Böyrək polikistozu

Böyrək polikistozuBöyrək polikistozu böyrək toxumasının çoxlu miqdarda müxtəlif ölçülərdə kistalarla əvəz olunması ilə xarakterizə olunan xəstəlikdir. Bu xəstəlik böyrəyin ən ağır inkişaf anomaliyalarından sayılır. Böyrəyin polikistozu adətən hər iki böyrəkdə olur, irsi xarakter daşıyır.
ETİOLOGİYASI VƏ PATOGENEZİ: Xəstəlik böyrəyin embrional inkişafının pozulması nəticəsində baş verir. Xəstəlik böyrəyin embrional inkişafı dövründə nefronun formalaşmasının pozulması nəticəsində, bəzi böyrək kanalcıqlarının düzgün birləşməməsi nəticəsində əmələ gəlir. Düzgün birləşməyən kanalcığın genişlənməsi kistalar əmələ gətirir, əgər kanalcıqlar bir -biri ilə heç birləşməmişsə onda daha böyük kista əmələ gəlir. Odur ki, böyrəklərdə xırda kistalarla yanaşı, iri kistalar da olur. Əgər kistalı böyrəklər vaxtı-vaxtında həkim müayinəsindən keçməzsə və ya böyrəklərdə xroniki pielonefrit baş verərsə böyrəkdə olan normal nefronlar da kistoz dəyişikliyə uğraya bilir. Böyrəklərdə normal nefronların sayı azaldıqca isə xroniki böyrək çatmazlığı inkişaf etməyə başlayır.
Xəstəliyin irsi xarakterli olduğuna görə xəstəlik tapılan şəxsin ailə üzvlərinin yoxlanılmasının da əhəmiyyəti vardır.
PATOLOGİYASI: Polikistozlu böyrəyin xarici görünüşü fərqli olur. Belə böyrəyin səthində müxtəlif ölçülü, daxili maye ilə dolu
kistalar görünür. Bu kistaların arasında normal nefronlar tədricən sıxılaraq birləşdirici toxuma ilə əvəz olunur. Kasacıq - ləyən sistemi kistalar tərəfindən sıxıldığı üçün onlar deformasiyaya uğrayır.
KLİNİKASI: Xəstəlik ümumi və yerli əlamətlərlə özünü gösrərir. İlk vaxtlar xəstəliyin heç bir əlamələri özünü biruzə vermir. Ümuimi əlamətlərdən yorğunluq, qan təzyiqinin artması, epiqastral nahiyədə ağrılar, bel nahiyəsində ağrı, yorğunluq olur. Sidiyin müayinəsi zamanı proteinuriya, hematuriya aşkar edilir.
AĞIRLAŞMALARI: böyrək polikistozu, pielonefrit, nefrolitilaz, fornikal qanaxma, böyrək vərəmi, şiş
DİAQNOZ: Diaqnozun qoyulmasında xəstələrdən toplanılan anamnezin, rentgenoloji, laborator müayinələrin, USM-nin, KT müayinəsinin böyük əhəmiyyəti vardır.
MÜALİCƏSİ: Müalicəsi 3 mərhələyə ayrılır: kompensasiya, subkompensasiya və dekompensasiya. Xəstələrdə böyrək çatmazlığı əlamətləri inkişaf etdikdə bu istiqamətdə müalicə tədbirləri aparılır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1655   Tarix: 27 sentyabr 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

yaz geyimleri 2026 geyim şəkilləri gelinlikler artiq cekiden azad olmaq saglamliq haqqinda faydalı qidalar bürclər haqqında kosmetika eqreb novruz hakıştası dovsan big.az gulmeli hakista