Britaniyalı kardioloq dünyanı təəccübləndirdi - Artıq çəki, ürək və damar xəstəliklərinin ŞOK SƏBƏBİ

Britaniyalı kardioloq dünyanı təəccübləndirdi - Artıq çəki, ürək və damar xəstəliklərinin ŞOK SƏBƏBİPiylənmə və ürək-damar xəstəlikləri riskinin artmasında, arteriyaların tıxanmasında və bir çox problemlərin yaranmasında yağlar günahlandırılır. Amma britaniyalı kardioloq Asim Malhotra bunun əksini iddia edib.
Publika.az- xarici mətbuata istinadən əsasən xəbər verir ki, kardioloq yağların orqanizm üçün faydalarını üzə çıxarıb.
Son araşdırmalar göstərib ki, insan bədəninin ən pis düşməni şəkərdir!
Doktor Malhotra bildirib ki, yağ məhsulları ümumi sağlamlıq vəziyyəti üçün faydalıdır. Həkimin sözlərinə görə, yağların ürək-damar xəstəliklərinə səbəb olmaması barədə kifayət qədər sübut var. O hesab edir ki, yağlarla zəngin pəhriz əslində 2-ci tip şəkərli diabet və ürək-damar xəstəliklərindən qoruyur. Həkim Asim Malhotra öz xəstələrinə daha çox yağlı ərzaqlar yeməyi və yağsızlaşdırılmış məhsullardan uzaq durmağı tövsiyə edir:
"Doymuş yağlarla zəngin ərzaqları xəstələrimə təklif edəndə, onlar şoka düşür. Daha sonra onlara xolesterinin səviyyəsini azaldan məhsullardan uzaq durmağı tövsiyə edirəm".
Kardioloq izah edib ki, yağsız qidalar ürək-damar xəstəliklərinin inkişaf riskini artırır və piylənmənin əsas səbəbi yağlar deyil:
"Mən özüm yağlı məhsullardan imtina etdim, amma bu, qarın piylərinə heç bir təsir etmədi. Həmin anda yağların ümumi sağlamlığa təsirini araşdırmağa başladım".
A.Malhotra şəkərin ümumi sağlamlığa ən böyük düşməni olduğunu və pediatr Robert Lustiqin onunla eyni fikirdə olduğunu qeyd edib.
Robert Lustiqin yağların və şəkərin uşaqlarda piylənməyə təsirlərini araşdırıb. Pediatrın araşdırması göstərib ki, şəkər ürək-damar problemlərinin və diabetin inkişafına kömək edir. O, hesab edir ki, siqaret və spirtli içkilər kimi şəkərli məhsullar da etiketlənməlidir.
İsveçdəki bütün insanların 23 faizinin kifayət qədər yağlı qidalar və minimal miqdarda karbohidratlar ehtiva edən qidalanmanı təqib etməsi bu faktı bir daha təsdiqləyir.
Şəkərin piylənmənin və bir çox xəstəliklərin əsas səbəbi olduğunu qəbul edən daha çox mütəxəssis var. Yüksək yağlı və az şəkərli pəhriz tərtib edən İsveç mütəxəssisi Andreas Yenfldtin sözlərinə görə, başqa ekspertlər bu pəhrizi "gec partlayan bomba" adlandırır. Amma artıq çəkili insanların sayı bütün dünyada artmağa davam edir, İsveçdə isə yoxdur.
İsveçin səhiyyə mütəxəssislər göstərib ki, sağlamlığın qorunması və bədənin normal çəkisinin stabil saxlanması üçün qidalanmanın bu rejimi mükəmməldir.
Bu pəhriz yalnız artıq çəkidən xilas olmaq üçün imkan yaratmır, həm də piylənmədən əziyyət çəkənlərdə ürək-damar xəstəliklərinin inkişafının riskini aşağı salır.
2014-cü ildə Kembricdə keçirilmiş iki tədqiqatda məlum olub ki, süd məhsullarından əldə edilmiş orta dərəcədə doydurulmuş yağlar 2-ci tip diabet və ürək-damar xəstəliklərinin qarşısını alır.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2200   Tarix: 15 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

turlar.az

geymler 2026 reseptler donlar 2026 agardici maskalar resepti qargidali yaginin faydalari zeytunun hazirlanmasi maraqli hind filmleri kosmetika cinsi mekteb hakistalar novruz bayramına aid englishdilində qulaq