Boyunda xırçıltı nədən xəbər verir? - Şaqqıldatmağın fəsadları

Boyunda xırçıltı nədən xəbər verir? - Şaqqıldatmağın fəsadlarıBoyun onurğanın ən vacib və hərəkətli hissəsidir. Boyuna düşən gündəlik yük də çoxdur. Boyunda 7 onurğa fəqərəsi var, məhz burdan magistral damarlar, yuxu arteriyaları, vacib sinir kökləri keçir.
Ona görə boyunda ən kiçik problem onurğa və baş beyin üçün ciddi nəticələr verə bilər. Boyun həm də incə hissədir, ona görə onunla ehtiyatlı davranmaq lazımdır.
Medicina.az boyunda xırçıltı, şaqqıltı olmasının səbəblərini təqdim edir.
Xırçıltı 2 cür olur: ağrılı və ya ağrısız.
Ağrısız xırçıltı bu hallarda olur:
- Boynunu həddən artıq çox hərəkət etdirənlərdə, arıq insanlarda
- Kalsium mübadiləsi pozulmasında
- Boynun əzələ və bağ aparatına duz yığılmasında
- Döndərici və əyici əzələnin spazmı
- Döş qəfəsində əyilmə, skolioz, kifoz zamanı boyun fəqərələrinin qeyri-düzgün yerləşməsi
- Oynaqətrafı mayedə azot qabarcıqları və karbon oksid qazının çox yığılması
Başı sağa-sola əyəndə, boynu çevirəndə ağrılı xırçıltının səbəbləri:
- Daha mürəkkləb patologiyalardan xəbər verir: ostexondroz, fəqərə yırtığı, spondilyoz, boyun əzələlərinin, damarlarının müxtəlif xəstəlikləri
Ostexondroz zamanı boyun fəqərələri yeyilir, sıxılır, formasını dəyişir, amortizator rolunu itirir və sinirlər, damarlar sıxılır.  Bu zaman boyun xırçıldayan zaman ağrılı olur və ağrı qola verir. Xəstədə bağ ağrısı, ayaqlarda hissiyatsızlıq, keyimə, başgicəllənmə də olur.
Müalicə
İlk növbədə yuxarıdakı səbəblər araşdırılmalıdır. əgər xırçıktı müvəqqətidirsə, fizioloji haldırsa, heç bir müalicə tələb olunmur. Sadəcə xəstə boynuna düşən yükü azaltmalı, arada əzələləri rahatlatmalı, yüngül masaj, boyun hərəkətləri etməlidir.
Bu problemin müalicəsi ilə həkim vertebroloq, manual terapevt, nevroloq və fizioterapevt məşğul olur.  Siz iri klinikalarda bu həkimləri araşdırıb, müalicə də bilərsiz.
İlk növbədə nevroloqa müraciət edib rentgen və MRT olunur, nəticəyə görə müalicə və terapiya seçilir.
Eləcə də siz Şərq, Çin metodikası üzrə bel, onurğa, boyun möhkəmləndirilməsi gimnastik hərəkətlərini evdə edə bilərsiz. Bu hərəkətlər video və şəkillərlə youtube kanalında var.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1051   Tarix: 01 fevral 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

yay kolleksiyasi reseptler yemek reseptleri sac düzümləri qadindunyasi.az kakoslu paxlava hazirlanmasi kosmetika novruz bayramına aid hakışda bayatılar həsən bəy zərdabi ekizler burclər