Bu dərmanlar apteklərdən yoxa çıxıb - Şikayət - VİDEO
Son vaxtlar apteklərdə ucuz dərmanlar tapılmır. Bəzi vətəndaşlar belə düşünür. Onlar deyirlər ki, xüsusilə də virusların geniş yayıldığı bu dövrdə hər kəs üçün əlçatan olması baxımından apteklərdə ucuz dərmanların satışının təşkili daha yaxşı olardı. Söhbət rusiya istehsalı olan və qiyməti avropa istehsallı dərmanlardan ucuz olan dərmanlardan gedir.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu vətəndaş kimi, çox sayda insan son vaxtlar apteklərdən ucuz dərmanlar tapa bilməməkdən şikayətlənirlər.
Onlar iddia edirlər ki, qiymətləri Avropa ölkələrinin istehsalı olan dərmanlardan xeyli ucuz Rusiyanın istehsalı olan dərmanların satışı bir çox aptekdən yığışdırılıb.
Vətəndaşların sözlərinə görə, indiyədək almağa öyrəşdikləri dərmanlar ucuz olsa da, bu dərmanlar soyuqdəymə, qrip və ürək ağrıları kimi səhhətdə yaranan ənənəvi problemləri aradan qaldırmağa imkan verirdi. Vətəndaşlar xüsusilə də müxtəlif virusların geniş yayıldığı son illərdə belə ucuz dərmanlara daha çox ehtiyac olduğunu deyirlər.
Əczaçılar isə deyirlər ki, belə dərmanların tapılmaması onların ümumiyyətlə depoda olmamasından qaynaqlanır.
Vətəndaşlardan gələn istəkləri isə əczaçılar həmin dərmanların əvəzedicilərini təklif etməklə qarşılamağa çalışırlar.
Milli.Az
/news.milli.az
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
Səhər yeməyində buna diqqət edin
Bu içki qaraciyəri qoruyurmuş
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
Qəhvənin təsiri niyə insandan insana dəyişir?
Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun