Bu dərmanlar ana bətnindəki uşaqda karlıq və eybəcərlik yaradır - AÇIQLAMA

Bu dərmanlar ana bətnindəki uşaqda karlıq və eybəcərlik yaradır - AÇIQLAMASon dövrlər qadınların çoxu hamiləlik dövründə reseptlə və reseptsiz buraxılan bir sıra dərman vasitələri qəbul edir.
Bu isə hamiləlik dövründə istər ananın, istərsə də bətnindəki uşağın inkişafına ciddi ziyan vura bilər.
Hamiləlik dövründə qadınlar daha çox nələrə diqqət etməlidirlər? Hamiləlikdən əvvəl mövcud olan hansı problemlər bu dövrdə təhlükə yarada bilər? Hansı xəstəliklər hamiləliyin sonunda ana ölümü ilə nəticələnə bilər?
Oxu.Az-ın bu və digər suallarını Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova cavablandırıb.
Onun sözlərinə görə, hamiləlik zamanı üzə çıxan bir çox xəstəliklər hamiləlikdən əvvəl mövcud olan və təəssüf ki, müalicə edilməyən problemlərdir:
"Hamiləlikdən əvvəl qadında qan azlığı, mədə-bağırsaq sistemində problemlər varsa, hamiləlik dövründə bu, dölün normal inkişafına təsir edir və əlavə dərman preparatlarının qəbuluna ehtiyac olur. Bu isə dəqiq yoxlamalardan sonra təyin edilə bilər.
Ginekoloqlar bunu özü təyin edə bilməz. Hamilələr digər mütəxəssislərə müraciət edərək yoxlanışdan keçməli, yekunda isə müalicəni sübutlu təbabət prinsipləri ilə icazə verilən dərmanlardan istifadə etməklə ginekoloqla paralel şəkildə aparmalıdırlar.
Qan azlığının müxtəlif səbəbləri ola bilər. Bəzən qadınlar əlavə ödəniş və ya digər səbəblərdən bu yoxlamaları aparmır, sonda isə həm özlərinin, həm də dünyaya gələcək körpələrinin sağlamlıqlarını təhlükə qarşısında qoyurlar".
S.Məmmədova bəzən həkim nəzarəti olmadan, həmcinslərinin tövsiyələri ilə hərəkət edən qadınlara da müraciət edib:
"Qanın durulaşdırılması üçün istifadə edilən dərman preparatı var ki, bunu hamilə olmayan qadın istifadə edə bilər. Lakin hamiləlik dövründə adi qan durulaşdırıcısının qəbulu ana bətnində inkişaf edən uşaqda eybəcərlik, anadangəlmə qüsurlar yaradır.
Bəzi antibiotiklər var ki, hamiləlik dövründə onların qəbulu ana bətnindəki uşaqda eşitmə sinirlərini zədələyir. Yaxşı olar ki, hamiləlik dövründə qadınlar özlərini maksimum qorusun, xəstələnməsinlər. Digər hallarda isə mütəxəssislər tərəfindən ciddi yoxlamalardan sonra dərman qəbuluna başlamaq olar".
Dövlət xəstəxanalarından fərqli olaraq, özəl xəstəxanalarda əlavə müayinələrin nisbətən baha olduğunu deyən S.Məmmədova özəl klinikalardan gələn hamilələrdə problemlərin daha sıx rast gəldiyinə diqqət çəkib.
Son vaxtlar hamiləlik dövründə qadınlarda qan azlığı, sinir sistemi xəstəlikləri, ürək qüsurlarına rast gəlindiyini deyən həkim onu da qeyd edib ki, ürəyində anadangəlmə qüsurları və ya müəyyən problemləri olan qadınların ana olması risklidir:
"Bu gün dünya ölkələrində də geniş yayılan xəstəliklərdən biri ürək genişlənməsidir. Ürək genişlənməsinin hansı səbəbdən baş verdiyi isə hələ də elmi cəhətdən sübut olunmayıb. Bu gün Azərbaycada ürək qüsurları olan o qədər qızlarımız var, təəssüf ki, valideynləri bu problemi onlardan gizlədir.
Gənclər ailə qurur, övlad sahibi olmaq istəyəndə isə bu problemlər özünü büruzə verir. Bu problemlər hamiləliyin birinci hissəsindən sonra özünü göstərdiyi üçün onun qarşısını almaq gec olur.
Belə qadınlar ya hamiləliyin sonunda, ya da hamiləlik sonlandırıldıqdan sonra ürək genişlənməsindən vəfat edirlər. Bu xəstəlik daşıyıcılarının övlad sahibi olmasına icazə verilmir. Təəssüf ki, bizdə övlad sahibi olmaq xatirinə öz həyatlarını riskə atırlar.
Qan azlığı olan qadınlarda, təəssüf ki, hamiləlik 22-24-cü həftədə sonlandırılmalı olur. Qeysəriyyə üsulu ilə hələ tam formalaşmamış döl ana bətnindən çıxarılır. Bu cür doğulan uşaqların əksəriyyəti tələf olur".
S.Məmmədova ÜST-nın hər üç ildən bir hamiləlik dövrünə nəzarət məqsədilə mütəxəssislər toplayaraq, hamiləlik dövründə qəbul edilməsinə icazə olan və olmayan dərman preparatlarının siyahısını hazırladıqlarını da vurğulayıb:
"Biz buna kliniki protokollar deyirik. Bütün dünya ölkələrində hamiləlik dövründə istifadə olunan və olunmayan dərmanlar haqqında məlumatlar qeyd olunur. Hər hansı bir müayinə və müalicənin tətbiqi zaman 2009-cu ildən etibarən dünya təcrübəsinə və sübutlu təbabətə əsaslanarıq.
Artıq məsləhətxanalarda protokola uyğun işlər aparılır. Həmin protokollarda isə hamilənin doqquz ay ərzində neçə dəfə məsləhətxanaya gəlməli, neçə dəfə USM-müalicəsindən keçməsi ilə bağlı təlimatlar yer alır.
Hamiləliyi normal keçən qadına yalnız hamiləliyin ilk 12 həftəsində fol turşusu verilir. Bu da sinir borusunun hər hansı əmələ gələ biləcək defektlərinin qarşısı alınır. Digər hallarda hamilələrə heç bir əlavə perapartalar verilməməlidir. Hamiləlik dövründə qadının orqanizmi həm özünü, həm də uşağın orqanizmini zəruri olan bütün maddələrlə təmin edir".
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 5040   Tarix: 20 mart 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

turlar.az

kosmetoloq geyim dəbləri qaşların formalari gözəl qadin öpüşmək qaydası evin bəzədilməsi intim seks kosmetika sağlamlıq azerbaycan burcler haqqinda pizza qurd xəstəliklərinə qarşı mualicə