Bədənizdə yarana biləcək bu 9 problemin səbəbini bilirdinizmi? - ALİMLƏRDƏN XƏBƏRDARLIQ

Bədənizdə yarana biləcək bu 9 problemin səbəbini bilirdinizmi? - ALİMLƏRDƏN XƏBƏRDARLIQSerotonin bizi xoşbəxt edən kimyəvi maddədir və bizə xoş rifah hissi bəxş edir. Bununla birlikdə, onun funksiyaları bu xoş emosional vəziyyətdən çox kənara çıxır. Serotonin beyində bir neyrotransmitter rolunda olmaqdan əlavə qan dövranında əhəmiyyətli hormon rolunu oynayır.
Milli.Az xəbər verir ki, serotonin çox sayda müxtəlif bədən və psixoloji funksiyalara təsir edir. Bildiyiniz kimi, sümüklərimizin maddələr mübadiləsində, həmçinin qaraciyərin bərpasında və hətta hüceyrələrin bölünməsində mühüm rol oynayır.
Vücudumuzun bu kimyəvi tərkib hissəsi çox gözəl olduğu qədər maraqlıdır, çünki serotonin sayəsində ümumi sağlamlığımızı təmin edən daxili tarazlığa sahib ola bilərik. Bu komponent bütün proseslərin normal funksiyası üçün vacibdir.
Serotoninin aşağı səviyyəsində olduqda bədənimizdə aşağıdakı mənfi təsirlər özünü göstərir.
1. Serotoninin aşağı olması həzm problemlərinə səbəb olur
Bəlkə də heç vaxt peristaltik haqqında eşitməmisiniz. Bu termin həzm sistemində meydana gələn daralmalara aiddir: qida və mayeləri sistem vasitəsilə hərəkət etdirmək. Yadda saxlayın ki, serotonin səviyyəsi aşağı olduqda, hüceyrələrimiz kifayət qədər kalsium ifraz edə bilmir. Kalsiumun az olması ilə həzm əzələləri zəifləyir və ağırlaşır.
2. Aşağı serotoninin bağırsaqlara təsiri
Bu fakt maraqlıdır: serotoninin demək olar 95% -i bağırsaqlarda ifraz olunur və saxlanılır. Hormonal funksiyaları olan bu maddənin çatışmazlığı bağırsaq funksiyasının dəyişməsinə səbəb ola bilər. Beləliklə, tez-tez qəbizliyə gətirib çıxarır.
3. İmmun sisteminin zəifləməsi
Əgər yorğunluq, əzələ zəifliyi hiss edirsinizsə, pis əhval-ruhiyyədəsinizsə, yoluxucu xəstəliklərdən və soyuqdəymədən daha çox əziyyət çəkdiyinizi hiss edirsinizsə, deməli, serotonin səviyyəsinin aşağı olması immun sisteminin zəifləməsinə təsir edir.
4. Bioloji saatda dəyişikliklər
Serotonin səviyyəsinin aşağı olması yuxu ritmini də dəyişdirə bilər. Simptom gecə deyil, gündüz yuxu hissi ilə özünü göstərir. Ancaq qeyd etmək lazımdır ki, bu gündüz yuxu depressiyanın əlamətidir. Endogen depressiyanın məhz serotonin çatışmazlığından qaynaqlandığı məlumdur.
5. Duzlu yemək istəyi
Bu məlumatlar çox maraq doğurur: bədənində serotonin səviyyəsi az olan insanlar natriuma böyük ehtiyac duyur və bu səbəbdən də duzlu yemək istəyirlər. Bu simptomu ümidsizlik, yorğunluq, həzm problemləri müşayiət edir.
6. Depressiya
Bu barədə danışdıq. Serotonin çatışmazlığı əhvalımızın aşağı düşməsi ilə əlaqələndirilir. Serotonin və depressiyanın inkişafı arasında birbaşa əlaqə var. Bütün bunlar serotonin qəbul etməyən reseptorların sayı azaldıqda və ya əksinə, serotoninin tənzimlənməsinə kömək edən amin turşusu olan triptofanın olmadıqda baş verir.
Bəzi hallarda, məsələn, depressiya yüngül olarsa, qida rasiounu və məşqlər ovqatı yaxşılaşdıra bilər. Lakin bir çox hallarda serotonin səviyyəsini bərpa etmək üçün dərmanlara müraciət etmək lazımdır.
7. Narahatlıq
Bədənimizdə 14 fərqli serotonin reseptoru var və 5-HT 1A bunlardan ən əhəmiyyətlisidir. Onun çatışmazlığı artan həssaslıq, əsəbilik, narahatlıq və gərginlik gətirir. Unutmamalıyıq ki, bir çox hallarda narahatlıq və depressiya kimyəvi mənşəlidir.
8. Miqren
Serotonin baş ağrısı və miqrenin də inkişafında əsas rol oynayır. Buna səbəb isə serotoninin ifrazını dəstəkləyən triptofanın olmamasıdır.
9. Yaddaş problemləri
Diqqətin olmaması, yorğunluq, fikri cəmləşdirə və məlumatları yadda saxlaya bilməmək problemi də serotonin səviyyəsinin aşağı olması ilə əlaqələndirilir. Düzgün qidalanma, məşq və düzgün dərmanlar serotonin səviyyəsini bərpa edə və bir çox sağlamlıq problemindən azad edə bilər. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1418   Tarix: 15 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

geyim dəbləri kosmetik vasiteler yaz geyimleri 2026 roya ayxan gilasın faydası yuxuda balqabaq sifahi xalq ədəbiyyatı kosmetika novruz bayrami hakisda hakıştalar xanim az baldiz yemekler