Bapbalaca boyu var, dam dolusu xeyri var

Bapbalaca boyu var, dam dolusu xeyri varDigər meyvələr kimi kinkan da sağlamlıq üçün faydalıdır.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şirin-turş dadı olan olan bu meyvə yüksək C vitamini, lif və antioksidantlarla zəngindir.
Kinkan ürək çatışmazlığı, insult, iflic və yüksək təzyiq kimi xəstəliklərin riskini azaldır.
Yüksək miqdarda C vitamini ilə immunitet sistemini gücləndirməkdə mühüm rol oynayır. Həmçinin ağ qan hüceyrələrinin istehsalını artıraraq infeksiyalarla mübarizə aparmağa kömək edir.
Liflə zəngin olan kinkan həzm sisteminin nizamlı işləməsinə kömək edir. Lif bağırsaq hərəkətlərini tənzimləyir, qəbizliyin qarşısını alır və həzm problemlərini aradan qaldırmağa kömək edir.
Kinkanın tərkibində vitamin və antioksidantlar dəri sağlamlığına müsbət təsir göstərir. C vitamini kollagen istehsalını artıraraq dərinin elastikliyini və gənc görünüşünü qoruyur.  Antioksidantlar isə dərini günəşin zərərli şüalarından və ətraf mühit faktorlarından qoruyaraq zədələnməsinin qarşısını alır.
Ətraflı
Kinkanın əhəmiyyətli kalsium tərkibi sümükləri qorumağa, sağlam və güclü qalmasına kömək edir.
Bu meyvə tərkibindəki lif sayəsində qan şəkərini tənzimləməkdə də faydalıdır. Lif karbohidratların udulmasını ləngidir, qan şəkərinin qəfil artmasının qarşısını alır. Bu xüsusiyyəti ilə kinkan xüsusilə diabet xəstələri üçün faydalı hesab olunur.
Meyvənin tərkibində olan A vitamini zəhərli maddələrin orqanizmdə yığılmasının qarşısını alır.
Tərkibindəki kalsim ilə dişləri və sümükləri gücləndirməyə kömək edir. Eləcə də əzələ ağrılarına yaxşı təsir göstərir. Xüsusilə məşqdən sonra istehlak edildikdə qan dövranını tənzimləyir və əzələ ağrılarını aradan qaldırır.
Bundan əlavə, kinkan A vitamin sayəsində göz sağlamlığını dəstəkləyir. Katarakt riskini azaldır və görmə itkisinə səbəb ola biləcək problemlərin qarşısını alır.
Tərkibindəki yüksək lif miqdarı ilə toxluq hissi verir. Bu da arıqlamaq istəyənlər üçün faydalıdır.
Vitamin tərkibi ilə saçları gücləndirir. Saç telləri və baş dərisi üçün çox faydalıdır. Həmçinin saç tökülməsini azaltmağa kömək edir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1208   Tarix: 18 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

makiyaj etmek qaydalari sac duzumleri hamilelikde qidalanma göz xəstəlikləri baliqqulagi otaq dizaynları hicablı xanımlar kosmetika sevda sanamalar xerçeng novruz hakistalari itburnu