Bir gecəlik yuxusuzluğun həyat üçün TƏHLÜKƏLİ NƏTİCƏLƏRİ
Yuxu çatışmazlığı immun hüceyrələrinə piylənməsi olan insanlarda müşahidə olunanlara bənzər dəyişikliklərə səbəb olur. Hətta bir gecəlik yuxusuzluq belə immunitet sisteminin işinə ciddi təsir göstərə bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Küveytin Dasman Diabet İnstitutunun alimləri açıqlama veriblər. Onların araşdırmaları "The Journal of Immunology" elmi nəşrində dərc olunub.
Komanda müəyyən edib ki, 24 saat yuxusuz qalan sağlam insanlarda monositlərin - iltihabla mübarizə aparan əsas immun hüceyrələrinin profili dəyişir. Bu dəyişikliklər piylənmədən əziyyət çəkənlərdəki dəyişiklikləri xatırladır, bu da pis yuxu ilə xroniki iltihab arasında əlaqəni göstərir.
Orqanizmi patrul edən və iltihabi siqnallara reaksiya verən qeyri-klassik monositlər piylənməsi olanlarda və yuxusuz qalanlarda xeyli artıb. Bu, yuxu keyfiyyətinin pisləşməsi və iltihabı artıran markerlərin səviyyəsinin yüksəlməsi ilə əlaqələndirilib.
Xroniki yuxu çatışmazlığı 2-ci tip diabet və ürək-damar xəstəlikləri kimi iltihabi xəstəliklərin inkişafına şərait yarada bilər.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi