Bir şəxs ömrü boyunca 20160 dəqiqə öpüşür – MARAQLI FAKTLAR

Bir şəxs ömrü boyunca 20160 dəqiqə öpüşür – MARAQLI FAKTLARAlmaniyada aparılan bir araşdırma zamanı maraqlı nəticə əldə olunub. 100-dən çox cütlük arasında aparılan araşdırma zamanı iştirakçılardan üçdə ikisinin öpüşərkən başını sağa doğru əydiyi aydınlaşıb. Elm adamlarının fikrincə, öpüşərkən heç bir məqsəd olmadan başımızı sağa doğru əyməmizin səbəbi ana bətnində ikən aldığımız mövqedir. Araşdırmaçılar başı sağa əyməyi təbii davranışın xaricə vurması kimi açıqlayıb. Ailem.az sevginin göstəricisi olan öpüşməklə bağlı maraqlı fikirləri təqdim edir.

Öpüşmək əzələləri çalışdırır

Sadəcə bir öpüş üçün 146 əzələmiz koordinasiya olur. Bunların 34-ü üzümüzdə, 112-si isə postural əzələlərdir. Öpüşmə üz əzələlərini çalışdırdığı üçün qan dövranını artırır, qırışların qarşısını alır və yorğunluq hissini azaldır.

Öpüşmək qadağandır

16 avqust 1439-cu ildə VI Kral Henri İngiltərədə öpüşməyi qadağan edir. Bunun səbəbi krallıqda xəstəliklərin yayılmasının qarşısını almaq idi. Daha sonraları 16-cı əsrdə Neapolda öpüşmək sadəcə qadağan olunmaqla qalmadı, ölümlə cəzalandırılırdı.

Fransız öpüşü

Fransız öpüşü üz əzələlərinizin hamısını çalışdırarkən, adi bir yanaqdan öpmə sadəcə iki əzələnizi işlədir.

Öpüş qadağası

1930-cu ildə "Hays Code" adlı serialdan sonra ekranlara senzura gəldi, cütlüklərin yatmış vəziyyətdə öpüşməsi qadağan olundu. 1960-cı illərin sonlarında bu qadağa aradan qaldırıldı.

Öpüşmə rekordu

"Ginnessin Rekordlar Kitabı"na ən uzun öpüş taylandlı Ekkachai və Laksana Tiranarat cütlüyü tərəfindən düşüb. Cütlük 58 saat, 35 dəqiqə və 58 saniyə boyunca öpüşüb.

Öpüşmək həyat qurtarır

Öpüşmək immunitet sistemini qüvvətləndirir, ömrü uzadır. Aparılan araşdırmaya görə, evdən çıxmadan öncə sevdiyini öpən kişilərin öpməyənlərdən beş il daha çox yaşadığı məlum olub.

İtalyan öpüşü

Dünya üzərində gəlinən ümumi nəticəyə görə, ən gözəl italyanlar öpüşür.

Öpüşmək sağlamlığa çox faydalıdır

Öpüşmək kalori yandırmağı təmin edir, immunitet sistemini gücləndirir və ağrıları aradan qaldırır. Öpüşdüyünüz hər an, dəqiqədə təxminən 6.4 kalori yandırırsınız. Bunun üçün öpüşməyə əyləncəli bir idman da deyə bilərik. Öpüşmə zamanı ağızdakı tüpürcək axışı artdığı üçün diş problemlərinin də qarşısını alır.

Bir insan həyatının iki həftəsini öpüşərək keçirir.

Mütəxəssislər bir şəxsin ömrü boyunca təxminən 20160 dəqiqə öpüşdüyünü söyləyir.

Maraqlı     Baxılıb: 4107   Tarix: 11 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

turlar.az

makiyaj instagram qaşların formalari gelinlikler faydalı bitkilər vaginal quruluq ilk cinsi əlaqə şef master kosmetika kahfe fali novruz bayramı haxışta hüzeyir hacibəyov zəhmət cantalar