"Bir şəkərburanın kalorisi bir boşqab plovla eynidir" - Nəyi necə yeyək?

"Bir şəkərburanın kalorisi bir boşqab plovla eynidir" - Nəyi necə yeyək?Bayram günlərinin, tətillərin sevinc bəxş etdiyi qədər qayğılı tərəfləri də var. İstirahət günlərini həvəslə gözləyənlərin bəziləri bolluca yatmağı düşünür, bəziləri qonaqlıqlara, digərləri səfərlərə hazırlaşır. Lakin bunların arxasında bir də qidalanma dayanır. Məhz bayram günlərində qidalanma rejimi sıxlaşır və çox zaman yeməyə nəzarəti itiririk. Bayramdan sonra isə yığdığımız artıq çəkilərlə mübarizə, pəhriz, arıqlamaq qayğıları başlayır. Bəs bayram günlərində necə qidalanaq? Tətillərdə həyat tərzimizi öz axarı ilə davam etdirməyi bacara bilərikmi?
Publika.az-a istinadən xəbər verir ki, bütün bunlarla bağlı aile.lent.az dietoloq-mütəxəssis Leyla Zülfüqarlının fikirlərini öyrənib.
Dietoloq bayram günlərində qidalanmamıza xüsusi diqqət etməyimizi tapşırır. Bu baxımdan Novruz bayramı ikiqat məsuliyyət tələb edir: "Novruzu daha çox şirniyyat bayramı kimi xarakterizə edə bilərik. Şirniyyatlardan təkcə bir şəkərbura bir pay kalorili yemək qədərdir. Məsələn, bir boşqab yağlı ətli aşqarası ilə plov təqribən bir şəkərburanın kalorisi ilə ekvivalentidir. 1 şəkərbura 650 kaloridirsə, bir qab plovda da təqribən bu qədər kalori var".
Bayram süfrələrini plovsuz və şirniyyatsız təsəvvür etmək mümkün deyil. Hələ ikinci köməkçi yeməklər və salatları demirik. Təntənəli yemək mərasimindən sonra süfrəyə cürbəcür dadlı şirniyyatlarla çay gəlir. Dadlı yeməkləri yeyirik, lakin təəssüf ki, ondan sonra yediyimiz şirniyyatların kalorisini nəzərə almırıq. Halbuki elə əsl kalori də budur. L. Zülfüqarlı ağır yeməklərdən sonra çayla şirniyyatların orqanizm üçün ikiqat təhlükə mənbəyi olduğunu deyir: "Nəzərə almalıyıq ki, azərbaycanlılar metabolik xəstəliklərdən əziyyət çəkən xalqdır. Burada əsasən şəkərli diabet, zob xəstəlikləri nəzərdə tutulur. Belə xəstəliklərə meylli olan insanlar xüsusilə şirniyyat sarıdan ehtiyatlı olmalıdırlar. Bu cür insanlar Novruz bayramında istədikləri kimi, kifayət qədər şirniyyat qəbul etsələr, artıq risk qrupuna daxil ola bilərlər. Novruz bayramını nə qədər sevsək də, özümüzə və qidalanmamıza qarşı bir o qədər tələbkar olmalıyıq".
Bayram günləri, tətil və istirahətin sevinci yalnız yeməkləri dadmaqdan ibarət deyil. Bu sevincə deyib-gülüb, əylənməyi də əlavə edə bilərik. Dietoloq bu günlərdə orqanizmə də qidalanmada istirahət verməyin də vacib olduğunu əlavə edir: "Özümüz istirahət etdiyimiz kimi, orqanizmimizə də dinclik verməliyik. Məsələn, bir gün günün birinci yarısı şirniyyat qəbul etsək, o biri gün şirniyyatdan imtina etməliyik. Hər gün bir-birinin ardınca şirniyyat yemək orqanizm üçün doğru deyil. İstirahət günlərində hesablamadığımız hipodinamik həyat tərzini də nəzərə almaq lazımdır. Şirniyyatı adət etdiyimiz qara çayla içmək məsləhət deyil. Bu günlərdə bitki çaylarına, əsasən yaşıl çaya və darçın çubuğu ilə dəmlənmiş çaylara üstünlük verilməlidir".
Təəssüf ki, bizdə bayram günləri yalnız yeməklə ölçülür. Çünki bizim üçün bayram adət-ənənəsi yeməklərdən aldığımız zövqdür. Dietoloq bildirir ki, bunu əylənmək, şənlənmək, deyib-gülmək, oynamaqla tamamlasaq, yəni fiziki aktivliyi də əlavə etsək, normal yemək və şirniyyatlardan da zövq ala bilərik: "Bayram günlərində yemək paylarına mütləq nəzarət etməliyik. Yemək paylarımız kiçik olmalıdır. Novruz bayramında digər bayramlara nisbətən qidalanma proqramı zəngin olduğu üçün daha çox məsuliyyət tələb edir. Qurban bayramında bir başqa tərzdə qidalanırıq, Yeni ildə bir başqa. Ən təhlükəli qidalanma isə Novruz bayramına düşür".
Bayram günlərində pəhriz saxlayanların üzərinə daha çox məsuliyyət düşür. Pəhriz saxlayanların çoxu demək olar ki, bayramı doyaraq yaşamadıqlarını etiraf edirlər. Çoxları isə hətta dadlı yeməklər, müxtəlif şirniyyatlara süfrədən qıraqda baxmaqla kifayətlənir. L. Zülfüqarlının isə pəhriz saxlayanlara xoş xəbəri var: "Düzdür, pəhriz saxlayanlar üçün bayram günləri sıxıntılı keçir. Amma pəhrizlərini də davam etdirirlər. Təbii ki, yemək və şirniyyatlardan da dadaraq. Üstəlik, heç bir problem də yaşamırlar. Bu şərtlə ki, nəzarəti itirməsinlər. Əgər bir gün bir paxlava və bir şəkərbura yeyirlərsə, həmin gün kalorili yeməkdən imtina etmək lazımdır. Bu cür etsələr, ciddi xətalardan qoruna bilərlər".

Sağlamlıq     Baxılıb: 2512   Tarix: 21 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

turlar.az

qadin sayti yay kolleksiyasi yemek reseptleri piroq reseptləri mimoza salatinin hazirlanma qaydasi arıqlama vasitələri intim haqda kosmetika qadin saglamlig hakiwda paxlava vətən haqqında bayatı aybawi