Balın faydaları

Balın faydalarıBu gün Allahın insanlara bəxş etdiyi nemətlərin ən möcüzələrindən biri olan baldan danışmaq istəyirik. Naharlarımızdan desertlərimizə, hətta içkilərimizə qədər bir çox sahədə istifadə etdiyimiz bu möcüzə qida, eyni zamanda "hər dərdə dərman" bir sağlamlıq qaynağıdır. Bir hədisi-şərifdə bal üçün "Ölümdən başqa hər dərdə şəfadır" buyurulmuşdur… Minlərlə ildir insanların həm qida, həm də dərman olaraq istifadə etdiyi bal, qədim misirlilərdə də yaraları yaxşılaşdırmaq və mədə narahatlıqlarını müalicə etmək üçün istifadə edilərmiş. Vitamin və mineral baxımından son dərəcə zəngin bir məzmuna sahib olan balda xüsusilə A, B1, B2, B6, H və PP vitaminləri ilə kalsium, maqnezium, natrium, yod, dəmir, kalium kimi minerallar bol miqdarda vardır. Ayrıca tərkibindəki 12 dəyişik ferment, müxtəlif xəstəliklərin müalicəsində fayda təmin etməkdədir. Baldakı maqnezium damarlardakı qanın laxtalanmasını önləyir, stressin mənfi təsirlərindən qoruyur. Balda olan və bədən tərəfindən çox az çıxarıla bilən xolin adlı ferment, qaraciyərin yağ maddələr mübadiləsini təşkil edir və yağ bağlamasını önləyir. Bağırsaq infeksiyalarına və soyuqdəymədə yaxşı təsir edən inkibin adlı maddə eyni zamanda ürək damarlarının qanla daha yaxşı bəslənməsinə də köməkçi olur. Baldakı poliyenlər həzm üçün əhəmiyyətli bir qaynaqdır.
Bal yeyildikdən qısa bir müddət sonra bağırsaq çəpərinin immunitet sistemini qüvvətləndirən və qidalar yolu ilə alınan zərərli maddələrin təsirindən qoruyan fermentlər sərbəst qalır. Balın digər faydalarını da sıralayacaq olsaq: yaxşı bir enerji qaynağıdır. Bu səbəblə uşaqların bəslənməsində bala əhəmiyyətli bir yer ayırmalıyıq. Ayrıca bal dövranı sürətləndirir, sakitləşdirici təsiri vardır. Bal, süd və limonla hazırlanan qarışıq aknelərin müalicəsində təsirlidir. Bir stəkan ilıq südə qarışdırılan bir yemək qaşığı bal soyuqdəymədə yaxşı təsir edir. Balın hüceyrəni yeniləyərək yaranın irəliləməsini önləmək kimi bir xüsusiyyəti var. Kəsiklərin üzərinə incə bir təbəqə bal çəkib iki saat gözləmək və bunu gündə bir neçə dəfə təkrarlamaq yaraların yaxşılaşmasında təsirlidir. Diş ətlərinə balla bir az masaj etmək də diş əti iltihablarına yaxşı gəlir. Bel ağrıları üçün pətəkli baldan 100 qr, ərimiş iç yağı ilə bir yerdə döyülüb belə sarılsa və beləcə üç gün davam edilsə ağrıdan əsər qalmaz. İlıq suda şərbət edilib içilsə, bal işlətmə təsiri göstərir. Qanı təmizləyir, qan dövranını asanlaşdırır.
Ürək döyüntülərini önləyir. Mədəyə fərahlıq verir. Süd ilə bal bol sulandırılıb içilsə lentləri öldürər.
İlıq bir bezə sürtülüb boğaza sarılsa boğaz və qırtlaq ağrıları dərhal kəsilər. Bir miqdar bal sirkə ilə qarışdırılıb ağız çalxalansa ağızda qoxu qalmaz. Qarın ağrısını kəsər. Bal arısının iynəsi yelə dərmandır. Revmatizmli üzvü hərdənbir iynələtmək faydalıdır. Yatağını isladan uşaqlara bal yedirilməlidir. İslatma kəsilər. Qaynadılmış olan ada çayına bir az sirkə, bir az da bal qarışdırılaraq qarqara edilsə, boğaz anginasını müalicə edər. Badamcıqlar yaxşı olar. Bir sözlə, yaxşısı hər gün bir qaşıq bal yeyin…

Sağlamlıq     Baxılıb: 6161   Tarix: 25 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

turlar.az

qaşların formalari sac duzumleri geyim dəbləri yumurta ile uz maskalari merlin monro kətə halva reseptləri kosmetika qadin saglamlig kokelmek novruz bayramına aid hakıştalar novruz bayramına aid hakışta turpun nağlı