BAŞ AĞRILARInın ən yayılmış səbəbləri

BAŞ AĞRILARInın ən yayılmış səbəbləriHəm özümüzün dilə gətirdiyi, həm də ətrafdakılardan ən çox eşitdiyimiz şikayət baş ağrısıdır.
Baş ağrısı başın hər hansı bir nöqtəsində başlaya bilər və başın daxili hissəsi istisna olmaqla baş dərisini və üzünü əhatə edə bilər.
Müxtəlif səbəblər müxtəlif növ ağrılara səbəb olur. Bir neçə saat davam edən baş ağrısından əlavə bir neçə həftə davam edən baş ağrısı da ola bilər. Baş ağrısı növlərinə görə fərqli qruplara bölünür.
Baş ağrısı beyin və ya bədəndə hər hansı digər bir xəstəlikdən qaynaqlanırsa, bu ağrı "ikincili baş ağrısı" kimi təsnif edilir. Digər tərəfdən baş ağrısı başqa bir xəstəliyə bağlı deyil, özü bir xəstəlik kimi görünə bilər. Hər hansı bir xəstəlikdən qaynaqlanmayan baş ağrıları "birincili baş ağrısı" qrupuna daxil edilir. Hər nə qədər gündəlik həyatımızda ayrıseçkilik etmədən hamısına "baş ağrısı" desək də, baş ağrısının migren, gərginlik, klaster kimi müxtəlif növləri və müxtəlif səbəbləri vardır.
Birincili baş ağrıları
Migren Ağrısı
Miqrenin nə səbəbdən ortaya çıxması hələ tam olaraq aydınlaşdırılmamış olsa da, bu vəziyyətdə genetik və ekoloji faktorların əhəmiyyətli rol oynadığı bilinir. Migren müxtəlif tətikləyicilərin təsirindən beyin damarlarının genişlənib təkrar daralmasıyla ortaya çıxan baş ağrısıdır. Qan dövranı problemlərinin və ağrı siqnallarını çatdırmaqda əhəmiyyətli bir rolu olan 5-inci beyin sinirindəki (trigeminal) dəyişikliklərin də migrenə yol açma ehtimalı üzərində durulur.
Araşdırmalar göstərir ki, serotonin və digər ağrı tənzimləyən kimyəvi maddələr migrenin meydana gəlməsinə təsir göstərə bilər. Migren zamanı, aşağı səviyyəyə düşən serotonin maddəsi trigeminal sinirin bir neyropeptid molekulunu buraxmasına səbəb olan siqnal göndərir. Neuropeptidlər beyin zarına çatdıqda bu migren ilə əlaqəli baş ağrısına gətirib çıxarır.
Stress, aclıq, yuxusuzluq, şokolad və şərab kimi bəzi qida növləri, səs və ya görüntü kimi duyğu siqnalları miqrenin tətikləyiciləridir. Bəzi qadınlarda normal hormonal dalğalanmalar da migreni tətikləyir.
Gərilim tipli baş ağrısı
Gərginlik tipi baş ağrısı boyun və baş dərisinə də yayılan bir ağrıdır. Ümumiyyətlə, başın arxasında başlayır və irəliyə yayılır. Çiyinlərin, boyunların, baş dərisinin və ya çənənin əzələlərinin sıxılması bu tip baş ağrısının başlıca səbəbidir. Ən çox qarşılaşılan baş ağrısı olan bu növdə, anksiyete, depresyon, stress ya da başın zədələnməsi, əzələ gəriliminə və baş ağrısına gətirib çıxarır.
Uzun müddət ərzində başın sabit bir şəkildə tutulması (məsələn, kompüterdə işləyəndə) gərginlik tipli baş ağrısına səbəb ola bilər. Bu tip baş ağrısının digər tətikləyicilərinə həddindən artıq efor sərfetmə, pis yuxu mövqesi, yuxusuzluq, diş qıcırdatma, halsızlıq, sinusit, göz yorğunluğu və ya vaxtında yemək yeməmə aiddir.
Bəzi qidalar da baş ağrısını tətikləyir. Köhnə pendirlər və şokoladlar bu qidalar arasındadır. Ərzaq içərisində təbii və süni maddələr baş ağrısını tətikləyə bilər. Alkoqol və baş ağrısı həmişə birlikdə yada salınır. Bunlardan əlavə məsələn qəhvə vərdişi olan bir adam, hər gün vərdiş etdiyi miqdarda qəhvə içmədiyində, qəhvənin məhrumluğu səbəbiylə baş ağrısı çəkə bilər.
Yetişkənlik dövrü
Yaxın bir zamanda ölkəmizdəki 12-18 yaş arası gəncləri ehtiva edən bir araşdırma nəticəsinə görə, bu dövrdə bir çox gəncdə gərginlik tipli və migren tipli baş ağrılarının ortaya çıxdığı görülmüşdür. Hormonal dəyişikliklərlə yanaşı, həm psixoloji, həm də ekoloji dəyişikliklərin təsirindən gənclərdə baş ağrıları artmışdır. Yetişkənlik dövrü gənclər üçün stressin çox olduğu dövrdür. Məsələn, orta məktəb dövründə imtahan stresi və intensiv tədris proqramı baş ağrısını tətikləyə bilər.
Closter Baş ağrısı
Closter baş ağrısı birdən başlayır və gecə yuxusundan insanı oyatmaq üçün kifayət qədər ağır ola bilər. Ağrı gündə bir neçə dəfə ortaya çıxır və bu vəziyyət aylarla davam edə bilər. Ağrı sonra yox olur və bir neçə ay görünmür. Bu növ ağrının dəqiq səbəbi hələ də bilinməsə də, bəzi alimlər bu vəziyyətin serotonin və ya histamin maddəsinin qəfil ifraz olunması ilə əlaqəli olduğuna inanırlar. Parlaq işıqlar, yüksək hündürlük, temperatur və fiziki yorğunluq closter baş ağrısını tətikləyə bilər. Closter baş ağrısı digər baş ağrılarından daha az yayılmışdır.
İkincili baş ağrıları
Məqalənin əvvəlində qeyd etdiyimiz kimi, ikincili baş ağrısı başqa bir xəstəliyin əlaməti olaraq görünür. Aşağıdakı siyahıda baş ağrılarına səbəb olan bəzi xəstəlikləri tapa bilərsiniz. Əgər boyun arxasından başlayan ağır və tez-tez təkrarlanan baş ağrısı yaşayırsınızsa və əvvəllər heç belə ağrı yaşanmamısınızsa bu baş ağrının altında başqa bir xəstəlik yata bilər.
Yuxarıda göstərilənə uyğun ağrı ciddi qəbul edilməli və laqeydlik edilməməlidir. Baş ağrısı ilə qusma, bulantı, bulanıq görmə və görmə pozğunluğu kimi şikayətləriniz varsa dərhal bir həkimə müraciət etməlisiniz. Erkən diaqnoz çox vacibdir, çünki ikincili baş ağrısı altında olan bəzi xəstəliklər həyati risk daşıyır!
Orta dərəcəli baş ağrılarına səbəb ola biləcək xəstəlikləri aşağıdakı kimi göstərə bilərik:
- Baş və boyun xəsarətləri
- Beyin damar xəstəlikləri
- Beyin sinir xəstəlikləri
- Beyin xəstəlikləri
- Beyin şişləri
- Beyin təzyiqinin artması
- Beyin infeksiyaları
- Sinusit
Gündəlik xronik baş ağrıları
Gündəlik xronik baş ağrıları, yuxarıda göstərilən və ikincili qrup baş ağrılarına səbəb olaraq göstərilən xəstəliklərin bir simptomu ola bilər. Ancaq digər bir ehtimal ki, bu ağrılan birincili qrupa da daxil ola bilər, yəni hər hansı bir xəstəlikdən qaynaqlanmaya bilər. Bu vəziyyətdə, vücudunuz ağrı siqnallarına qarşı çox reaktiv olur ya da beyninizin ağrı azaldan siqnalları kifayət qədər yaxşı olmaya bilər.
Xəstəliklə əlaqəli olmayan, lakin hər gün ağrıdan şikayət edən insanların əksəriyyəti təkrarlanan baş ağrısı var, çünki onlar ağrıkəsicilərini tez-tez qəbul edirlər. Ağrıkəsicilərə həssas olan bədən, dərman qəbuluna baş ağrısı ilə cavab verir. Həftədə 3 gündən və ayda 9 dəfədən çox, ağrıkəsici dərmanlar alırsınızsa, gündəlik baş ağrısı riski vardır!
DR. BƏHRUZ EYVAZOV
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1270   Tarix: 12 fevral 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

kosmetik vasiteler gözəllik məhsulları qis geyimləri 2026 gürcü mətbəxi arıqlamaq üçün çaylar ayaqda qabar plov reseptləri kosmetika geyim sağlamlığa aid atalar sözləri masqalar gəncə bayatı