Bir neçə estetik əməliyyat keçirən Günel o qədər gözəlləşdi ki, TANINMAZ HALDA - FOTOLAR
Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova imicini dəyişib.
Axşam.az-ın məlumatına görə, son günlər plastik əməliyyat etdirərək özünü aktrisa Birce Akalaya bənzətdiyi deyilən Günel kəkil kəsdirib, saçlarını uzadıb və onları rənglətdirib.
Sənətçi yeni görünüşdə fotolarını İnstaqram səhifəsində paylaşıb və "Zirvədəyəm canım, səsin gəlmir" şərhini yazıb.