"Bir gecəyə 800 manat, bu mənim qiymətimdir" - Rəqqasə Aytəndən ŞOK AÇIQLAMA - FOTOLAR

Oriental rəqqasə Aytən Əliyevaya ad günü münasibəti ilə bağışlanan hədiyyələrin arasında 3 otalıq mənzilin açarları da olub.
Xanim.az xəbər verir ki, rəqqasə hədiyyənin ona kim tərəfindən bağışlanıldığını aznews.az-a açıqlayıb:

-Dünən mənim ad günüm idi. Hədiyyələrin sayı-hesabı yox idi. Sevgilim mənə şəhərin mərkəzində 3 otaqlı mənzil hədiyyə edib. Amma evin qiyməti sirrdir. Çünki belə şeylərin yazılmasını istəmirəm, ayıbdır. Açığını deyim ki, mənzilin qiymətini heç özüm də bilmirəm. Düzü bu hədiyyədən xəbərim olmayıb. Sevgilim bunu əvvəlcədən təşkil edib. O, rəfiqələrimlə danışıb, guya məni həmin binada kiminsə evinə qonaq aparacaqdı. Qapını açanda boş ev gördüm. Sonra hiss etdim ki, bu ad günüm ilə bağlı sevgilimin mənə hədiyyəsidir. Çox sevindim.

-Sevgilim-sevgilim deyirsiz, bəs toy nə vaxtdır?

-Toy olmayacaq.

-Səbəbi nədir?

-Biz artıq sevgilimlə 7 ildir ki, bərabər həyat yaşayırıq. Bu müddət ərzində bir dəfə də olsun toy haqqında düşünməmişik.

-Sevgiliniz evlidir?

-Yox, subaydır. Heç vaxt evli olmayıb. Mənim ailəli insanlarla işim olmaz. Heç vaxt ailəli insanı sevmərəm, onu sevgili kimi qəbul etmərəm. Onun ailəsi olsa, mən onu heç vaxt qəbul etmərəm. Ailəsi olmadığı üçün 7 ildir ki, yanımdadır. Nə vaxt evlənmək istəsə, ikinci gözlə mənə baxmaq fikirinə düşsə, onu qəbul etməyəcəm. Həmin anda ayrılacam. Heç vecimə də olmayacaq. Biz bir-birimizi çox istəyirik. Təəssüf ki, mənim hər gün onun yanında olmağa vaxtım yoxdur. İşlərim çox olur, vaxt isə az. Amma yenə də urəyimiz bir-birimizin yanındadır.

-Sevgiliniz iş adamıdır?

-Hə. Normal qazancı var, sən deyən də tanınmış şəxs deyil. Hər yerə gedirik. Amma mən onunla olduğum anlarda foto çəkdirib paylaşmıram. Belə şeyləri sevmirəm.

-Deyirlər ki, sənətdən ayrılmısınız. Bu şaiyədir, yoxsa...

-Bu mənim düşmənlərimin işidir. Hansı ki, onların gözü məni götürmür, paxıllığımı çəkirlər. Mən 15 ildir ki, bu sənətdəyəm. Allaha şükürlər olsun ki, həmin müddətdə yaxşı pul qazandım. Və həmin pulu ağılla işlətməyə qərar verdim. Öz gücümə ev, maşın almışam. Başqaları kimi gedib 150-200 min manata maşın sürməmişəm. Qazancımı zinət əşyalarına və bir də evimə xərcləmişəm. Pulu ağılla xərcləmək lazımdır. Bu gün mən sənətdəyəm, heç bir yerə ayrılmamışam.

-Sənət fəaliyyətiniz əsasən haralarda olur?

-Ancaq özəl yerlərə gedirəm. Hara gəldi getmək mənə yaraşmaz. Bu gün 50-100 manatlıq yerdə oynamaq, şabaşa, masalara yaxınlaşıb pul yığmaq mənə yaraşmaz. Türkiyənin və eləcə də dünyanın ən tanınmış rəqqasəsi Asena məni ad günümlə bağlı təbrik edib. Bilirsiniz, bu nə deməkdir? Hansı ki, Asena oriental rəqs sənətinə ən çox yenilik gətirən sənətçidir. Sənətlə bağlı ondan çox örnək götürürəm. Bu zirvəyə çatdığım üçün də ona borcluyam. Çox mehribanam. Hamıya təmiz ürəklə baxıram. Amma baxıram ki, bəzən dabanımı tapdalayan adamlar da var. Üzümə heç nə deyə bilmirlər, gücləri elə arxadan danışmağa çatır. Düşünürəm ki, onlar üzümə söz deməyə qorxurlar, cəsarətləri çatmır. Mənim cücərdib ortaya çıxardığım rəqqasələr qeybətimi edirlər. Onlar anlamır ki, danışdıqları sözlərin hamısını mənə çatdırırlar. Bilmirlər ki, Aytən çoxbilmişdir. Durub uşaq kimi kiməsə deməyəcəm ki, niyə haqqımda danışmısan. Bunu özümə sığışdırmaram. Danışsınlar, onsuz da onlar hara getsə də belə dolanıb-dolanıb mənim yanıma gələcək. Ona görə mənim heç kəslə prinsipim yoxdur. Rəqsimi də davam etdirirəm. Ən gözəl, özəl məclislərə gedirəm, tanınmış şəxslərin əhatəsində oluram. Amma mən o gecələrin heç birini sosial şəbəkədə paylaşa bilmirəm. Hətta telefonla şəkil çəkməyə də icazə vermirlər. Düzü, mən də onların istəklərinə etiraz etməmişəm, həmişə razı olmuşam. Bu da qəbul olunandır. Çünki məni gecəsinə dəvət edən şəxs ailəsinin şəklinin sosial şəbəkədə paylaşılmasını istəmir. Aytən daha uşaq-muşaq məclislərinə getmir. Onlar elə düşünür ki, mən hara gedirəmsə, ordan mütləq şəkil çəkdirib paylaşmalıdır. Altdan-altdan pulumu qazanıram. Belə ucuz reklama nə gərək var? Bunlar lazım deyil. Biz, əvvəlki rəqqasələr çox yaxşı pul qazandıq. İndiki cücələr düşüblər ortaya, amma nə sənət var, nə də pul.

-Sirr deyilsə, bir gecə üçün sənətinin qiyməti neçəyədir?

-Mən pul danışıram, səhnəyə çıxıram. Bir gecəyə 800 manat. Bu mənim qiymətimdir. Geyimlərim də bahadır. Düzü, bir az geyimlərimi dayandırmışam. Paltarlarım çoxdur, hətta onların bəzilərini satışa çıxartdım.

-Bundan sonra neçə il səhnədə olacaqsınız?

-10 il. Bir də ki, sənətimi niyə atıram? Çəkim, gözəlliyim yerində.
"Bir gecəyə 800 manat, bu mənim qiymətimdir" - Rəqqasə Aytəndən ŞOK AÇIQLAMA - FOTOLAR"Bir gecəyə 800 manat, bu mənim qiymətimdir" - Rəqqasə Aytəndən ŞOK AÇIQLAMA - FOTOLAR"Bir gecəyə 800 manat, bu mənim qiymətimdir" - Rəqqasə Aytəndən ŞOK AÇIQLAMA - FOTOLAR"Bir gecəyə 800 manat, bu mənim qiymətimdir" - Rəqqasə Aytəndən ŞOK AÇIQLAMA - FOTOLAR"Bir gecəyə 800 manat, bu mənim qiymətimdir" - Rəqqasə Aytəndən ŞOK AÇIQLAMA - FOTOLAR"Bir gecəyə 800 manat, bu mənim qiymətimdir" - Rəqqasə Aytəndən ŞOK AÇIQLAMA - FOTOLAR"Bir gecəyə 800 manat, bu mənim qiymətimdir" - Rəqqasə Aytəndən ŞOK AÇIQLAMA - FOTOLAR

Xəbərlər     Baxılıb: 2360   Tarix: 22 aprel 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Yatanda ayağınızı örtməyin - SƏBƏB

Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Qaraciyərinizə zərər verən üç yatma vərdişi

Qaraciyər sağlamlığı gündəlik vərdişlərdən, xüsusən də yatmazdan əvvəlki davranışlardan birbaşa asılıdır. Gecə saatlarında qəbul edilən alkoqol və yağlı qidalar bu orqan üçün ciddi təhlükə yaradır. .  xəbər verir ki, Hindistandak

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

turlar.az

aksessuarlar geyim şəkilləri yay kolleksiyasi hepatitlər xinayaxdi haxista oxatan burcu asan ariqlamagin yollari kosmetika mikayıl abdullayev maraqli hakistalar novruz bayrami uşaq nece olur oyunlar