Bankalanmaq faydalıdır, ziyanlı? - Həkim izah edir

Bankalanmaq faydalıdır, ziyanlı? - Həkim izah edirAzərbaycanda ən geniş yayılmış türkəçarə üsullardan biri bankalanmaqdır.
Ta qədimdən soyuqdəymə, əzələ, bel ağrıları zamanı müalicə vasitəsi kimi bankadan istifadə olunur.
E-tibb.az bildirir ki, bu üsula daha çox yaşlı və orta nəslin nümayəndələri üstünlük versə də, azyaşlı uşaqlarına banka qoymaqdan çəkinməyən valideynlər də az deyil. Hətta belə bir inanc da var ki, banka qoyulan yerdə nə qədər çox tünd qan yığılarsa, deməli, bu nahiyəyə daha çox soyuq olub. Həmin yeri həcəmət deyilən xüsusi bir alətlə çərtib, yığılan qanı çıxarırlar. Bəs banka qoymaq həqiqətənmi sağlamlığa düşünüldüyü qədər xeyirdir? Bunun nə kimi fəsadları ola bilər? Azyaşlı uşaqlara banka qoymaq olar, ya yox?
Terapevt, Tibb Universitetinin Tədris Terapevtik Klinikasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Kəmalə Ağayeva deyir ki, banka qoymağın sağlamlığa hər hansı faydası müasir tibdə təsdiqini tapmayıb: "Buna yayındırıcı terapiya deyirlər. Sovet dövründən qalma üsuldur. Müasir təbabət bu cür üsulların heç birini qəbul etmir deyə biz də xəstələrə məsləhət görmürük. Əvvəllər deyirdilər, bankalanmaq yerli qan dövranını yaxşılaşdırır, patoloji prosesdən irəli gələn impulslar azalır və orda sağalma daha yaxşı gedir, ağrılar azalır, iltihabi proses sorulur. Amma bunların heç biri tibdə təsdiqini tapmayıb, müasir Həkimlər bankanın bu faydalarını təsdiqləmir. Yəni bankalanmaq daxildə gedən patoloji prosesə təsir göstərmir".
Banka qoyulduqdan sonra yerinin çərtilməsinin hansısa faydasının olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirən terapevt bunu belə izah edir: "Banka qoyanda onun içərisində bir vakuum yaranır. Yəni təzyiqlər fərqi yaranır, dərini içinə doğru çəkir və həmin nahiyəyə qan yığılır. Ona görə də çərtib təmizləyirlər. Sanki hansısa xəstəlik törədici qanı çirkləndirir və həmin üsulla onu çıxarırlar. Amma elmi baxımdan çirklənmiş qan anlayışı yoxdur. Çərtmə ümumiyyətlə, düzgün yanaşma deyil. Bu, hematomadır, toxumaya yığılan qandır, öz-özünə sorulub gedəcək. Çərtməklə ordan qanı çıxarmaq olmur. Üstəlik, çərtilən yerə infeksiya düşmə ehtimalı var. Bundan başqa, banka düzgün qoyulmadıqda dərini zədələyə, yerli yanıqlar ola bilər".
Həkim onu da vurğulayıb ki, ürək və təzyiq xəstələrinə bankalanmaq qətiyyən olmaz: "Elə bil oğurluq qanı banka olan nahiyəyə daha çox gətirir, patoloji orqan olan nahiyədə isə qan azlığı yaradır. Banka təzyiq də yaradır. Ona görə də kardioloji problem olanlar qətiyyən banka qoydurmamalıdırlar. Bu, onların vəziyyətini ağırlaşdıra, hətta infarkta belə, səbəb ola bilər. Ona görə də biz bankanı göstəriş kimi təyin etmirik, onun əleyhinəyik. Çünki onun əlavə təsirləri xeyrindən çoxdur".
O ki qaldı uşaqların bankalanmasına, pediatr Günay Rəsulova bunu məqbul hesab etmir. Onun sözlərinə görə, bankalanmaq, ilk növbədə, uşaq üçün böyük bir stresdir: "Təsəvvür edin ki, uşağın belinə yanan, yandıran nəsə qoyulur. Bu, uşaqda necə bir qorxu yarada bilər. Təəssüf ki, valideynlər məsələnin bu tərəfinə çox vaxt diqqət yetirmirlər. Halbuki uşaqları bu cür stress yaradan müdaxilələrdən maksimum şəkildə uzaq tutmaq lazımdır. İkincisi, banka onurğa sümüyü ilə kürək sümüyünün arasındakı əzələnin üstünə qoyula bilər. Amma buna çoxları riayət etmir, sümüyün üstünə də banka qoyurlar. Bu da yanlışdır. Üçüncüsü, qanında problem olan uşaqlar üçün olduqca təhlükəli müdaxilədir. Daxilə qanama verə bilər".
G.Rəsulova bankalanmağın heç bir müalicəvi tərəfi olmadığını qeyd edir. Üstəlik, fəsadlar da verə bilər: "Çox vaxt görürük ki, öskürəyi olan uşağa banka qoyurlar. Uşağın ciyərində problem varsa, banka onda ciddi ağırlaşmaya səbəb ola, xəstəliyi daha da ağırlaşdıra bilər. Banka bronxitlərə, pnevmoniyalara təsir edib sağaldacaq qüvvəyə malik deyil. Soyuqdəymənin kəskin vaxtı, yəni hərarətin yüksək vaxtı da banka qoymaq olmaz. O cümlədən bronxial astması, dərisində problem, allergik narahatlığı olan uşaqlara da qadağandır. Ümumiyyətlə, mən bir həkim olaraq uşaqları bankalamağı məsləhət görmürəm".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1297   Tarix: 28 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

aksessuarlar adlarin menasi reseptler ureyin isemik xestelikleri hamilə qala bilmək əlibala hacızadə hamilə qadın kosmetika qurd xəstəliklərinə qarşı mualicə uşaq şeirləri cinsi əlaqə sevda qiz evi ucun