Bəzi qidalar ürək xəstəliklərinə səbəb olur – SİYAHI

Bəzi qidalar ürək xəstəliklərinə səbəb olur – SİYAHIrək-damar xəstəlikləri dünyada ən çox ölümə səbəb olan sağlamlıq problemləri arasında yer alır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi gündəlik istehlak edilən qidalar ürəyə ciddi zərər vurur.
Milli.Az xəbər verir ki, ürəyə zərər verən əsas qida məhsulları bunlardır:
Trans yağlar
Qarğıdalı yağı, margarinin bərk formaları, hazır bişmiş məhsullar (peçenye, kruasan, fast-food) tərkibindəki trans yağlar sayəsində xolesterini artırır, damarların tutulmasına və ürək tutmalarına səbəb olur.
Doymuş yağlarla zəngin qidalar
Yağlı ət məhsulları, kolbasa, sosiska, kərə yağı, qaymaq və bəzi pendir növləri doymuş yağlarla zəngindir. Bu da "pis xolesterin" səviyyəsini artıraraq ürək-damar sisteminə mənfi təsir göstərir.
Şəkərli içkilər və məhsullar
Qazlı içkilər, hazır meyvə şirələri, desertlər və şirniyyatlar yüksək şəkər miqdarına görə piylənmə, şəkərli diabet və nəticə etibarilə ürək xəstəlikləri riskini artırır.
Duzlu və emal olunmuş məhsullar
Turşular, çipslər, konservlər və hazır soslar tərkibindəki yüksək duz miqdarı səbəbindən təzyiqi artırır və ürəyə ciddi yük salır.
Ağ unla hazırlanan məhsullar
Ağ çörək, biskvit və makaron kimi məhsullar qan şəkərini sürətlə yüksəldir, bu da zamanla insulin müqavimətinə və ürək problemlərinə gətirib çıxara bilər.
Mütəxəssislər tövsiyə edir
Ürək sağlamlığını qorumaq üçün gündəlik qidalanmada daha çox təbii məhsullara - tərəvəz, meyvə, tam taxıllar, omeqa-3 ilə zəngin balıqlar və zeytun yağına yer verilməlidir.
Qeyd edək ki, ürək-damar sağlamlığının qorunması üçün yalnız düzgün qidalanma deyil, həm də müntəzəm fiziki aktivlik, siqaretdən uzaq durmaq və stresin idarə olunması vacib şərtlərdəndir.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1191   Tarix: 16 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

geyim necə seçməli yay geyimləri 2026 geymler 2026 bürclər 2026 hamilə qadın nə yeməli seks hekayələri yaşıl çay kosmetika maya maskasi ariqla veten haqqinda atalar sozleri kəlamlar webnem tovuzlu