Bu əlamət sizin ölümünüzə səbəb ola bilər. Diqqətli olun!

Bu əlamət sizin ölümünüzə səbəb ola bilər. Diqqətli olun!Bu əlamət sizin ölümünüzə səbəb ola bilər. Diqqətli olun! Təngnəfəslik və hava çatışmazlığı təhlükəlidir.
Təngnəfəslik və hava çatışmazlığı əlaməti bir çox insanlarda müşahidə edilir. Bu zaman insan istədiyi qədər ciyər dolusu nəfəs almağa çalışır, amma qəbul etdiyi hava onu yetərincə təmin etmir. Bu əlamətə bir çox xroniki xəstəlikləri olanlarda rast gəlinir. Nəfəs alıb-verərkən ağciyərləri və bütün orqanizmin oksigenlə təmin olunmaması insanda təngnəfəsliyə səbəb olur.
1. Hava çatışmazlığına səbəb olan amillərdən ən başda gələni nəfəs yollarının xəstəliyidir ki, bunlardan ən birincisi bronxial astma xəstəliyidir. Ağciyərin ostruktiv bronxit xəstəliyi, allergiya xəstəliyi də hava çatışmazlığına səbəb olur. Bu xəstəliklər səbəbindən baş verən təngnəfəslik və hava çatışmazlığını aradan qaldırmaq üçün baş vermə səbəbini mütləq aydınlaşdırmaq və müalicə almaq lazımdır.
2. Ürək xəstəlikləri də təngnəfəsliyə və hava çatışmazlıqlarına səbəb olur. Ürək-damar çatışmazlıqları, koronar arteriyaların çatışmazlığı, ürək genişlənməsi, yüksək arterial təzyiq də hava çatışmazlığına səbəb olan amillərdən hesab edilir. Daha ağır patologiyaların baş verməməsi üçün mütləq həkimə müraciət etmək lazımdır.
3. Psixoloji vəziyyətlər (qayğı pozğunluqları, həddindən artıq həyəcanlanma, həddindən çox qorxu hissinin olması, panika halları) hava çatışmazlığına və təngnəfəsliyə səbəb olan amillərdəndir.
4. Nevroloji problemlər (beyin travmaları, beyin damarlarında baş verən patologiyalar) hava çatışmazlığına səbəb olur.
5. Bəzi dərmanlar (ağrıkəsicilər, antibiotiklər, allergiya dərmanları) bəzən təngnəfəsliyə səbəb ola bilir.
6. Hündür yerlərdə uzun müddət qalmaq (dağda) oksigen çatmazlığına və təngnəfəsliyə səbəb ola bilir. Bu havada oksigen azlığı olması səbəbindən ağciyərlərin oksigenlə yetərincə qidalanmaması səbəbindən baş verir.
7. Qanazlığı zamanı toxumaların hemoqlabinlə yetərincə qidalanmaması ağciyərlərin orqanizmin tələbatına olan ehtiyacını ödəməsi üçün artıq çalışmasına səbəb olur ki, bu da təngnəfəsliyə səbəb olur.
8. Ağciyərdaxili qan damarlarının tutulması təngnəfəsliyə və hava çatışmazlığılna səbəb olur. Bu bəzən xəstənin ölümünə səbəb ola bilir.
9. Bəzi ağciyər xəstəlikləri ağciyərlərin qan dövranının pozulmasına səbəb olur ki, bu zaman təngnəfəslik və hava çatışmazlığı baş verə bilir.
10. Qabırğalarda baş verən sınıqlar, vərəm, skolyoz nəfəsalmanı çətinləşdirir.
Mütəxəssislər təngnəfəsliyin və hava çatışmazlığının insan orqanizmi üçün təhlükəli olduğunu qeyd edərək bu əlamətlərin aşkar edildiyi zaman mütləq həkimə müraciət etməyi məsləhət bilir. Çünki bu əlamətlər insanın ölümünə səbəb ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1502   Tarix: 15 mart 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

qadin sayti yaz geyimleri 2026 geymler 2026 qonaq otaqi dizayni seks prosesi zeytun mürəbbəsi hamiləlik və analıq kosmetika qiz evi ucun bakire novruz bayramına aid hakışda qiz adlari azerbaycanli is adami amerikada gullelendi