Böyrək çatışmazlığı zamanı hemodializ

Böyrək çatışmazlığı zamanı hemodializSağlam böyrəklər orqanizmdə filtr funksiyasını həyata keçirir.
Böyrəklərin əsas vəzifəsi qanı bir sıra zərərli maddələrdən təmizləməkdir. Onlar gün ərzində bizim qanımızı dəfələrlə (1 dəqiqədə təxminən 1 litr olmaqla) öz "süzgəclərindən" keçirərək onun tərkibində olan parçalanma məhsullarını, toksinləri, şlakları, öldürülmüş və ya tam öldürülməmiş mikrobları təmizləyirlər.
Lakin bəzən böyrəklər xəstəlikləri və ya patologiyaları səbəbindən onların funksiyası pozulur və böyrəklər qanı yaxşı təmizləyə bilmir. Nəticədə orqanizmdə ziyanlı maddələrin konsentrasiyası təhlükəli səviyyəyə qalxır. Bu vəziyyət "böyrək çatışmazlığı" adlandırılır. Böyrək çatışmazlığı ona səbəb olan xəstəlikdən asılı olaraq kəskin və ya xroniki ola bilər. Əgər bu vəziyyətdə lazım olan müalicə tədbirləri görülməzsə, insan həlak ola bilər.
Həm kəskin, həm də xroniki böyrək çatışmazlığı zamanı ən geniş istifadə olunan müalicə metodlardan biri hemodializdir. Bu termin iki yunan sözdən əmələ gəlib - "haemo" (qan) və "dialisis" (ayırma). Hemodializ - xüsusi "süni böyrək" apparatın köməyi ilə qanın effektli şəkildə təmizlənməsidir. Hemodializ zamanı xəstənin qanı bütün burada yığılan toksiki maddələrdən, duzlardan, artıq mayedən azad olur.
Prosedura zamanı "süni böyrək" apparatı xəstənin ayağında və ya qolunda olan damarına birləşdirilir. Daha sonra qan hissə-hissə xüsusi borucuqlar vasitəsilə dializatora daxil olur, burada toksiki maddələrdən təmizlənir və sonra digər borucuqlarla orqanizmə qaytarılır.
Prosedura xəstəxana şəraitində həyata keçirilir və xəstənin vəziyyətindən, çəkisindən, hemodializ apparatın növündən asılı olaraq 4-5 saata kimi davam edir.
Bəzi böyrək xəstəlikləri nəticəsində insanın böyrəkləri öz funksiyasının tam itirir, və bu halda insan ömrünün sonuna kimi hemodializdən asılı olur.
Xroniki böyrək çatışmazlığı olan insanlarda bu prosedura bir çox hallarda həftədə 3-4  dəfə həyata keçirilir. Prosedura zamanı xəstə daim tibbi heyətin nəzarəti altında qalır. Xəstənin vəziyyətində hər hansı pozulma inkişaf etdikdə, tibbi personal ona lazım olan yardım edir. Prosedura zamanı xəstə yata, danışa, kitab oxuya, televizor baxa bilər.
Daim hemodializdən keçən xəstə müəyyən pəhriz saxlamalı (bunu həkim təyin edir) və mayenin qəbulunu minimuma çatdırmalıdır.
Böyrək çatışmazlığından əlavə, hemodializ bu kimi hallarda istifadə oluna bilər:
- spirtlə güclü intoksikasiya zamanı,
- qanın elektrolit tərkibinin ciddi pozulmaları zamanı,
- dərman preparatların həddən artıq miqdarda qəbul etməsi zamanı,
- zəhərləmələr zamanı və s.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1168   Tarix: 07 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

hamiləlik qadin dunyasi geyim dəbləri kəpək baş ağrısı uşaqlara yemək hazırlama yeni dogulmus korpeye lazim olan esyalar kosmetika balıq faydalı məsləhətlər hakiwda dolca hakışta