Borcdan qurtarmaq istəyirsinizsə bu duanı oxuyun

Borcdan qurtarmaq istəyirsinizsə bu duanı oxuyunاَللَّهُمَّ اكْفِنِي بِحَلَالِكَ عَنْ حَرَامِكَ وَأَغْنِنِي بِفَضْلِكَ عَمَّنْ سِوَاكَ

"Allahummə İkfini bi halalikə an haramikə və Əğninə bi fadlikə am-mən sivəkə"

"Allahım! Məni halal buyurduğun şeylərlə haramlardan qoru. Lütfünlə məni Özündən başqasına möhtac etmə!"[1]

Bir gün Allah Rəsulu (sallallahu əleyhi və səlləm) məscidə girdi. Orada ənsardan Əbu Umamə (r.a.) ilə qarşılaşdı. Ona: "Ey Əbu Umamə, niyə namaz vaxtı olmaya-olmaya məsciddə oturursan?" - deyə soruşdu. O da: "Yaxamdan əl çəkməyən kədər və borca görə, ey Allahın Rəsulu,"- deyə cavab verdi. Bu zaman Allahın Rəsulu (sallallahu əleyhi və səlləm): "Sənə bəzi sözlər öyrədim? Bunları oxusan, Allah işini düzəldər və borcunu qaytararsan". Əbu Umamə: "Ey Allahın Rəsulu, öyrət!" - dedi. "Elə isə səhər-axşam bu duanı oxu:

اَللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْهَمِّ وَالْحَزَنِ,
وَالْعَجْزِ وَالْكَسَلِ, وَالْبُخْلِ وَالْجُبْنِ, وَضَلَعِ الدَّيْنِ وَغَلَبَةِ الرِّجَالِ

"Allahummə inni əuzu bikə minəl-həmmi vəl-həzəni vəl-əczi vəl-kəsəli və-buxli vəl-cubni və daladı-dəyni və ğaləbətir-rical"

"Allahım, üzüntü və kədərdən Sənə sığınıram. Acizlik və­ tənbəllikdən Sənə sığınıram, qorxaqlıqdan və xəsislikdən Sənə sığınıram. Borcu ödəyə bilməməkdən və insanların qəhrindən Sənə sığınıram". Əbu Umamə deyir: "Mən bu duanı oxudum, Allah kədəri məndən uzaqlaşdırdı, borcumu da ödəyə bildim".[2]

Kasıblıq və yoxsulluqdan qurtulmaq üçün oxunan dua­

İslamiyyət kasıblıq və yoxsulluq hallarını xoş qarşılamır. Müsəlman ruzisini halal yolla təmin etmək üçün gecə-gündüz çalışmalıdır. Əlbəttə, bu vəziyyətdən çıxmaq üçün Allaha dua etməyi də unutmamalıdır. Yoxsulluqdan əziyyət çəkən yatsı (işa) namazından sonra aşağıdakı duanı səmimi qəlbdən oxumalı, Allaha yalvarmalıdır.

بِسْمِ اللَّهِ عَلَى نَفْسِى وَمَالِى وَدِينِى ، اَللَّهُمَّ رَضِّنِى بِقَضَائِكَ وَبَارِكْ لِى فِيمَا قُدِّرَ لِي حَتَّى لاَ أُحِبُّ تَعْجِيلَ مَا أَخَّرْتَ ، وَلاَ تَأْخِيرَ مَا عَجَّلْتَ

"Öz adımdan, malım və dinim adından Allahın adını anıram. Allahım! Məni verdiyin hökmə razı et, mənə verdiyin şeyləri bərəkətləndir. Elə bərəkətləndir ki, sonraya saxladığını indi, indi verdiyini də sonra Səndən istəməyim".[3]

Kasıblıq və yoxsulluqdan qurtulmaq üçün oxunan başqa bir dua

Əbu Umamə əl-Bahili yoxsulluq üzündən gününü məscid­də keçirirdi. Bir gün Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) yenə məsciddə boynu bükük, kədərli oturan Əbu Umaməyə səhər namazından sonra bu duanı üç dəfə oxumağı tövsiyə edir:

اَللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْهَمِّ وَالْحَزَنِ , وَالْعَجْزِ وَالْكَسَلِ , وَالْبُخْلِ وَالْجُبْنِ , وَاعُوذُ بِكَ مِنْ غَلَبَةِ الدَّيْنِ وَ قَهْرِ الرِّجَالِ

"Allahım, dərd və kədərdən Sənə sığınıram. Acizlik və tənbəllikdən də Sənə sığınıram. Qorxaqlıq və xəsislikdən də Sənə sığınıram, borcu ödəyə bilməməkdən və düşmənlərin qəhrindən də Sənə sığınıram".[4]

[1]. Tirmizi, Dəavat 111

[2]. Buxari, Dəavat 36; Əbu Davud, Səlat 367

[3]. Nəvəvi, İstanbul 1986, əl-Əzkar, s.116

[4]. Əbu Davud, Səlat, 367

Gözəllik və Moda     Baxılıb: 9534   Tarix: 18 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

turlar.az

qadın geyimi geyim seçimi toy makiyajlari ayaqqabı modelləri yataqda xinayaxdi bayatilari kosmetika tərəzi baldiz muellim seiri cinsi elaqe hakiwda