Bakıda məşhur oteldə azyaşlı zorlandı: "Hadisənin görüntüləri var"

Bakıda məşhur oteldə azyaşlı zorlandı: "Hadisənin görüntüləri var"Bakıda 14 yaşlı qızın evli kişi tərəfindən "Ambassador" hoteldə zorlandığı iddia olunur. Zərərçəkmiş şəxsin vəkili Elnur Nəcəfovla əlaqə saxladıqda, o sözügedən məlumatların zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən ictimailəşdirildiyini bildirib.

Vəkil Oxu.Az-a deyib ki, azyaşlı qızın atası müxtəlif dövlət və qeyri-dövlət qurumlarına sözügedən məsəlı ilə bağlı çoxsaylı müraciətlər edib. Həmin müraciətlərlə zərərçəkən şəxsin qanuni nümayəndəsi iddia edir ki, "Ambassador" hotelinin marketinq üzrə meneceri, eyni zamanda onlarla qonşuluqda yaşayan 26 yaşlı Əhmədov Nəriman Asif oğlu yetkinlik yaşına çatmayan qızı öz maşınına mindirərək "Ambassador" hotelə aparıb və orada onunla cinsi münasibətdə olub.

Hadisənin yanvar ayında baş verdiyi bildirilib. Bundan əlavə həmin şəxsin ayrı-ayrı vaxtlarda dörd dəfə azyaşlını hotel nömrəsinə apardığı da iddia edilir.

Vəkil zərərçəkmiş şəxsin atasının mediaya verdiyi açıqlamlarda yetkinlik yaşına çatmayan qızın bəkarətinin pozulduğuna dair iddiaların da yer aldığını qeyd edib:

"Qızın atası faktla bağlı Bakı Şəhər Prokurorluğuna müraciət edib. Prokurorluq isə öz növbəsində işi Nəsimi Rayon Polis İdarəsinə yönəldib. Həmin şəxs haqqında cinayət işi başlanıb. Cinayət işi üzrə məsələ ilə bağlı müəyyən materiallar və ziddiyyətli məqamlar nəzərə alınaraq faktla bağlı ekspertiza təyin edilib.

Ekspertizanın rəyi alınanadək isə N. Əhmədovun həbs edilməsi ilə bağlı polis və zərərçəkmiş şəxs tərəfindən vəsatət verilib. Lakin ekspertiza zərərçəkmişin iddialarının əksinə olaraq, azyaşlının bəkarətinin pozulmadığına dair qərar çıxarıb. Məhkəmənin qərarı ilə qarşı tərəfə ev dustaqlığı qərarı verilib. Zərərçəkmiş tərəf məhkəmənin və ekspertizanın çıxardığı qərardan narazı olduğunu bildirir".

Qeyd edək ki, atası qızını başqa bir həkim yoxlamasına aparıb. Həkimlərin sözlərinə görə, azyaşlıda zorakılıq əlamətləri və bəkarətin pozulması faktı var. Ekspertiza rəyində isə bunun əksi qeyd edilib.

Zərərçəkmişin atası hadisə gününə dair videogörüntülərin çəkildiyini, lakin dəlillərin gizlədildiyini qeyd edir:

"26 yaşlı şəxs özü evlidir. Hadisə ciddi şəkildə araşdırıldığı üçün həmin şəxs bütün yazışmaları, görüntüləri silib və telefonunu satıb. Telefonun kimə satıldığı məlum deyil. Haqqında irəli sürülən bütün iddiaları təkzib edir, azyaşlını heç vaxt öz avtomobilinə mindirmədiyini bildirir. Hotel nömrəsində onunla sadəcə söhbət etdiyini deyir".

Vəkil şikayətin Cinayət Məcəlləsinin 150 (Seksual xarakterli zorakılıq hərəkətləri) və 152.1 (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə verildiyini deyib. Lakin hazırda Cinayət Məcəlləsinin yalnız 152.1-ci maddəsi ilə cinayət işi açıldığı bildirilib.

Vəkil zərərçəkmiş 14 yaşlı qızın valideynlərinin prosesin gedişindən qəti şəkildə narazı olduqlarını qeyd edib:

"Məhkəmənin qərarından apellyasiya şikayəti vermişik. Bazar ertəsi saat 10:00-a məhkəmə prosesi təyin olunub. Qızın atası yenidən ekspertiza təyin edilməsini istəyir. Əgər Azərbaycanda təkrar eyni qərar çıxarılarsa (bəkarətin pozulmadığına dair –red.) dərhal qızı ilə Gürcüstanda və ya Türkiyədə aidiyyəti məsələ ilə bağlı müayinənin aparılması üçün ixtisaslaşmış mərkəzlərə müraciət edəcəyini deyir".

Vəkil iddia edilən məsələlərlə bağlı zəruri tədbirlərin görülməsinə dair vəsatətlərin verildiyini də qeyd edib:

"Həmin vəsatətlər üzrə iddiaların sübuta yetirilməsi ilə bağlı aidiyyəti orqanlar tərəfindən mümkün istiqamətlər üzrə işlər görülür, bu haqda istintaq gedir, təfərrüatları barədə açıqlama verilə bilməz. Bütün dəlillər toplandıqdan və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra məsələ ilə bağlı yekun fikir söyləmək mümkündür".

Xəbərlər     Baxılıb: 2041   Tarix: 06 fevral 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ayaqqabını nəm salfetlə silməyin - SƏBƏB

Nəm salfetlər ayaqqabını tez təmizləmək üçün rahat üsul kimi görünsə də, əslində onlar faydadan çox zərər verə bilər. . xarici mediaya istinadla xəbər verir ki, çoxları küçəyə çıxmazdan əvvəl ağ krossovkada ləkə gördükd

.

Tez-tez istehlak edirik amma çox təhlükəlidir - Xəbərdarlıq

Gündəlik həyatımızda bir çox qida və içki qəbul edirik. Bəziləri sağlamlığımız üçün faydalı olsa da, digərləri zərərli təsirləri ilə seçilir. xəbər verir ki, mütəxəssislər gündəlik olaraq tez-tez istehlak edilən emal olunmu

.

Pəhrizdə ən böyük səhv tez-tez menyu dəyişməkdir

Qida rasionunu tez-tez dəyişməyən və gündəlik kalorini sabit saxlayan insanlar daha sürətli arıqlayır. xəbər verir ki, nəticələr "Health Psychology" jurnalında dərc olunub. 112 nəfərin iştirak etdiyi 12 həftəli

.

Ayaq və əllərdə göbələk varsa, belə edin

Dırnaqdakı göbələk virusundan yəqin ki, çox insan əziyyət çəkib. Bir dəfə bu problemlə qarşılaşmaq onun tez-tez qayıdacağından xəbər verir. -ın məlumatına görə, göbələk virusu yaz və yay aylarında daha da aktivləşir. Onu

.

Bu əməliyyatlar həyat keyfiyyətini dəyişir

"Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının əsas fəaliyyət istiqaməti ilk növbəd

.

Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR

Xorultu bir çox insanın qarşılaşdığı narahat edici problemlərdən biridir.  xəbər verir ki, bu hal təkcə yuxu keyfiyyətini aşağı salmır, həm də ailə üzvlərinin rahatlığını poza bilir. Mütəxəssislər bildirir ki, bəzi məhsulları

.

Ananas düşündüyünüz qədər məsum deyilmiş: Dilinizi "yeyən" meyvənin gizli zərərləri

​Tropik meyvələr arasında həm dadı, həm də ekzotik görünüşü ilə ən çox sevilənlərdən biri olan ananas sağlam qidalanma siyahılarının əvəzolunmazı hesab olunur. Vitamin mənbəyi kimi tanınan bu "ekzotik kral" arıqlam

.

Şampun saç tökülməsinə səbəb ola bilər?

"Patoloji saç tökülməsi insanın başını hansı şampunla yuması ilə heç cür əlaqəli deyil". xəbər verir ki, bu barədə rusiyalı dermatoveneroloq Eduard Buçarov deyib. "Şampun keçəlliyin səbəbi deyil. O, tərkibin

.

Qəhvə buna da xeyir imiş

Qəhvə orqanizmdə iltihab proseslərini zəiflətməyə kömək edir. xəbər verir ki, bu barədə nəticələr "Nutrients" jurnalında dərc olunan araşdırmada qeyd olunub. Araşdırmaya görə, qəhvənin tərkibində olan bəzi maddələ

turlar.az

həkim məsləhəti donlar 2026 toy gecesi cennet almasinin murebbesi toyluq donlar 2026 arıqlama qozlu toyuq salati kosmetika salatlar burclerin uyumu novruz hakisdalari novruz bayrami ikizler