Bu 4 meyvə möcüzələrə səbəb olur
Biyoloq-Kosmetoloq Pərvin Bulgak möcüzəvi meyvələrin vasitəsilə daxili gözəlliyinizin üzünüzə əks etdirməsindən və bu meyvələrin faydalarından danışacaq.
Çiyələk: A, B, C vitaminləri, kalsium, dəmir, fol turşusu, lif və fosfor kimi mineral maddələri özündə əks etdirir. Çiyələk suyla qarqara edilərsə diş ərplərinin yaranmasını aradan qaldırar.
Alça : Bədənə güc və enerji verir. Qan azlığına yaxşı təsir edir. İştahanı açır və həzmi yaxşılaşdırır. Bədəndəki zərərli maddələri çölə atmağa kömək edir. Revmatizmxəstələrinə çox xeyirlidir. A, C və B vitaminləri, kalium, maqnezium, fosfor və dəmirdən ibarətdir.
Amerikan armudu (avokado): Lif, A, C, E və B vitaminləri ilə olduqca zəngindir. Həmçinin kaliumla zəngindir. Dərinin qocalmasına mane olur.
Badam : B və E vitaminləri, zülal, dəmir, kalsium, fosfor və yüksək miqdarda yağ ehtiva edir. Antioksidant baxımından da çox zəngindir.
Hər gün bir ovuc badam yesəniz, immunitetiniz güclənər,xərçəng xəstəliyinə qarşı immunitet yaradar. Sinirləri gücləndirir, döş xəstəliklərini və zehin yorğunluğunu aradan qaldırır. Yuxusuzluq, yorğunluq, baş gicəllənməsi kimi əlamətlərin aradan qaldırılmasına kömək olur. Böyrək, sidik yolları və sidik sistemdəki iltihabları yaxşılaşdırar. Ana südünü artırır və körpələrin inkişafına yardımçı olur. Xolesterini salır, ürək xəstəliklərinə tutulmaq riskini 50 faiz azaldır. İçində yerləşən Omega 3 yağı, qan laxtalanmasına və damar sərtliyinin qarşısını alır, təzyiqi salır. Bronxit, boğaz ağrısı, boğaz qıcıqlanması və ağciyər xəstəliklərində də çox faydalıdır.
Müəllif :Leyla Abdullayeva
f Paylaş








Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Məşhur aktyor 46 yaşında vəfat etdi
İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)