Bel ağrıları zamanı ilk yardım. Həkimlər tövsiyə edir

Bel ağrıları zamanı ilk yardım. Həkimlər tövsiyə edirİnsanların əksər hissəsi bel ağrıları ilə üzləşir.
Bunun əsas səbəbi osteoxondroz və onun fəsadlarıdır. Bel ağrısı ciddi pozulmanın (məsələn, fəqərəarası disk yırtığı, protruziya və s.) simptomu ola bilər. Bu səbəbdən bu vəziyyətdə düzgün hərəkət etmək lazımdır. Əks halda insanın sağlamlığına daha da böyük ziyan vurulacaq.
Onurğa sütunu xəstəliklərinin müayinəsi və müalicəsi ilə məşğul olan həkimlər (ortopedlər, vertebroloqlar, neyrocərrahlar) bel ağrısı zamanı bu kimi sadə qaydalara əməl etmək tövsiyə edirlər:
1. Ağrıya dözməyin. Ev aptek qutusunda hər zaman ibuprofen, voltaren, indometasin, aspirin kimi preparatlardan biri olmalıdır. Bu preparatlar belə ağrıları çox tez azaldır. Sadaladığımız dərmanlardan birini qəbul edin.
2. Ağrıyan yerə isti qrelka qoymaq, hər hansı isidən məlhəmdən və s. istifadə etmək olmaz. Bu xəstənin vəziyyətinin ağırlaşmasına səbəb ola bilər.
3. Ağrıyan yeri dərhal hərəkətsizləşdirmək lazımdır. Bunun üçün osteoxondrozun müalicəsində istifadə olunan xüsusi enli kəmərdən və ya kəmər olmadıqda enli şərf və ya şaldan istifadə edin. Ağrıyan yeri bərk sıxıb bağlayın.
4. Daha sonra rahat vəziyyət tapıb uzanın. Böyrü üstə və ya bel üstə uzanmaq olar.
5. Hal hazırda İnternetdə bel ağrısını "azaldan" xüsusi fiziki hərəkətlər haqqında məlumat tapmaq olar. Həkimlər tutma zamanı istənilən fiziki hərəkətləri qəti surətdə qadağan edir. Belə fiziki hərəkətlərin nəticəsində insanda hətta fəqərəarası disk yırtığı əmələ gələ bilər. Əksinə olaraq ağrıyan yeri hərəkətsizləşdirmək lazımdır. Bu ödemin və ağrının daha tez azalmasına kömək edəcək.
6. Hətta müəyyən müddətdən sonra ağrı tam keçərsə, mütləq həkimə müraciət edin və lazım olan müayinələrdən keçin. Bu xəstəliyin erkən mərhələlərdə aşkar olunmasına kömək edəcək.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1000   Tarix: 04 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

yemek reseptleri makiyaj etmek qaydalari sac duzumleri hakışta xınayaxdı hicab haqqinda zorlama biskvitli tort resepti kosmetika novruz bayramına aid hakışta novruza aid hakistalar novruz bayramina aid toy gecesı novruz hakisdalari