Bakıda tanınmış reperin olduğu partidə kütləvi dava düşüb
Bakıda gecə klubunda tanınmış reperin iştirakı ilə keçirilən əyləncə mərasimində kütləvi dava düşüb.
Qadinsaytin.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda "Legendary club"da qeydə alınıb.
Belə ki, tanınmış reper Ramil Nabranın klubda çıxışı zamanı 12 nəfər naməlum şəxs içəri daxil olaraq dava salıb. Naməlum şəxslər klubun pəncərələrinin şüşələrini qırıb. Onlarla klub rəhbərliyi və ofsiantlar arasında əlbəyaxa dava düşüb. Əraziyə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları gəlib. R.Nabran və klubda iştirak edən qonaqlar ərazidən uzaqlaşdırılıb.
Davanın səbəbinə gəlincə, şahidlər bildirib ki, R.Nabrana digər klubda çıxış etmək təklif olunub. Lakin o, həmin klub rəhbərliyinin təklifini qəbul etməyib. Bundan əsəbləşən qarşı tərəf "Legendary club"da dava salıb.
Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, dava salan şəxslər sərxoş vəziyyətdə olub. Üç nəfər şübhəli şəxs qismində saxlanılıb.
Reper Ramil Nabran isə açıqlamasında belə bir hadisənin baş verdiyini, lakin davanın onunla əlaqəsi olmadığını bildirib:
"Gecə yeni başlayırdı, oxumağa başlamaq istəyirdim ki, dava düşdü və biz də oradan çıxdıq".
f Paylaş








Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı