Bakıda QANDONDURAN HADİSƏ - Ustalar evin sahibəsini zorladı
Rus əsilli yaşlı qadını zorlamaqda təqsirli bilinən 1990-cı il təvəllüdlü Camir İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Publika.az xəbər verir ki, Beyləqan rayon sakini Camir İsmayılov 2016-cı il sentyabrın 2-də saat 13 radələrində qohumu Əşrəf Məmmədovla birlikdə tanışları Elnur Muxtarovun təklifi ilə Nizami rayonunda yaşayan rus əsilli yaşlı qadın Nataşa Çamyuvanın (ad və soyad şərti verilib) evinə su kranını və su qızdırıcısını təmir etmək üçün gediblər.
İçki məclisi
Təmir işlərini bitirdikdən sonra qohumlar yeyib-içmək qərarına gəliblər və zərərçəkən Nataşa Çamyuvanın mənzilində spirtli içki qəbul ediblər.
Sərxoş vəziyyətdə olan Camir İsmayılov qadının yataq otağına keçərək onun əl-qolunu tutub və Əşrəf Məmmədovun onu zorlamasına şərait yaradıb.
Zorlama
Nataşa Çamyuva Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmək istəyəndə Camir İsmayılov mobil telefonunu onun əlindən alıb və batareyasını çıxarıb. Sonra isə hər ikisi qadını döyərək ayrı-ayrılıqda Nataşa Çamyuva ilə zorla cinsi əlaqədə olublar.
Təqsirləndirilən şəxs evlidir və 2 övladı var.
İttiham
Cinayət işində adı keçən digər şəxslərin işi ayrıca icraata götürülüb. Camir İsmayılov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, bildirib ki, Nataşa Çamyuvanı zorlamayıb.
"Yataqda cinsi əlaqədə oldum"
Onun sözlərinə görə, qadının evində yeyib-içiblər: "Qadın da bizimlə yeyib-içdi. Sonra sərxoş olanda onunla cinsi əlaqədə olmağı təklif etdim. Nataşa Çamyuva da təklifimə etiraz etmədi. Birlikdə yataq otağına keçdim. Onunla yataqda cinsi əlaqədə oldum".
Camir İsmayılov zorlama ittihamını qəbul etməyib və bildirib ki, ittiham olunduğu maddə üzrə ona qarşı düzgün ittiham verilməyib.
Daha sonra zərərçəkmiş qadın ifadə verib. O, evinə gələn ustalar tərəfindən təcavüzə məruz qaldığını bildirib. Yaşlı qadın təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib.
Proses yanvarın 19-da davam edəcək.
Mənbə:teleqraf.com
f Paylaş








Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Böyük sağlamlıq faydaları VAR
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı