Bədəndə güclü qaşınma - 12 SƏBƏB

Bədəndə güclü qaşınma - 12 SƏBƏBYaz-yay aylarında bədən səthinin qaşınması, qızarması, hətta yaralar əmələ gəlməsi dərəcəsində simptomlar əhalini narahat edir. Çox insan bunu allergiyaya, istiyə bağlayır. Lakin bədəndə qaşınmanın əsəb, sinir pozulması, qoturluq, heyvanlardan keçən xəstəliklər, autoimmun problemlər kimi dərin səbəbləri ola bilər.
Milli.Az bədən dərisinin qaşınmasının 5 səbəbini və hansı müayinədən başlamalı olacağınızı araşdırıb.
Qaşınmanın xəstəliyə bağlı əlamətləri:
-Dəri normal görünsə də, səthi zədələnməsə də, qırmızı görünür
-Səthi nahamarlaşır
-Ləkələnir
-Qabıqlanır
-Qaşıdıqda dırnaq izi və sıyrılmadan müxtəlif yerlərdə quruma, qanaxma, qaysaq
-Suluqlar, şişkinlik, pulcuqlar
Möhkəm qaşıdıqda sıyrıq və dırnaq yerindən dərinin alt qatına infeksiya keçə bilir.
Qaşınma əvvəlcə bədənin kiçik hissələrində, baş, ayaq, boyun, əllərdə başlayır, daha sonra bütün bədənə yayılır.
Bəzən qaşınma uzun və intensiv davam edir, insana rahatlıq vermir. Əgər insan daim dırnaqları ilə dərini qaşıyıb cızırsa, qanadırsa, dəri qıcıqlanaraq, epidermisi zədələnir və kiçik yaralar əmələ gəlir.
Ən çox yayılmış səbəblər:
-Mövsümü və digər allergiyalar- dərman, qida, ətir və s.
-Həşərat sancması, dişləməsi
-Dəri xəstəlikləri - dermatit, ekzema, qoturluq, psoriaz
-Şəkərli diabet
-Böyrək problemləri, hətta böyrək çatışmazlığı
-İnfeksiyalar: qızılca, məxmərək, göbələk
- Xarici təsirlər: bitkilər, torpaq, toz gənələri
-Daxili xəstəliklər: anemiya, sirroz, öd yollarının tutulması, öd daşı, leykemiya, QİÇS, dağınıq skleroz, böyrək xəstəlikləri ciddi qaşınma verir.
-Sinir, əsəb xəstəlikləri: depressiya, nevroz,stress, kəskin qorxu, hərəcan
-Dərmanların əks təsiri kimi də təlimatlarında dəridə qaşınma qeyd olunub- antibiotiklər, göbələk dərmanları, narkotik dərmanlar, qıcolma dərmanları və s.
-Hamiləlik - hormonal dəyişiklik dəridə qaşınma verir
Nə zaman həkimə müraciət etməli:
Əgər dəridə qaşınma 1 həftədən çox davam edirsə, allergiya dərmanları fayda vermirsə, qaşınma gündən-günə kəskinləşirsə, dəriyə infeksiya düşübsə, qaşınmadan əlavə xəstədə yorğunluq, sidikdə dəyişiklik, qızdırma, titrətmə varsa, həkimə müraciət etmək lazımdır.
Hətta kəskin olmayan, ara-sıra gəlib gedən qaşınma 3-4 aydan sonra da çəkilmirsə, o zaman bir neçə həkimdə müayinə olunmaqla, altda yatan səbəbi tapmaq lazımdır.
Hansı həkimə üz tutmalı?
İlk növbədə dermatoloq, dermatonevroloq, dəri-zöhrəvi ixtisaslı həkimə müraciət edirsiz.
Vaxtında müayinə və müalicə olunmadıqda, qaşınma xronikləşir, dəri infeksiyalaşır, çapıqlar, ləkələr əmələ gəlir.
Müayinə zamanı həkim anamnez toplamaq üçün müəyyən suallar verir: neçə müddətdir davam edir, hər hansı qıcıqlandırıcı faktorun olub-olmaması, ev heyvanı saxlanması, dərman qəbulu, əlavə xəstəliklərin olub-olmamasını soruşur.
Əlavə olaraq dərinin müayinəsi, qan analizi, allergenlərə analiz, biopsiya, qanda şəkərin yoxlanması, böyrəklər və qalxanvari vəzin USM-i təyin edilir.
Əgər xəstədə nevroloji səbəbdən qaşınma təsbit olunarsa nevroloq və psixiatra yönəldilir. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1982   Tarix: 31 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

makiyaj instagram geyim seçimi qis geyimləri 2026 2026 payiz qis kolleksiyasi sabir haciyev qizilgul haqqinda melumat karikatura kosmetika vusale elizade gəncə kahfe kali hesaplama burcler haqqinda