"Biz normal öpüşmürdük..." - Murad Boz erotik səhnələrdən danışdı/FOTOLAR

Ötən gün Nizami Kino Mərkəzində "Dönərsə sənindir" filminin qala gecəsi baş tutub.

Qadinsayti.az xəbər verir ki, Türkiyəli qonaqlar Murad Boz, Yasemin Allen və İrem Sak tamaşaçılarla filmə baxdıqdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.

- Murad bəy, son zamanlar film sahəsində fəaliyyət göstərməyə başladınız. Səbəb film sahəsinə maraq, yoxsa pul qazanmaq oldu?

Murad Boz: Filmləri çox sevirəm. Türkiyədə belə bir söz var "Axarkən dolduracam". Karyeramda filmin də olmasını istəyirdim. Filmləri kinoteatrlarda izləyənlərdən biriyəm. Filmə çəkildikdən sonra davamı gəldi. Ondan sonra film sahəsində də fəaliyyət göstərmək istədim. Təbii ki, əsl sənətim mahnı oxumaqdır.

- Filmdə Yasemin xanım məşhurluqdan başı dönən bir xarakteri canlandırır. Bu həyatda da belədirmi?

Yasemin Allen: Bu, kənardan elə başa düşülə bilər. Mən "Selin"in elə bir insan olduğunu düşünmürəm. Tanındıqca elə hallar yaşana bilər, amma Muradı soruşursunzsa, elə bir insan deyil.

- Filmdə Yasemin xanımla Murad Bozun ayrılması zamanı çəkilən səhnəni tam görə bilmədik. Səbəb?

Yasemin: Murad dedi ki, mən başqasını sevirəm. Bu haqda film çəkilişində də danışmışdıq, filmin davamı çəkilsin, yoxa belə qalsın və s. Səhnənin belə bitməsi və maraqlı qalması daha çox xoşumuza gəldi.

- Həyatda xanımlar daha çox sevgi əzab çəkirlər. Amma filmdə Murad bəy sevgi acısı çəkən obrazı canlandırır. Sevgi əzabını yüngülləşdirmək üçün nə lazımdır?

Murad: Məncə qadınlar qədər kişilər də sevgi acısı çəkir. Canlandırdığım Mehmet obrazı da onun bir örnəyidir. Mən həyatda o vəziyyətdə olub, depressiyaya düşsəydim, həmin an Sezen Aksunun mahnılarını dinləməzdim.

- Filmin ən çətin səhnəsi hansı idi?

Yasemin: Selinə başqasını sevdiyi zaman çəkilən səhnə...(gülür).

Murad: Dostlarım Türkiyənin çox önəmli aktyorlarıdır. Mən hər zaman komedik obrazlarda oynayıram. Dramatik obrazda oynamamışam. Ona görə də bəzi səhnələrdə çətinlik çəkdim. Amma hər iki aktrisa mənə çox kömək etdilər.

- Hər zaman romantik komediya janrında çəkilən filmlərdə oynamısınız. Gələcəkdə dramatik obraza çəkilmək istərdinizmi?

Murad: Bəli, romantik komediyada çəkilirəm. Aktyorluq çox çətin sənətdir. Təbii ki, komediya janrında çəkilən filmlərdə oynamaq asan deyil. Amma dramatik obrazda oynamaq üçün çox çalışmaq lazımdır.

- Filmdə öpüşmə səhnələri çox idi. Bu hər iki tərəf üçün problem yaşatmadı ki?

Murad: Biz normal öpüşmürdük(gülür). Yanağından öpüb...

- Filminizin Azərbaycandan başqa hansı ölkədə qala gecəsi keçiriləcək?

Murad: Türkiyədə qala gecəsi keçirilib. Sabah isə Antalyada təqdimatı baş tutacaq.

- Filmə tamaşaçı marağı sizi qane edirmi?

- Biz çox məmnunuq. Həqiqətən da yaxşı film çəkdiyimizə inanırıq. Siz də filmimizi sevsəniz çox şad olarıq. BiG.AZ
"Biz normal öpüşmürdük..." - Murad Boz erotik səhnələrdən danışdı/FOTOLAR"Biz normal öpüşmürdük..." - Murad Boz erotik səhnələrdən danışdı/FOTOLAR"Biz normal öpüşmürdük..." - Murad Boz erotik səhnələrdən danışdı/FOTOLAR"Biz normal öpüşmürdük..." - Murad Boz erotik səhnələrdən danışdı/FOTOLAR"Biz normal öpüşmürdük..." - Murad Boz erotik səhnələrdən danışdı/FOTOLAR

Xəbərlər     Baxılıb: 1450   Tarix: 06 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

qadin dunyasi yemek reseptleri toy makiyajlari doğumu necə keçirtdim dirnaqlara qulluq maskalari sevgi dünyası hamiləlik dövrü kosmetika novruz bayramina aid hakista hakista sozler turpun nağlı lakonizm baldiza aid