Böyrəkləri məhv edən, hər gün etdiyimiz 8 səhv vərdiş. Dərhal onlardan uzaq olun!

Böyrəkləri məhv edən, hər gün etdiyimiz 8 səhv vərdiş. Dərhal onlardan uzaq olun!Böyrəkləri məhv edən, hər gün etdiyimiz 8 səhv vərdiş. Dərhal onlardan uzaq olun!
Böyrəklər orqanizmdə metabolik tullantılardan təmizləmə, qan təzyiqi və qandakı qırmızı qan hüceyrəsi tarazlığını nizamlamaq kimi həyati əhəmiyyətli rol oynayırlar. Ancaq bu vacib orqanımız öz məsuliyyətsizliyimizdən müxtəlif zədələnmələrəməruz qalırlar. Böyrəklərə zərər verən ən önəmli vasitələrdən biri bizim zərərli vərdişlərimizdi. Qadinsayti.az SaqlamHeyat.az-a istinadən xəbər verir ki, özümüzün də xəbərimiz olmadan adət etdiyimiz vərdişlər böyrək çatışmazlığı kimi ağır fəsadlara gətirib çıxarır. Bəs bu zərərli vərdişlər hansılardır?

Aşağıdakı vərdişlər böyrəklərin zədələnməsinə səbəb ola bilər:

1. Kifayət qədər su içməmək

Qanın tündləşməsi ilə böyrəklərə gedən qan axımı azaldığı üçün bədəndə su çatışmazlığı yaranır. Bu isə böyrəklərin ciddi zədələnməsinə yol aça bilər. Tövsiyə edilən gündəlik su miqdarı böyüklər üçün ən az 10-12 stəkandır. Ancaq bir tərəfdən də çox su içmək məsləhət deyil. Çünki çox su içmək böyrək funksiyalarını yavaşlada bilər.

2. Sidiyə getməyi təxirə salmaq

Bu vərdiş böyrəklərin zədələnməsinə səbəb olan ən çox yayılmış səbəbdir. Çünki sidik sidik kisəsində nə qədər çox qalsa, sidikdəki bakteriya sayı da o qədər artar. Bu zərərli bakteriyalar sidik yolu və böyrək infeksiyalarına səbəb olur. Bundan əlavə, sidiyin çıxarılmaması böyrəklərə təzyiq göstərir, böyrək çatışmazlığına və sidik qaçırmağa yol açır. Buna görə sidiyə getmə çıxma ehtiyacınızı əsla təxirə salmayın.

3. Siqaret

Siqaret çəkmək bütün orqanlara ziyan verən ölümcül bir vərdişdir. Saysız-hesabsız araşdırmalar siqaret və böyrək xəstəlikləri arasında əlaqə olduğunu ortaya qoyub. Bu pis vərdiş qan təzyiqini və ürəyin döyünmə sürətini artıraraq, qan dövranını yavaşladır, böyrəklərdəki qan damarlarını daraldır. Eyni zamanda, böyrək xəstəliklərinin yaranmasını və daha da pis hal almasını, böyrək funksiyalarının itirilməsini sürətləndirir.

4. Yüksək zülallı qidalanma

Qırmızı ət kimi yüksək miqdarda zülal əsaslı qidalar yemək böyrək xəstəlikləri riskini artırır. Çünki bu orqanın funksiyası, zülal həzminin əks məhsulu olan azotlu tullantıları bədəndən atmaqdır. Bu səbəbdən qırmızı ət yeməyi məhdudlaşdırmaq lazımdır. Mövcud böyrək problemləri varsa, gələcəkdə ağırlaşmaların qarşısını almaq üçün qırmızı ət yeməkdən imtina etmək tövsiyə edilir.

5. Həddən artıq duz qəbulu

Daim çox miqdarda duz qəbul etmək böyrəklərə ciddi dərəcədə ziyan verir və müxtəlif sağlamlıq problemlərinə gətirib çıxarır. Bir çox araşdırmalar duz qəbulunun böyrək xəstəliklərini inkişaf etdirən sidik zülalını artırdığını sübut edib. Unutmayın ki, həddindən artıq miqdarda qəbul etdiyiniz duz bədəniniz, xüsusilə də böyrəklərinizə zərər verir. Qeyd edək ki, bir çay qaşığı duz təxminən 6 qramdır.

6. Daim ağrıkəsici istifadə etmək

Apteklərdə reseptsiz satılan ağrıkəsicilər böyrəklərə gedən qan axımını yavaşladaraq, funksiyalarını yerinə yetirməyə mane olur. Buna görə bu dərmanların uzun müddət istifadəsi kəskin böyrək çatışmazlığına yol aça bilər. Bu cür dərmanları istifadə etməzdən əvvəl həkimə müraciət edin. Ağrıkəsicilərdən az istifadə etməyə çalışın. Çünki bu, böyrək funksiyaları normal olan insanlarda belə, ziyan ola bilər.

7. Həddindən artıq kafein qəbulu

Çox kafein qan təzyiqini artıraraq böyrəklərdə təzyiqə səbəb olur. Kafein sidikdəki kalsium sekresiyasının artımına gətirib çıxardığı üçün birbaşa böyrək daşı yaradır. Qəhvə, çay kimi içkilərin orta dərəcədə qəbulu zərərli deyil. Ancaq enerji içkiləri, şokolad, dərman, kakao və spirtli içki qəbulunu azaltmaq lazımdır.

8. Spirtli içki çox içmək

Bu toksin böyrəklərdə və qaraciyərdə stressə səbəb olur. Həddindən artıq spirtli içki qəbulu böyrəklərə zərər verir, böyrək çatmazlığı riskini artırır. Bundan əlavə, spirt bədəndəki su miqdarını azaldaraq böyrəklərin normal funksiyasını pozur. Tövsiyə edilən gündəlik spirtli içki miqdarı qadınlar və yaşlı kişilər üçün bir, orta yaşlı kişilər üçün isə iki stəkandır.

Sağlamlıq     Baxılıb: 18524   Tarix: 10 oktyabr 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

turlar.az

həkim məsləhəti qadin sayti gözəllik məhsulları zeytun yağının faydaları salatların hazırlanması boşanmalar hüquq və qadın haqları kosmetika xanim az burcler haqqinda nagillar toyuq salati azerbaycan