənəcəyik, niyə belə edirsən? Dedi ki, hər vasitəyə əl atıram ki, məndən ayrılmaq fikrinə düşməyəsən. Özümü təhqir olunmuş hiss edirdim, amma dərdimi heç kimə danışa bilmirdim. Növbəti dəfə evdə heç kimin olmadığını bilən kimi gəldi, qapını açanda boğazımdan tutub boğdu, huşumu itirənə qədər təcavüz etdi. Bu hadisə dəfələrlə təkrar olunub. Təsəvvür edin ki, ailə qurmaq istəyən oğlan küçədə insanların gözü qarşısında sənə əl atır, soyundurmağa çalışır. Neçə dəfə üstümə bıçaq çəkmişdi.

- Bəs niyə ayrılmırdın? Ən azı anana məlumat verəydin.

- Atamı, dayımı, qardaşlarımı düşünürdüm. Anama deyə bilmirdim, amma onun bibisinə demişdim. Dedim ki, onun alçaldıcı hərəkətlərindən sonra özümü öldürmək həddinə çatmışam. O da dedi ki, nişanlındır, özü bilər. Düşünürdüm ki, ailə qurar, sonra boşanarıq. Bilirdi ki, atamın, dayımın qorxusundan evdə heç nə deyə bilməyəcəyəm. Hər dəfə xəbərdarlıq edirdim, deyirdim ki, belə hərəkətlər etmə, özümü öldürəcəyəm. Dedi ki, özünə bir şey eləsən, namussuz olduğunu söyləyəcəyəm, səni qohumlarının, qonşularının içində biabır edəcəyəm. Həmin gün bibisi zəng vurdu, anamı, məni təhqir etdi. Dedi ki, sənin qızın namussuzdur, əgər namusunuzun təmizlənməsini istəyirsinizsə, ev alın, toy edib yaşasınlar. Atam da nişanı geri qaytardı. Dedi ki, belə ailə ilə qohum olmaq istəmir. İntihardan başqa çıxış yolu görmədim. Hələ də atam mənə təcavüz olunduğunu bilmir, döyülməyimdən də xəbəri yoxdur.

- Prokurorluq araşdırma aparır, bəs ailən məlumatsızdır?

- Özümü öldürəcəyimi deyəndən sonra məni sakitləşdirməyə çalışdı, dedi ki, çox peşmanam. Cinsi istəklə bağlı problemlərim var, amma həll edəcəyəm. Rəsmi nikah bağlayaq ki, toy edilsin, toydan bir neçə gün sonra ayrılaq. Amma eyni hərəkətləri təkrarlayandan və bibisi anamı təhqir edəndən sonra özümü öldürmək istədim ki, heç olmasa, ailəmi alçaltmasınlar. Intihar cəhdindən sonra Respublika Toksikologiya Mərkəzindən polisə məlumat veriblər. Elə xəstəxananın qarşısında qohumları anamın üstünə hücum edib. İndi isə deyir ki, intihar etdin, iş bağlanacaq, toy da olmayacaq. Bilmirəm, atamın üzünə necə baxacağam.

- Danışdıqca ağzından qan gəlir, üstəlik infakt keçirmisən. Niyə əvvəlcə müalicə olunmağı düşünmürsən?

- Həm özü, həm də qohumları döyərək, təhqir edərək, təcavüzə məruz qoyaraq məni intihar həddinə çatdırıb. Kimi inandıra bilərəm ki, mənə zor tətbiq edib, döyərək təcavüz edib? Hamı deyir ki, niyə vaxtında müraciət etmirdin? Amma heç kim atamın, qardaşımın, qohumlarımın nə fikirləşəcəyini, mənim sarsıntılarımı başa düşmür. O qədər sarsıntı keçirmişəm ki, artıq sağlamlığım məni maraqlandırmır. Günlərdir ağlayıram, heç nə yemək istəmirəm. Təşkilata müraciət edəndən sonra Mehriban Zeynalovanın təkidi ilə həkimə getdim, müalicə yazdılar. Mehriban xanım anama vəziyyəti başa saldı, dedi ki, qızın ölməməsi üçün müalicə şərtdir. Yalnız bundan sonra hüquqları üçün mübarizə apara bilərik. Anam artıq məni qınamır, başa düşür. Məni danladı, dedi ki, güclü olmasan, haqlı olduğunu müdafiə edə bilməyəcəksən. Müalicə olunandan sonra məhkəməyə müraciət edəcəyəm, səhhətimə dəyən zərərin ödənilməsini istəyəcəyəm. Bundan sonra Respublika Prokurorluğuna müraciət edib işə onların nəzarəti ilə baxılmasını xahiş edəcəyəm. Yalnız ona görə ki, bilsinlər, insanların taleyi ilə oynamaq olmaz. Mən indi başa düşürəm ki, adam yanında onu başa düşəcək birilərinin olmadığını biləndə, təhqir olunanda, qorxanda intiharı çıxış yolu kimi görür. Mənə başqa çıxış yolu tanımadı, hər dəfə özümü öldürəcəyimi deyəndə ələ saldı. Amma indi cəzalanması üçün güclü olmağa çalışacağam.

Xəbərlər     Baxılıb: 2392   Tarix: 28 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

qadin dunyasi maskalar geyim şəkilləri cinsi sağlamlıq xiyar tutmasi hazirlanmasi kökəlməyin yolları arxadan olmaq kosmetika hesaplama webnem tovuzlu tərəzi bürcü xerçeng uşaq nece olur