Bizim adət və ənənələrin kulturoloji istiqamətləri

Bizim adət və ənənələrin kulturoloji istiqamətləriAdət və ənənə ilə əxlaq arasında möhkəm qarşılıqlı əlaqə vardır. Daha doğrusu, hər bir ənənə müəyyən əxlaqi məna daşıyır, həmin adətləri yetirməmək, onları qoruyub saxlamağı bacarmamaq ciddi narazılığa, insan münasibətlərinin kəskinləşməsinə, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında zidiyyətin meydana gəlməsinə səbəb olur. Əxlaqi adət və ənənələr, qayda və tələblər daha çox ictimai rəyə əsaslanan yazılmamaş ünsiyyət qanunları kimi fəaliyyət göstərir.
Bildiyimiz kimi adət və ənənələr uzun əsrlər boyu xalqımızın milli ruhunu, estetik duyumunu, sənətkarlıq qüdrətini özündə hifz edib saxlamışdır. Zəngin folklor nümunələrimiz məhz adət və ənənələrimiz hesabına itib-batmamış, müasir dövrümüzə qədər gəlib çatmışdır. Onlar zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda tətbiqi kulturologiyanın ifadə vasitəsinə çevrilmişlər. Müxtəlif mədəni-kütləvi tədbirlərdə bu ifadə vasitələrinə çevrilmişlər. Mədəni-kütləvi tədbirlərdə bu ifadə vasitələrini emosional vasitə kimi tətbiq etməklə həm də milli xüsusiyyətlərimizi qoruyub saxlayırıq. Mədəni irsimizin böyük bir sahəsini əhatə edən folklor nümunələri mədəni fəaliyyətin səmərəli, əyləncəli keçməsi də tətbiq olunur.
Insanların mənəviyyatı, əxlaqı normaları və baxışları ilə bağlı olan mütərəqqi adət və ənənlərin yaradıcısı xalqdır. Hər bir insan hələ uşaq yaşlarından milli adət və ənənələrlə qarşılaşır və bu ruhda tərbiyə alır. Hər bir yeni nəsil özündən əvvəlki nəslin mənəvi simasını əks etdirən mövcud adət və ənənələri heç də hər zaman olduğu kimi təkrar etmir. Yaşadığı dövrün, şəraitin, ictimai quruluşun tələbələrinə uyğun olaraq, onların köhnəlmiş hissələrərini atır, mütərəqqi hissələrini inkişaf etdirir, yeniləşdirir, zənginləşdirir, dövrə uyğun olaraq yeni adət və ənənələr yaranır. Adət və ənənələr daima insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi olmuşdur. Çünki adət və ənənələr hər bir insan nəslinin yaratdığı əxlaqi, mənəvi cəhətləri qoruyub yeni nəslə çatdırmaq vasitəsi kimi çıxış edir. Məhz adət və ənənələrin bu xarakterik cəhətlərinə görə sovet tərbiyə sistemində onlardan geniş tərbiyə vasitəsi kimi istifadə edirdi. Sovet tədqiqatçıları haqlı olaraq qeyd edirdilər ki, "yaşlı nəsil və eyni zamanda hər bir tərbiyəçi və valideyn böyüməkdə olan gənc nəsli əxlaqi davranış qaydaları ilə adət və ənənələrlə tanış edir. Insanlar bütün hallarda öz sevincini, şadlıq və kədərəini, nifrət və məhəbbətini, əməyə, təbiətə, ailəyə, vətənə, övlada, dosta olan insani münasibətini məhz qarşılıqlı ünsiyyət prosesində həyata keçirmişlər.
Məlumdur ki, adət və ənənələr bədii-emosional materiallarla-tamaşa elementləri, musiqi, mahnı nümunələri, əyləncəli oyunlarla zəngin olmaqla yanaşı, insanların davranışlarında əsaslı təsir göstərən əxlaq normalarının da daşıyıcılarıdır. Bu daşıyıcıları mədəniyyət müəssisələrinin kütləvi tədbirlərinin ifadə vasitəsinə çevirməyin forma və metodları ilə tətbiq kulturologiya məşğul olur. Belə ki, kulturoloqlar, peşəkar mədəniyyət işçiləri adət və ənənələri, onların bədii ifadə vasitələrini öyrənir, mədəniyyət müəssisələrinin kütləvi tədbirlərinə tətbiq edirlər. Adət və ənənələr bütün mədəni tədbirlər üçün rəmzi məna kəsb edir və onlara milli məzmun gətirir. Məsələn, Novruz bayramı ərəfəsində keçirilən bir çox mədəni tədbirlərdə səmənidən, xalqımızın qədim milli geyimlərindən və s. milli-rəmzi atributlarından geniş istifadə olunur. Xalqımızın adət və ənənələrinin müasir milli-psixoloji xüsusiyyətəlrinə uyğun gələn nümunələr indiki mədəni həyatımıza tətbiq olunur.

Bu vəzifəni yerinə yetirməklə tətbiqi kulturologiya dünyəvilik prinsiplərindən bəhərlənərək əlaqələndirici mövqe tutur, ayrı-ayrı mədəniyyətlərin inteqrasiyasına təminat yaradır. Onu da qeyd etmək lazımdır ki, milli adət və ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sisteminə realizə olunması həmişə aktual olmuşdur. Çünki tarixin bütün dövrlərində millətin və xalqın ictimai şüur səviyyəsini əxz etdirən adət və ənənələr həm də mədəni tərəqqinin, əxlaqi xüsusiyyətlərin göstəriciləri kimi nəzərə çarpmışdır. Digər tərəfdən hər bir millətin və xalqın bədii yaradıcılıq nümunələri adət və ənənələri məkanında klassikləşmiş, mədəni irsə çevirilmişlər. Yeni yaranan mənəvi dəyərlər də varislik prinsiplərinə uyğun olaraq keçmiş adət və ənənələrdən bəhərlənmişlər. Lakin, varislik prinsipi insanların mənəvi dəyərlərinin inkişafına, yeniləşməsinə mane olmamışdır. Sadəcə olaraq adət və ənənə formasında mənəvi mədəniyyətin tarixi təcrübəyə əsaslanan yeni istiqamətləri formalaşm ışdır. Məhz yaranan yeni istiqamətlərin öyrənilməsi, onların tarixi inkişaf əsasında toplanan təcrübənin müasir cəmiyyətimizin həyatına şamil edilməsi tətbiqi kulturologiyanın əsas vəzifələrindən biri hesab edilir.

Qeyd edək ki, bütün tarix boyu əsarət altına düşmüş hər bir xalqın mədəniyyətində, xüsusi ilə milli dəyərlər sistemini özündə cəmləşdirən adət və ənənələrdə deformasiya halları da baş verir. Azərbaycan ərazisinin böyük bir hissəsinin 200 ilə yaxın Rusiyanın işğalı altında olması bir çox milli və dini adət və ənənələrimizin ciddi və mənəvi təzyiqlər altında qalmasına səbəb olmuşdur. Dini bayramlarımızın keçirilməsinə qadağalar qoyulduğundan onların bədii-emosional ifadə vasitələri xalqımızın yaddaşından silinmişdir. Onların əvəzinə sosialist həyat tərzini təbliğ edən, mahiyyət etibarı ilə siyasi, ideoloji xüsusiyyətə malik olan adət və ənənələr təbliğ edilmişidir. Bunun da nəticəsində sovet dövründəki bütün mədəniyyət müəssisələri dini adət və ənənələrə qarşı mübarizə mərkəzlərinə çevrilmiş, kommunist rejiminin tarixi bayramlarını geniş miqyasda təbliğ etməklə məşğul olmuşlar. Azərbaycan xalqı öz müstəqilliyini əldə etdikdən sonra isə Qurban, Orucluq, Novruz kimi dini və milli bayramlarımızın dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunmasına bağlanmışdır.

Məhz, müasir mərhələdə Azərbaycan xalqının dini və milli adət və ənənələrinin icra edilməsi prosesində siyasi və ideoloji amillərin oradan qaldırıldığını nəzərə alaraq deyə bilərik ki, milli və dini adət və ənənələrimizdəki bədii-emosional cəhətlərin tədqiq olunmasına onlarla əlaqədar olan folklor nümunələrinin aşkar olunmasına böyük ehtiyac vardır. Bədii estetik dəyərə malik olan incəsənət nümunələrini araşdırmaqla milli mentalitetimizin reallıqlarını bütün dünya miqyasında nümayiş etdirmək mümükündür. Tətbiqi kulturologiyanın əsas məqsədlərindən biri də məhz xalqımıza məxsus olan bədii duyğuların mahiyyətini açıb, onların insan mənəviyyatına təsirini əyani vasitələrlə və müxtəlif forma və metodlarla nümayiş etdirməkdən ibarətdir.

Tətbiqi kulturologiyanın ən böyük metodlarından biri hər bir ictimai, siyasi, fəlsəfi fikri bədii hadisəyə çevirməkdir. Bunun üçün tətbiqi kulturologiya bədii-sənədli dramaturugiya janrından yaradıcı şəkildə istifadə edir, nəzərdə tutulan hadisələrin ideyasını aşkar edib onları əvvəlcə ssenari nümunəsində təcəmssümləşdirir. Təcəmssümləşdirmə həm nümayiş etdirmə, həm də teatrlaşdırma vasitəsilə reallaşdırılır. Qeyd olunan nümunələr əsasında bədii ifadə vasitələri toplanılır və onlar ssenariçi – rejissor tərəfindən mövzunun ideya məzmununua uyğunlaşdırılır. Bunun da nəticəsində ünsiyyətin bədii kütləvi forması meydana çıxır. Bədii-kütləvi işin formalarından istifadə edilərək unudulub yaddaşdan silinmiş milli adət və ənənələrimizi həmin bədii kütləvi tədbirlərin ifadə vasitələrinə çevririk. Ən maraqlı cəhət odur ki, dini ayin və mərasimlərdə həmişə nümayişetdirmə və teatrlaşdırma metodlarından istifadə edilmişdir. Hətta allahların şərəfinə olunan qədim kütləvi bayramlar da teatrlaşdırılmışdır. Bədii təcəssümləşdirmə zamanı həmin allahlar haqqında xalq tərəfindən yaradılmış miflərdən geniş istifadə olunmuşdur. Məsələn, antik dövrdə yunanların şərab allahı sayılan Dionisin şərəfinə ildə üç dəfə kütləvi bayram keçirilmiş və bayram şənliklərində ənənəvi olaraq miflərdən, rəqslərdən, xor mahnılarından yaradıcılıqla istifadə edilmişdir. Buna görə də mahiyyət etibarı ilə hələ optik dövrdə bayram və mərasimlərə hazırlıq prosesi müasir tətbiqi kulturologiyanın ilkin mərhələsi sayıla bilər. Belə ki, aparılan tədqiqatlara görə "bu bayramlarda allahlar təbliğ edilərkən miflərdən, musiqidən, xor mahnılardan, maskalardan, dekorasiyalardan geniş istifadə edilirdi. Mərasimlərdə hazırlıq görən və onları ifadə edən şəxs "Arxont" adlanırdı. Arxont bayramının maliyyə xərclərini dəqiqləşdirir, repertuarını seçir, iştirakçılarını müəyyənləşdirirdi. Tarixi faktlardan göründüyü kimi hələ ilkin dövrlərdə də kütləvi bayram və mərasimlərin ssenarisi hazırlanmış, onlarda bədii ifadə vasitələrindən, əya ni vasitələrdən geniş istifadə etmişlər. Xalq tərəfindən yaradılmış hər bir adət və ənənə əsrlər boyu yaşamışdır. Insanlar hər şeydən çox keçirilən mərasimlərin fövqəl, təbiiliyinə daha çox inanmışlar. Adət ənənələrdə simvolik elementlər də xüsusi yer tutur və onlar insan mənəviyyatına çevrilən amillər kimi tərbiyə sistemində xüsusi əhəmiyyət kəsb edir.

Beləliklə, hər bir adət, ənənə və mərasim kulturologiyanın çox funksiyalı formasını yaratmaqla şəxsi və ictimai məna qazanır. O, insanları cəmiyyətin mənəvi zənginlikləri ilə birləşdirir, nəsillərin tarixi təcrübəsini öyrədir, eyni zamanda mənalı və məzmunlu istirahət üçün şərait yaradır.

Ailə və Uşaq     Baxılıb: 3313   Tarix: 06 dekabr 2014
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

hamilelikde qidalanma toy makiyajlari sac duzumleri orucluqda cinsi əlaqə hamileliyi pozmaq ucun buga burcu 2026 prostat vəzi kosmetika dolca haqisda həmidə rus dili naz mila