Böyrək çatışmazlığını bildirən 8 əlamət

Böyrək çatışmazlığını bildirən 8 əlamətBöyrək çatışmazlığı kəskin və xroniki olmaqla 2 yerə ayrılır. Böyrək çatışmazlığı su-duz, eloktrolit və böyrəklərin azot balansının pozulması, kəskin toksiki zədələnmələr, göbələklərlə, dərmanlarla zəhərlənmələr, iltihabi proseslər, ürək-damar xəstəliklri, şəkərli diabet xəstəliyi zamanı əmələ gələ bilir. Xəstəliyin təhlükəli olması onun geri dönməyən patologiyalar əmələ gətirməsində və bütün orqanizm təsir edə bilməsindədir. Böyrək çatışmazlığı özünü aşağıdakı simptomlarla biruzə verir.
Bel hissədə ağrı  
Bel hissədə sızıldayıcı və daimi olan ağrılar böyrək ağrılarıdır. Böyrək xəstəlikləri zamanı meydana çıxan ağrılar fiziki hərəkətlə əlaqədar olmur.
Üşütmə
Kəskin böyrək xəstəliyi zamanı böyrəklər eritropoetin sintez edə bilmirlər. Bu da qanda eritrositlərin miqdarının azalmasına səbəb olur. Qanda eritrositlərin aşağı düşməsi qan dövranı zamanı toxumaların normal qidalanmamasına səbəb olur ki, bu zaman xəstələr daima üşüyürlər. Kəskin böyrək çatışmazlığı xəstələri isti yay günlərində də isinmirlər.
Yorğunluq
Qanda eritrositlərin miqdarının aşağı düşməsi toxumaların oksigenlə qidalanmamasına səbəb olur. Bu zaman beyin də oksigenlə yetərincə qidalanmır və xəstələrdə xroniki yorğunluq əlamətləri meydana çıxır. Toxumaların oksigenlə qidalanmamsı səbəbindən bəzən əzələ və baş ağrıları, əzələlərdə qıcolmalar meydana çıxır.
Sidiyə çıxmada dəyişikliklər  
Böyrək çatışmazlığı əlamətlərindən ən əsası sidiyə çıxma zamanı baş verən dəyişikliklərdir. Böyrək çatışmazlığı zamanı sidikdə aşağıdakı dəyişikliklər meydana çıxa bilir:
* sidiyin miqdarında azalma
* sidiyə çıxmağa yalançı çağırışlar
* sidik kisəsində təzyiq hissinin olması
* qanda sidiyin olması
* sidiyin rənginin tünd olmsı
* sidikdə xoşagəlməz iyin olması
* sidiyi saxlaya bilməmək
* sidiyə çıxan zaman və çıxdıqdan sonra qaşınma, göynəmə hissi
* sidikdə köpüyün olması
* sidiyin qırıq-qırıq olması
Ən təhlükəli əlamət sidiyin miqdarının az olmasıdır. Qəbul edilən mayenin hamısı orqanizmdən xaric olmadıqda toxumalarda yığılıb qalır.
Şişkinlik
Böyrək çatışmazlığı zamanı maye yığılıb orqanizmdə qaldığından bədəndə şişkinlik meydana gəlir. Bu xəstələrdə şişkinlik ən çox üzdə, əllərdə və ayaqlarda olur. Ayaqların isə ən çox daban hissəsində şişkinlik müşahidə edilir. Bədəndə şişkinlik müxtəlif xəstəliklər səbəbindən baş verə biir. Böyrək çatışmazlığı səbəbindən əmələ gələn şişkinlik aşağıdakı xüsusiyyətlərə malik olur.
* şişkinlik yuxarıdan aşağıya doğru əmələ gəlməyə başlayır
* qısa bir zamanda əmələ gələ bilir
* dərinin rəngi solğun olur
* şişkinlik orqanizmin həm hərəkətli, həm də yumşaq toxumasında meydana gələ bilir
* şişmiş nahiyəni barmaqla basdıqda barmağı götürən zaman əmələ gələn iz tez itir
Səpgilər
Böyrək çatışmazlığı zamanı böyrəklərin funksiyası pozulduğuna görə toksiki maddələr orqanizmdən xaric ola bilmir və qana keçir. Bu zaman isə orqanizmdə zəhərlənmə əlamtləri meydana gəlir. Əlamətlər ən çox özünü dəridə qaşınmalarla biruzə verir.
Ağız dadının dəyişməsi
Qanda toksik maddələrin miqdarının artması xəstələrdə iştahanın azalmasına səbəb olur. Belə xəstələrin ağzında metal dadını xatırladan dad hissi meydana çıxır.
Ürəkbulanma və qusma
Böyrək çatışmazlığının əlamtlərindən biri də ürəkbulanma bə qusmadır. Bu böyrək toxumasının 80%-i zədələndikdə meydana çıxır. Xəstələr qusan zaman rahat olacaqlarının düşünürlər, amma, ürəkbulnama xəstəliyk ağırlaşdıqca artır.
Əgər sizdə yuxarıda sadalanan əlamətlərdən ən azı ikisi varsa mütləq böyrək həkiminə müraciət edin.
Milli.Az

Xəbərlər     Baxılıb: 1284   Tarix: 06 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geyim dəbləri toy makiyajlari toy gecesi maskaların hazırlanması qoç bürcü zaur gunay burc xelife kosmetika salam burclerin uygunlugu masturbasiya prostat efsane