Bizi ZOB xəstəliklərindən qoruyan VACİB MADDƏ. Yod deyil!
Hamı bilir ki, yod qalxanabənzər vəzinin fəaliyyəti üçün çox vacibdir və bu mineralın çatışmamazlığı zob xəstəliklərinə səbəb olur.
Lakin yoddan əlavə digər vacib maddə var ki, bu maddə də qalxanabənzər vəzinin normal fəaliyyətində böyük rol oynayır. Bu selendir. Selen qalxanvari vəzi tərəfindən sintez edilən T4 hormonunun T3 hormonuna çevrilməsində iştirak edir və həmçinin qalxanabənzər vəzinin hüceyrələrini qoruyur. Araşdırmalar göstərir ki, hətta yodun normal qəbulu zamanı selenin çatışmamazlığı qalxanabənzər vəzinin hüceyrələrinin fibrozuna səbəb olur.
Beləliklə, qalxanabənzər vəzinin sağlamlığı üçün tək yod deyil, selen də olduqca vacibdir. Alimlərin fikrinə görə, məhz selenin çatışmazlığı vəzdə düyünlərin əmələ gəlməsinə səbəb olur.
Həmçinin selen immun və cinsiyyət sistemləriinin normal fəaliyyəti, dəri və dırnaqların sağlamlığı üçün çox vacibdir.
Selen bu kimi qida məhsullarında çoxdur:
- sarımsaq
- fıstıq
- braziliya qozu
- kokos (kokos yonqarı)
- buğda kəpəyi
- göbələk
- pendir
- dəniz balığı
- tam taxıl çörəyi
- yumurta
- ət.
Bəzi hallarda selen əlavə olaraq həkim tərəfindən təyin oluna bilər.
Saglamolun.Az
f Paylaş








Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?