Breket hansı yaşda, hansı dişlərə qoyula bilər?

Breket hansı yaşda, hansı dişlərə qoyula bilər?Elə bir insan tapılmaz ki, nə vaxtsa dişi ilə bağlı problem yaşamasın.

Statistikaya görə, dünya əhalisinin 90%-ə qədəri diş sırasının və dişlərinin düz olmamasından şikayətlənir. Hər üç nəfərdən biri isə ixtisaslaşmış ortodontik müdaxilə tələb edir. Bəzən isə körpə uşaqlarda belə süd dişlərinin əyri çıxması halları müşahidə edilir.

Dişlərin əyriliyi ilə ortodontik stomatoloqlar məşğul olur və bu gün Azərbaycan bu baxımdan inkişaf edib.

daimi dişlər 12-14 yaşda tam çıxaraq tamamlanır. Bu dövrdən 40-45 yaşa qədər insanlarda breketlərdən istifadə edərək diş əyriliyini bərpa etmək mümkündür: "Ancaq bəzi yaşlı insanların damaqlarında diş əti qaçmış və ya dişin 1/3 hissəsinin sümükdə yerləşməsi kimi paradonit hallar olur ki, belə dişlərə breket tətbiq etmək olmur".

Mütəxəssisin sözlərinə görə, breket qoymaqda məqsəd diş cərgəsində olan problemləri aradan götürməkdir.

"Bəzən erkən yaşlarda çənə-sümük sisteminə də təsir etmək mümkün olur. Çənə-sümük sistemindəki problemlərə praqmatiya, alt çənənin nisbətən önə çıxması, üst çənənin inkişafdan geri qalması və s. hallar daxildir. Ancaq sümük formalaşdıqdan, yəni 18-20 yaşdan sonra breket çənə-sümük sisteminə çox da effektiv təsir etmir. Ancaq diş cərgəsini düzəltmək mümkün olur", - deyə R.Yusubov bildirib.

Stomatoloqun sözlərinə görə, hazırda istifadə edilən breketlər daha keyfiyyətli və daha rahatdır: "Öncələr yalnız uşaqların diş forması düzəldilirdi. Bir az yaş artıqdan sonra bu, mümkün olmurdu. Ancaq hazırda 40 yaşlı pasiyentin də diş cərgəsində olan əyrilikləri bərpa etmək mümkündür".

"Bəzən dişləri düzəldikdən sonra yenidən əyilmə hallarına rast gəlinir, bu nədən irəli gəlir" sualını da cavablandıran stomatoloq hər bir patoloji prosesin yaranma səbəbinin olduğunu vurğulayıb: "Dişin əyriliyini yaradan səbəbi aradan götürmədən düzəltsək, həm nəticəni gec əldə edəcəyik, həm də dişlər yenidən əyilər. Yəni residiv baş verər.
Məsələn, pasientdə hər hansı burun boşluğundakı problemlərdən yaranan rahat tənəffüs etməmək halları çənədə bir sıra qüsurlara səbəb olur. Pasient rahat nəfəs üçün ağızla nəfəs alır, bu zaman ağız boşlugundakı hava axını rahat olsun deyə dili yuxarı damağa söykənir, bunun hesabına əng sümüyü irəli doğru inkişaf edir. Vaxtında valideyn bu vəziyyətə müdaxilə etsə, ağız boşluğundakı problemin də qarşısı alınar".

Bundan əlavə, stomatoloq uşaqlarda dişlərin əyri çıxmasının səbəblərindən də bəhs edib: "Vaxtında ana südü ilə qidalanmamaq çənənin inkişafına təsir edir. Çənə inkişafdan qalanda dişlər bir cərgədə yerləşmək üçün yer tapa bilmir. Uşaqları bəd vərdişlərdən kənarlaşdırmaq lazımdır, barmaq sovurmaq, əmzikdən çox istifadə etmək diş sırasında qüsurlar yarada bilər.

16 -25 yaş ərəfəsində ağıl dişi çıxarkən diş cərgəsində ağıl dişinə yer olmadıqda 16 yaşına qədər pasientin diş cərgəsi ideal olsa da, sonradan ağıl dişinin təsiri nəticəsində əyilmə baş verir".

Ramil Yusubov diş əyriliyinin səbəbinin genetik faktorlardan da asılı ola biləcəyini qeyd edərək, uşaqları vaxtında diş müayinəsinə aparmağı tövsiyə edib.

Maraqlı     Baxılıb: 2238   Tarix: 28 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

turlar.az

kosmetoloq gozel gorunmek toy makiyaji sekilleri dərmanlar pol breqq geyim şəkilləri meshurlar haqqinda kosmetika lakonizm şebnem tovuzlu rus dilini öyrənək webnem tovuzlu sekis