Bitki çayları haqda bunları bilirsiniz?

Bitki çayları haqda bunları bilirsiniz?Bitki çayları qədim zamanlardan bəri insanların önəm verdiyi və təbiblərin məsləhət gördüyü içkilərdir. Bir çox xəstəliyin müalicəsində köməkçi olaraq istifadə edilən bitkilər mütəxəssislə məsləhətləşmədən istifadə edilməməlidir.
Milli.Az axşam.az-a istinadən bitki çaylarının növlərindən bəhs edəcək.
Yaşıl çay
Ən güclü antioksidantlardan biridir. Xərçəngin yaranmasının qarşısını alır, xolestrin miqdarını azaldır, ürək-damar sisteminə xeyirdir. Qan təzyiqini aşağı salır, dişlərin çürüməsinin qarşısını alır, diş əti xəstəliklərinə qarşı qalxan yaradır. Metobolizmanı sürətləndirir, arıqlamağa kömək edir və immuniteti gücləndirir.
Çobanyastığı çayı
Yuxusuzluqdan əziyyət çəkən insanlar üçün idealdır. Revmatizma, dəri xəstəlikləri, qastrit, bağırsaq iltihabı kimi xəstəliklərin müalicəsində köməkçi vasitədir. Çobanyastığı çayı stresi azaldır, mədə ağrısının qarşısını alır, əzələləri sakitləşdirir, diş əti xəstəlikləri ilə mübarizə aparır. Həmçinin ağıziçi iltihablarının müalicəsində də qarqara suyu olaraq istifadə edilə bilər.
Razyana çayı
Həzm problemi, mədə ağrısı, qaz və köp kimi narahatlıqlar zamanı istifadə edilə bilər. Xüsusilə də, süd verən analar üçün idealdır. Həm südü artırı, həm də körpədə qaz və köp yaranmasının qarşısını alır.
Gicitkən çayı
Tərkibində yüksək miqdarda dəmir var. Anemiyanın müalicəsində istifadə edilir. Həmçinin həzm sistemini normallaşdırır və orqanları təmizləyir. Sidik yolları infeksiyasının müalicəsində köməkçi vasitədir. Öskürəyə yaxşı təsir edir, immuniteti gücləndirir, soyuqlamanı aradan qaldırır, həzm sistemini normallaşdırır.
Sürvə yarpağı çayı (Şalfey)
Latıncadan tərcümədə "sağaltmaq" deməkdir. Zərərli toksinləri bədəndən atır, beyin funksiyalarını inkişaf etdirir və bronxit, astma xəstəliklərinin simptomlarını zəiflədir. Qara ciyəri təmizləyir, sidik yolları infeksiyasının müalicəsində köməkçi vasitədir.
Məkkəgülü çiçəyi
Tərkibində yüksək miqdarda C vitamini olan kafeinsiz məkkəgülü çiçəyi (hibiskus) çayı immuniteti gücləndirir. II tip diyabetlərdə qan təzyiqini aşağı salmağa kömək edir. Antioksidantdır, xolestrini aşağı salır, mədə xərçənginin yaranmasının qarşısını alır. Piylənmənin qarşısını alır. Susuzluğu yatırır.
Kəklikotu çayı
Təxminən bir-birindən müxtəlik 350 növü olan kəklikotu çayı güclü antioksidantdır. Öskürəyi azaldır, həzm sistemini yaxşılaşdırır, orqanizmi lazımlı minerallarla təmin edir. Boğaz ağrısını azaldır, ağıziçi yaralarının sağaldır, dişəti xəstəliklərinə qarşı mübarizə aparır. Antiseptikdir, soyuqdəyməni aradan qaldırır, şişkinliyi və stresi azaldır.
Cəfəri çayı
Dəmir çatışmazlığı problemləri olanlara cəfəri suyu məsləhət görülür. Qrip və soyuqdəyməni aradan qaldırır, aybaşı zamanı ağrıları azaldır. Güclü sidikqovucudr.
Milli.Az

Xəbərlər     Baxılıb: 1175   Tarix: 01 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

.

Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"

Dırnaqlarımızda gözlənilmədən yaranan rəng dəyişiklikləri, kiçik ləkələr və ya qəribə xətlər düşündüyümüzdən daha ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Bir çoxumuz bunu "yəqin ki, bir yerə çırpmışam"

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Səyahət edənlər daha çox yaşayırlar

Yeni elmi araşdırma göstərib ki, səyahətlər insana yalnız xoş emosiyalar və yeni təəssüratlar qazandırmır, həm də fiziki sağlamlığa, beyin fəaliyyətinə və sağlam qocalma prosesinə müsbət təsir göstərə bilər. Mütəxəssislə

.

Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü

Lavanda yağı əsasən Lavandula angustifolia (əsl lavanda) başda olmaqla, müxtəlif lavanda növlərinin çiçəklərindən əldə edilən təbii uçucu yağdır. Özünəməxsus xoş ətri və geniş istifadə sahələri sayəsində kosmetika, şəxs

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

.

Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək

Son illərdə qalın və baxımlı qaşlar gözəllik trendlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin tez-tez makiyaj etmək, yanlış qaş alma vərdişləri və ətraf mühit amilləri qaşların zəifləməsinə səbəb ola bilər. Kimyəvi tərkibl

.

Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə

Son illərin ən populyar tropik meyvələrindən biri olan ananas zəngin tərkibi ilə insanı xəstəliklərdən qorumağa kömək edir. Mütəxəssislərin tez-tez tövsiyə etdiyi bu meyvəni qida rasionuna əlavə edənlər sağlamlıqlarına böyü

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

120 il yaşamaq üçün nə edək?

Sağlamlıq monitorinqi 120 il ömür uzunluğuna çatmağa kömək edə bilər. -a istinadən xəbər verir ki, ömür uzunluğunun 120 ilə qədər artırılması düzgün profilaktik tədbirlər, müntəzəm sağlamlıq monitorinqi və sağlam həyat tərz

turlar.az

geyim və ayaqqabılar qaşların formalari makiyaj etmek qaydalari haxışta hamilə qala bilmək gözəl saçlar sobada toyuq qizartmasi kosmetika ağır itki toyuq salati orqazm qz eviyçun hakışta uşaq şeirləri