Bədən tərbiyəsi müəllimi arıqlamağın sadə yolunu öyrədib

Bədən tərbiyəsi müəllimi arıqlamağın sadə yolunu öyrədibAvstraliyanın Kvinslend ştatının Qold-kost şəhərindən olan bədən tərbiyəsi müəllimi arıqlamağın indiyədək məlum olmayan və sadə üsulunu kəşf edib. Söhbət mətbəx rəflərini savadlı şəkildə ərzaqla təchiz etməkdən gedir.
Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, 43 yaşlı müəllim Belinda Norton mətbəxdə səliqə-sahman yaratdıqdan sonra onun qida vərdişləri dəyişib və sağlamlığı yaxşılaşıb. "Biz gündə bufetin rəflərinə 50 dəfə baxırıq. Bu hərəkət eynilə reklamın etdiyi kimi gözlərimizə və mədəmizə təsir göstərir", - deyə Norton bildirib.
O əlavə edib ki, mətbəxdəki səliqə-sahman idman və ya pəhriz rejimindən dəfələrlə daha effektiv, həmçinin sürətli arıqlamağa kömək edir. O, şkafın rəflərinə məhsulları aşağıdakı şəkildə yerləşdirməyi məsləhət görür: kulinariyada, məsələn, qoz-fındıq, çia toxumu və ədviyyat kimi tez-tez istifadə edilən və ən faydalı ərzağı ən görkəmli yerə yığmaq lazımdır. Aşağı rəflərə isə o, mühüm olmayan məhsulları - taxıl mənşəliləri, paxlalıları və makaronu yerləşdirir.
"Mənim əsas sirrim göz qabağında üzvi qidaları saxlamaqdır. Rəfləri bu cür məhsullarla doldurduğunuzda, düzgün seçim etmək ehtimalı daha çox olur", - avstraliyalı deyir.
Beləliklə, arıqlamaq üçün faydalı olan məhsullar həmişə Nortonun əlinin altında olur: sürətli hazırlanan yulaf lopaları, çətənə toxumu, günəbaxan və balqabaq (salatlar üçün əlavələr), düyü siropu, badam, kakao tozu və kokos yağı.
Uşaqlar üçün faydalı qəlyanaltılar valideynləri gözləmədən qəlyanaltı etmələri üçün aşağı rəflərdə saxlanılır. Norton qeyd edir ki, "mətbəx şkaflarındakı səliqə-sahman sizin sağlamlığınız və əmin-amanlığınız üçün çox vacibdir". "Bu, bizə ancaq lazım olan şeyləri almağa və pula qənaət etməyə yardım edir. Həmçinin bu, düzgün qərarların qəbul edilməsinə imkan yaradır və qidanın hazırlanmasında vaxta qənaət edir", - Norton bildirib.
Əvvəllər Avstraliyadan olan bir dietoloq arıqlamağın və çəkini lazımi səviyyədə saxlamağın altı sirrini açıqlamışdı. O, stressdən uzaq durmağı, daha çox salat və ya tərəvəz yeməyi, istehlak edilən yarımfabrikatların miqdarını azaltmağı məsləhət görürdü. O, həmçinin daha çox hərəkət etməyi, yeməkdən əvvəl və yemək zamanı su içməyi, şüurlu yeməyi tövsiyə edirdi.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 2023   Tarix: 11 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

turlar.az

kosmetoloq yay geyimləri 2026 gozel gorunmek hamiləlik və analıq sirin gilas bilik haqqinda atalar sözləri ziyafət geyimləri 2026 kosmetika novruz hakisdalari saglam qidalanma 8 mart efsaneler bürcler