"Bədənimə allergiya verən qidalardan imtina etdim" - 21 kq arıqlayan məşhur müğənni
Rusiyanın məşhur müğənnisi Larisa Dolina pandemiya dövründə səfərlər və dostlarına qonaq gedərək, yeməkdə qadağaları pozduğundan çəkisi xeyli artmış, metabolik pozulma yaranmışdı.
Milli.Az medicina.az-a istinadən bildirir ki, müğənni arıqlamaq üçün klinikada maddələr mübadiləsinin korreksiyası üçün analiz və müayinələrdən keçib.
Ona bildiriblər ki, bu vaxta qədər yediyi bir çox qidalar, meyvə və giləmeyvələr orqanizminə zərərlidir və metobolizmi pozub, bədəndə allergik fon yaradıb.
"Mənə qida siyahısı verdilər. Bir siyahıda qadağan olunan məhsullar, digərində icazə verilən qidalar. Bu vaxta kimi çox meyvə, giləmeyvə yeyirdim. Sən demə. mənə olmaz. Onlarda mənə düşməyən maddələr var.
Nə yeyirəm: mal ətindən başqa bütün növ ət, balıq, quş. Gündə 2 dəfə yeyirəm. Saat 15:00-dan sonra yemək olmaz. Çay yox, qəhvə içirəm.
Bu rejimə 20 gün ərzində öyrəşdim. İndi çox rahatam, çəkim də itib, daha geri qayıtmır. Bəzən uzun müddətli aclıq saatına keçirəm. maksimum 15-18 saat ac qalıram".
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi