Bakirəliyini əməliyyatla bərpa etdirib ərə getdi, 1 həftə sonra... - Azərbaycanda

Bakirəliyini əməliyyatla bərpa etdirib ərə getdi, 1 həftə sonra... - AzərbaycandaÇoxlarınızın, deputatların, hətta dövlət komissiyalarının mövzunu eşidəndə "aaa!", "oyy!" nidalarının müşayiətilə, "sən Allah məni belə məsələlərə qatma" deməsilə başladı məsələyə yanaşma. "Ayıbdır", "intim mövuzlara toxunmayın" deyə-deyə, gəldik çıxdıq namusun gözəllik salonlarında pulla bərpa edildiyi zəmanəyə! Amma pulla bərpa etdirdiyiniz bakirəliyin yükünü zəmanənin üzərinə ata bilməyəcəksiniz bu dəfə.

Çünki bir anlıq hisslərinizə hakim kəsilə bilməyən bəziləriniz, başqa birinin həyatını alt-üst etməyi gözə alacaq qədər NAMUSSUZSUNUZ! Bu addımı atıb, telli-duvaqlı gəlin olub, belinizə qırmızı lent bağlayanda heç düşünmədinizmi xoşbəxtliyiniz o lent boyda da olmayacaq?..
Bir başıpapaqlınız olmadımı, sizə nəzarət etsin? Yoxsa daha papaq da dəbdən düşüb?...Vallah elə dəb deyib sırıdıqlarınızdır zəmanəni bu günə qoyan.
Əlqərəz qayıdıram mövzu ilə bağlı müraciət etdiklərimə. O mövzuyla bağlı ki, Azərbaycanda var və bunu danan ya azərbaycanlı deyil, ya da uzun müddətdir ölkə hüdudlarından kənardadır ki, məsələdən halı deyil.

İlk olaraq müraciət etdiyim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən intim məsələ olduğu üçün heç kimin açıqlama verilməyəcəyini bildirdilər. İsrarlarım isə yersiz oldu.
Növbəti müraciət etdiyim Milli Məclisin Ailə, qadın, uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı isə sualımı eşitcək az qaldı olduğu yerdən gəlib məni assın. O Aqiyə Naxçıvanlı ki, Zaur Baxşəliyev və Xoşqədəm Baxşəliyevanın müəllifi olduğu verilişlərin cəmiyyətə zərərindən ağzıdolusu danışırdı. Amma indi "ay qız, bu nə mövzudur, mən ümumiyyətlə bu haqda danışa bilmərəm. Belə şey olar?" deyərək dəstəyi asdı.

"Bu addımı atan qadınları heç cür anlaya bilmirəm"

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədi Mehriban Zeynalova isə modern.az-a deyib ki, o, belə müraciətlərlə dəfələrlə rastlaşıb.

"Mənə müraciət edənlər arasında belə hallar yaşayanlar olub. Amma heç vaxt onlara dəstək vermirəm. Mən hesab edirəm ki, insanlar ailə quranda dürüst olmalı, ailənin təməli ilk gündən sağlam qoyulmalıdır.

Bəzilərinin toydan əvvəl bakirəliyin bərpası üçün etdiyi müraciətlərə gəlincə, bu, tələb təklif məsələsidir. İnsanlar bəzi hallarda özləri məcbur edir ki, bu hadisələr baş versin.
Bəziləri bilərəkdən, hisslərinə qulaq asaraq addım atır, daha sonra bu faciəyə çevrilir və əməliyyata üz tuturlar".

M.Zeynalova hesab edir ki, qadınların bu əməliyyata üz tutmalarının səbəbi də qınaqdır:
"Qadınlar belə başa düşür ki, heç kim onları anlamayacaq yaxud qəbul etməyəcək və gələcəkdə həyatları qınaq altında olacaq.

Mən ümumiyyətlə, sonu olmayan bu cür münasibətləri dəstəkləmirəm. Nə qədər ağır, çətin olsa da, reallığı deyib qarşındakına dürüst olduğunu nümayiş etdirməlisən. Onsuz da səhv addımı atmısan, bunu bir də hansısa müdaxilə, əməliyyatla sənə inanıb ailə quran adama etmək heç də doğru deyil".

"Aldadan da kişidir, qadının namusunu ləkələyib sonra öldürən də"

Hüquq müdafiəçisi deyir ki, əslində qadını aldadan da, aldanmış vəziyyətdə ortada qoyub qınayan da kişidir:

"Bu hadisəyə görə o qadını öldürən də kişidir. Bu baxımdan övlad böyüdən valideynlər onlara düzgün tərbiyə verməli, kiminsə həyatını alt-üst etməyə, aldatmasına icazə verməməlidir. Hər kəsin digərləri qarşısında məsuliyyət hissi olmalıdır.

Onun həyatı, onun yaşamı, onun psixoloji durumu ilə bağlı məsuliyyətini dərk etməlidir. Təbii ki, hər bir qadın ailə qurmaq istəyir və bu ailəni əmin olaraq qurmaq istəyir. Təəssüf ki, sui-istifadə hallarında bu cür problemlər ortaya çıxır. Yenə də həmin hal olubsa belə, düşünürəm ki, onu doğru şəkildə anlatmaq lazımdır.

Bu əməliyyatlar, həkimlərə müraciətlərə son qoyulmalıdır. Əgər kimsə səni sevirsə, səni olduğun kimi, şəxsiyyət kimi, ruhun kimi sevəcək".

"Yalanın ömrü heç bir həftə də çəkmədi..."

M.Zeynalova bakirəliyini bərpa etdirdikdən sonra ailə qurub boşanan bir qadının ona kömək üçün müarciət etdiyini qeyd edir:

"Bakirəlik əməliyyatlarına üz tutub sonra problem yaşayan 20, 22, 28, 32 yaşlı xanımlar bizə müraciət edib, amma heç bir halda mən onlara kömək etməyi boyun olmamışam. Çünki qəti şəkildə bu cür əməliyatlara qarşıyam.

Bir dəfə mənə bir xanım yaxınlaşmışdı. Çox ziyalı bir xanım idi. Yəni bu kimi məsələlərdə qadınların təhsilsiz olmasını əsas gətirirlər çox vaxt. Amma bu xanım təhsilli idi. Deməli, bu xanım öz nişanlısı ilə münasibətdə olmuşdu. Amma onlar evlənəsi olmamışdı. Sonradan qadın başqa bir bəylə ailə qurmağa hazırlaşanda yaşadıqlarını gizlətməkdən ötrü əməliyyata müraciət etmişdi. Toydan bir həftə sonra telefonda rəfiqəsinə prosesi danışanda təsadüfən yoldaşı onu eşitmişdi. Yalan üzərində qurulan ailəyə bircə həftənin içərisində son qoyulmuşdu. Qarşı tərəf heç cür aldadıldığı ilə razılaşa bilmirdi. Baxın bu əməliyyatların belə nəticələri də var. Ona görə gizlətmək, aldatmaq, süni şəkildə bakirəliyi bərpa etmək yolverilməzdir.
Ümumiyyətlə, bakirəlik məsələsi və onun bərpası daha çox Şərq ölkələrində yayılıb. Harada ki, bakirəlik insan, qadın faktorundan üstdə durur, məsələ orda da aktualdır".

Mətbəx     Baxılıb: 10947   Tarix: 02 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Qara dəniz dadı: Kumak Recipe

Kuymak Resepti üçün Tərkibi. 2 -ci. yığılmış yemək qaşığı. kərə yağı. 2 -ci. yığılmış yemək qaşığı. qarğıdalı unu. bir. su şüşəsi. Bu. (otaq temperaturunda). bir. Damğa. kəsmik. 1 çay fincanı. Qaynar su. bir. çay qaşığı silin

.

Portağallı Toyuq Balqabağı Tarifi

Portağallı Toyuq Balqabağı Tarifi üçün Tərkibi. toyuq barabanı. limon. Narıncı. diş. sarımsaq. çay qaşığı. duz. bir. çay qaşığı. qara istiot. bir. çay qaşığı. zerdeçal. bir. desert qaşığı. yer qırmızı bibər. Narıncı. təz

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ

Tərkibi:. 3-4 dilim iri balqabaq. 2,5 stəkan şəkər tozu. 1 litr süd. 3 xörək qaşığı un. 1 xörək qaşığı nişasta. 1/2 paket marqarin. 1 paket vanil. 200 qram qoz ləpəsi. 100 qram fındıq. 3 paket biskvit (peçenye). Hazırlanması:

.

Mərci mal əti şorbası Scrocchiarella restoran resepti

Tərkibi (1.8 L qazana). Yerkökü - 100 q. Qırmızı soğan - 150 q. Kərəviz - 60 q. Mal əti bonfili - 300 qr. Mərci - 120 q. Təzə bolqar bibəri - 200 q. Zeytun yağı - 50 q. Kərə yağı - 50 q. Pomidor sousu - 400 q. Soyulmuş sarımsa

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

.

Balqabaqlı Keks (Video)

Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə dəfələrl

.

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilə

turlar.az

yaz geyimleri 2026 toy makiyaji sekilleri maskalar duzlu xəmir işləri tərəzi bürcü burcler kisiler sağlamliq kosmetika baliq burcu laylalar novruz bayramina aid hakistalar atalar sozleri azerbaycan