Bakıda bu marşrut xəttləri üzrə avtobusların yolu dəyişdirildi
"Ölkə.Az" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Dəyişikliyə əsasən, bu gündən təmir işləri bitənədək 6 nömrəli marşrut üzrə avtobuslar Bayıl istiqamətinə gedərkən Şeyx Şamil, İstiqlaliyyət, Əziz Əliyev küçələri, Neftçilər prospekti, AzNeft dairəsi ilə yolu ilə gedəcək. Avtobusların Bayıldan metronun "Azadlıq prospekti" stansiyası istiqamətində hərəkət edərkən isə AzNeft meydanı, Niyazi, İstiqlaliyyət, Bünyat Sərdarov, Həsən Seyidzadə, N.Nərimanov, M.Müşviq küçələri əvəzinə AzNeft meydanı, Neftçilər prospekti, Rəşid Behbudov, Fizuli, Şıxəli Qurbanov, Zivər bəy Əhmədbəyov, Qurban Xəlilov, Bakıxanov küçələri, İnşaatçılar prospekti, Landau, M.Müşviq küçələrindən keçən xətt üzrə hərəkət etməsi nəzərdə tutulur.
Bu müddətdə 65 nömrəli marşrut xətti üzrə avtobuslar isə Şeyx Şamil küçəsindən sol istiqamətdə İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinə hərəkət edəcəklər.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir