Beyni zədələyən alkoqollu İÇKİLƏR: həkimdən xəbərdarlıq
Alkoqol beyin hüceyrələrini zədələyir və onun fəaliyyətinə mənfi təsir göstərir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim, diyetoloq və nutrisioloq Yevgeni Arzamastsev "Moskva 24" telekanalına müsahibəsində danışıb.
Mütəxəssis xəbərdarlıq edib ki, spirtli içkilər beyni ciddi şəkildə zədələyir və bununla yanaşı, bütün orqanizmə də mənfi təsir göstərir.
"Alkoqol periodik olaraq içilərsə, bu, zehni qabiliyyətlərin azalmasına və yaddaşın pisləşməsinə səbəb ola bilər", - deyə həkim qeyd edib.
Onun sözlərinə görə, alkoqoldan həddindən artıq istifadə qaraciyər sirrozu və ensefalopatiya - beyin funksiyasının pozulması ilə nəticələnə bilər. Həkim vurğulayıb ki, bu halda insan tez və düzgün düşünə bilməz, reallığı düzgün dərk etməz.
Beyni dəstəkləmək üçün mütəxəssis təzə sıxılmış meyvə və tərəvəz şirələri içməyi tövsiyə edib. Çünki onların tərkibində çoxlu vitamin və antioksidantlar var.
Mütəxəssis, həmçinin xəbərdarlıq edib ki, beyin qocalmağa meyillidir və şirələrdən alınan maddələr onu mənfi təsirlərdən qorumağa kömək edəcək.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi