Bəzi xərçəng şişlərini əməliyyat və müalicə etmək əslində lazım deyil - ALİMLƏRDƏN ŞOK

Bəzi xərçəng şişlərini əməliyyat və müalicə etmək əslində lazım deyil - ALİMLƏRDƏN ŞOKAvstraliyalı alimlər onkologiyada diaqnostika və müalicə ilə bağlı maraqlı bir açıqlama ediblər. Onlar bir neçə tədqiqatın nəticəsində bu qərara gəliblər ki, bəzi şiş növlərini diaqnoz edib, əməliyyat və müalicə etmək əslində lazım deyil.
Milli.Az xəbər verir ki, bir çox bədxassəli şişlər diaqnoz olunana qədər xəstəyə heç bir narahatlıq vermir və ölüm təhlükəsi yaratmır. Söhbət hiperdiaqnostikadan gedir. Yəni kütləvi olaraq insanların yoxlanılıb, xərçəngi erkən təyin edib, erkən müdaxilə etmək. Amma iş ondadır ki, bəzi şişlərin müalicəyə necə reaksiya verəcəyi məlum deyil.
Alimlərin yeni elmi tədqiqatının nəticəsi Medical Journal of Australia-da dərc edilib. Müəlliflərin fikrincə 42% hallarda prostat, 42% halda böyrək, 73% halda qalxanvari vəz, 58% halda melanoma, 22% halda qadınlarda süd vəzi xərçəngi şişləri əbəs yerə üzə çıxarılıb müalicəyə cəlb edilib.
Diaqnoz zamanı şişin müalicəyə necə cavab verəcəyi və xəstənin həyatı üçün nə qədər şans verəcəyi məlum olmur. Məsələ diaqnostika ilə bitmir.
Bəzən pasiyentlər əbəs yerə lazımsız hallarda şiş çıxarma əməliyyatlarına məruz qalır. Halbuki həmin şişlər heç vaxt simptom verməyəcəkdi.
Məsələn, ən çətin diaqnostika süd vəzilərindədir. Həkimlər 90% hallarda şişin nə dərəcədə aqressiv və həyati təhlükəli olduğunu deyə bilmir. Əminsizlik faizi çox olsa da süd vəzidə şiş aşkarlanıb deyə qadın yüksək dozalı güclü kimyaterapiyaya cəlb olunur. Bəzən isə bu müalicə onun 2-3 il sonra ölümünün qarşısını ala bilmir.
"Tibdə potensial fayda və potensial zərər anlayışı var. Onkoloqlar bunu nəzərə almalıdır. Biz həddən artıq çox hiperdiaqnostika və həddən artıq çox müalicəyə görə narahatıq" deyə alimlər bildirir. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 988   Tarix: 04 mart 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

yay kolleksiyasi hamilelikde qidalanma makiyaj instagram usaq otagi dizaynlari ərzaqlar asan sizanaqlara qarsi vasite kosmetika bayatılar gözellik novruza aid hakisda maraqli hakistalar laylalar