Böyrəyini itirmək təhlükəsi ilə üz-üzə olan körpənin həyatı xilas edildi
"Dünyaya yeni göz açan körpə böyrəyini itirmək təhlükəsi ilə üz-üzə idi. Valideynləri doğulacaq qızlarının böyrəyinin itirilməsinə gətirib çıxaracaq qədər ciddi problem olduğunu hələ hamiləliyin 5-ci ayından bilirdilər. Körpə doğulan kimi bizə müraciət etdilər".
Bu barədə Mərkəzi Klinikanın uşaq cərrahiyyəsi və urologiyası uzmanı, cərrah Fuad Hüseynov sosial şəbəkədə məlumat verib.
Cərrahın sözlərinə görə, böyrəkdə o qədər ciddi genişlənmə mövcud idi ki, qarın boşluğu və çanağa qədər uzanırdı. Genişlənmənin səbəbi böyrək ləyənin sidik axarına keçən hissəsində keçidin olmaması idi (Üreteropelvik darlıq). Bu vəziyyətin davam etməsi böyrəyi itirməklə nəticələnə bilərdi:
"Körpə qız uşağının böyrəyini xilas etmək şansı olduğunu düşündüyümüz üçün cərrahi əməliyyat qərarı verdik. Əməliyyat zamanı qarın boşluğunu və çanağı dolduran böyükölçülü böyrək ləyəni ilə qarşılaşdıq, sidiyin axmasına mane olan dar hissə çıxarılaraq sidik axarı böyrək ləyəninə tikildi (Pyeloplastika). Əməliyyat uğurlu keçdi, sidiyin rahat axması təmin edildi. Hazırda yenidoğulmuş 3 aylıqdır və böyrəkləri normal işləyir. O, bütün risklərdən uzaq böyüməyə davam edir".
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi